Üzünü yana çevirəndə iki ədəd uşaq gördü. Üstü başı palçıqlı iki uşaq. Əllərində bir parça çörək, üzərlərində cırıq paktarlar olan iki uşaq. Gülbəniz xala onlara niyə belə olduqlarını soruşdu. Uşaqlar güldü. Gülbəniz xala çox qorxdu. Uşaqları və yoldaşı evdə yox idilər. Birdən evdən telefonunun səsi gəldi. Gülbəniz xala uşaqları evə salmadı. Telefona baxdı. Zəng vuran yoldaşı idi. Gülbəniz xala telefonu açaraq yoldaşına tez gəlməsini əmr etdi. 15 dəqiqə sonra yoldaşı evdə idi. O vaxta qədər Gülbəniz xala və 2 körpə çöldə gözdəyirdilər. Uşaqlarda, Gülbəniz xalada sanki soyuqdan donmuşdular. Yoldaşı Gülbəniz xalanı evə apardı. Uşaqlarada 5 manat verib yola saldı. Gülbəniz xala çox pis olmuşdu. Başını yoldaşının çiyninə qoyub, o ki var ağladı. Uşaqlarıda nəhayət gəlib çıxdılar. Gülbəniz xala dərslərini soruşmadı. Bəli... İlk dəfə belə bir şey baş vermişdi. Uşaqlar çox sevindilər. Ama axşama qədər dayanmadan hazırlıqda çalışıb bütün tapşırıqlarını etmişdilər. Ama nəysə deyib yeməklərini yedilər. Yemək masasında Gülbəniz xala yoxuydu. Qadın o qədər pis olmuşdu ki, gedib yatağında ağlıyırdı. Ən pis axşam yeməyi olmuşdu bu. Yemək bitdi... Uşaqlarda yatmağa getdi. Hüseyn əmi biraz kitab oxuyurdu. Kitab psixoloji kitab idi. İnsan psixologiyasından bəhs edirdi. "İnsan necə qəribədir? Kiçik şey belə psixologiyasını poza bilər" -dedi Hüseyn əmi. Birdən işıqlar keçdi. Hüseyn əmidə qaranlıqda kitab oxuya bilməyəcəyini bilib yatmağa getdi. Gülbəniz xala yatmışdı. Hüseyn əmidə çətində olsa yatmağa çalışdı. Bütün gecə olanları - Gülbəniz xalanın birdən belə dəyişməsini, o uşaqların onların evinə gəldiyini düşünürdü. Ən uzun gecə idi o gecə. Nəhayət bu gecədə bitdi. Hüseyn əmi yuxudan durmuşdu. Çevrilib yoldaşına baxdı. Ancaq gördüyü mənzərədən təəcübləndi.
Davamı 4-cü hissədə
ŞİMDİ OKUDUĞUN
Müəmmalı Qətl
Mystère / ThrillerHüseynovlar ailəsi ziyaları, savadları və bir o qədərdə imkanları ilə seçilirdilər. Heç kəslə işləri yox idi. Ancaq bir gecə onların başına gələn hadisə hər kəsi şoka saldı və bir o qədərdə qorxutdu. Bu qətlin səbəbləri və nəticəsi hekəyamizdə...