O yoldaşını yerində görmədi. Çox təəcüblənmişdi. Yoldaşı heç vaxt səhər tezdən durmurdu. Çox yatan biri idi Gülbəniz xala. Hüseyn əmi dərhal durub işə getmək üçün hazırlandı. Yemək masasına düşdü. Yenə çox təəcübləndi. Çünki masanı bu dəfə yoldaşı Gülbəniz xala hazırlamışdı. Masaya enib yemək yedi Hüseyn əmi. Uşaqlarıda götürüb işə getdi. Gülbəniz xalada masanı yığışdırmağa başladı. Hüseyn əmi yenə təəcüblənmişdi. Bu Gülbəniz xalanın edəcəyi işlər deyildi. Hüseyn əmi heyrətlər içərisində işə yollandı. Əvvəlcə uşaqları məktəbə yola saldı. Uşaqlara "ananızı hirsləndirməyin. Çalışın dərslərini yaxşı hazırlayasız" -dedi. Uşaqlarda başlarını təsdiq mənasında yırğalayıb məktəbə yollandılar.
Sizə xəbər verim Nəzakət xaladan. Nəzakət xala Gülbəniz xalagilə getdi. Evlərində su bitmişdi. Bir qab aparıb su istədi. Gülbəniz xala evdə yoxuydu. Qapını nə qədər döydüsə açmadı. Telefonuna zəng vurdu. Güıbəniz xala ilə danışdı. Gülbəniz xala alışverişə getmişdi. Nəzakət xalada başqa qonşudan su alıb yollandı evlərinə.
Gülbəniz xala evə gəlib aldıqlarını səliqə ilə yerlərinə düzdü. Çox alışveriş etmişdi. Əhvalı pis olanda həmişə belə edib özünə dırnaq arası təskinlik verərdi. Axşam Hüseyn əmi işdən gəldi. Bu dəfə uşaqlar onu qabaqlamışdı. Dərsləri tez bitmişdi. Gülbəniz xalada onların dərsləriylə məşğul olub bitirmişdi. Hüseyn əmi yoldaşına "Kefin düzəlib deyəsən. Həmişə belə xoş əhvallı ol" -dedi. Yemək masasına oturdu hamı. Yemək masasında bu dəfə heç kim danışmırdı. Hüseyn əmi bu sükutu pozdu. "Sabah uşaqlarla birgə rayona gedəcəm. Anam yaman istəyir onları. Bayaq zəng vurmuşdu. Uşaqları götür gəl dedi". Gülbəniz xala gülərək: "Yəgin son dediklərimnən sonra məni görmək istəmir. Sizi istəyin sadəcə" -dedi. Hüseyn əmi isə heçnə demədi, yemək masasından qalxıb kitab oxumağa getdi. Gülbəniz xalada uşaqlarının, yoldaşının paltarlarını hazırladı. Hər kəs yorğun idi. Hər kəs bu yorğunçuluqdan tez yatdı. Səhər açıldı. Hüseyn əmi və uşaqlar rayona yollandılar. "İstəyirsən Nəzakətə deyim gəlib sənlə qalsın" -Hüseyn əmi dedi. "Mən uşaq deyiləm. Özüm təkdə qalaram" -Gülbəniz xala əsəbi halda dedi. Nəysə... Hüseyn əmi və uşaqlar yollandılar rayona. Gülbəniz xalanın qapını bağlamaq yadınnan çıxdı. "İsti bir duş yaxşı olar" -deyib duş almağa getdi. Nəzakət xala söhnət etməyə adam axtarırdı. 1 həftə işdən icazə almışdı. Səhhəti ilə bağlı həkim 1 həftə evdə qalmalı olduğunu söyləmişdi. Nəzakət xala Gülbəniz xalagilə gəldi. Qapı bağlı idi. Nə qədər etdisə qapını açan olmadı. Birdən ağlına gəldi ki, ...
Davamı 5-ci hissədə
ŞİMDİ OKUDUĞUN
Müəmmalı Qətl
غموض / إثارةHüseynovlar ailəsi ziyaları, savadları və bir o qədərdə imkanları ilə seçilirdilər. Heç kəslə işləri yox idi. Ancaq bir gecə onların başına gələn hadisə hər kəsi şoka saldı və bir o qədərdə qorxutdu. Bu qətlin səbəbləri və nəticəsi hekəyamizdə...