Göz yaşı

367 24 2
                                    

Sənin uzaqlığından başqa bir yaxınlığın qoxusu gəlir.
Sənin olmadığın hər yerdə
Mənim sevgimin yuxusu gəlir.
Az qalıb yenidən tək qalmağıma
Ömrümün növbəti "yoxusu" gəlir.

İndi mən elə lal-dinməz gedirəm ki, ustad,
Sağ qalmış canımın sol tərəfinə,
Tanrının yox olmaq ağrısı gəlir.Sən ki ağlamırsan
Sənin gözündən
Dünyanın "niyə"si, "nədən"i, "axı"sı gəlir...

Uzaqdakıların hamısı sənsən,
Ya da sənin olduğun yerlərin hamısı uzaqdı.
mən yaxındakılaram, burdayam, burda uzaq yoxdu.
çox olmağa məhkumam,
çünki bu ölkədə hamı uzaqda yaşayır.

hamının unutduğu insan,darıxma.
sən Tanrının yadındasan
əllərini cibinə qoymusan
və bircə günahın var - unudulmusan.
həm də çox unudulmusan.
darıxma,səni unutmaq üçün bir qadın neçə nəfər olmalıdı?

Aqşin YeniseyHikayelerin yaşadığı yer. Şimdi keşfedin