1.3

17 4 0
                                    

         Gecə özünlə birlikdə, motor səslərini və KyungSoo'nun  hərəkətsiz bədənin üstündə danışıq səslərini gətirdi. Gecə yarısı artıq keçmişdi  və onun gözləri yorğunluqdan yanırdı, amma KyungSoo heç cürə yata bilmirdi, o dodaqlarını dişləyib, albomuna baxırdı.

Hansısa momentdə, özü bunu hiss etmədən, o şəkillərin sayının əvəzinə neçəsinin sildiyini oxumağa başladı. Və onun xəyal qırıqlığına görə,  köhnə məktəb doslarının yarıdan çoxu köçüb və ya itiblər və o onlar haqqında artıq neçə illərdi ki, qeydlər edilmirdi. O Baekhyun'un köhnə nömrəsini yığmağa çalışdı,  və onun işləmədiyini anladı. Ola bilər, o telefonu bir ay, bəlkə də bir ildi işlətmirdi. Görəsən bu nə qədər müddət sürür?

-Ey,- qaranlıqda səs səsləndi. KyungSoo qorxudan tullandı və az qala qışqıracaydı.

Amma qonşu balkonda oturan insan ona qorxulu görsənmədi. O yöndəmsiz halda gülümsədi, sanki üzünün əzələlərini hərəkət etməsi çətin idi, -Nə ilə məşğulsan?

KyungSoo düzgün cavab verməkdən qabaq, tərəddüdlük etdi.

-İtirdiyim insanların sayını sayıram, hansılarla ki, kontaktımı itirmişəm.

- Və?

- Onlar çoxdu,- və o boğazına gələn ağırını hiss etdi. Uzaqlardan səslənən dostluq, gülüş səsi və tanışlar, onun üçün artıq mövcud olmayan səslərlə səslənirdi, gözlərinə yaşlar doldu və o albomda ki şəkillərə baxdı. Köhnə, itən gülüşlər və ağrı onun bütün bədəninə vurdu. O ağlamaq istəmirdi, amma anlaya bilmirdi niyə ağlayır, - Yalnız dünən mən... mən də bütün bu dostlar var idi, amma...burda yazılıb ki... onlar köçüblər? Onlar gediblər? Onlar itiblər? Niyə? Mən həqiqətən də belə tənhayam?

Qonşu balkonda oturan oğlan parlaq tüstünü nəfəsindən buraxıb, öz gülüşünü gizlətdi.

-Hə, sən həqiqətən də tənhasan. Biz hamımız, lənnətə gəlmiş, tənhayıq, lakin bunu anlamağın üçün hələ sən çox yaşamamısan.

KyungSoo başını aşağa salıb, əlləri ilə üzünü bağladı  və heç vaxt ağlamadığı kimi ağlamağa başladı. O, bilirdi bunu çünki bu ağrı səhər unudulacaq ağrı deyildi.

O, oturan insanın məna kəsb etməyən üzünü görmürdü, onun barmaqların arasından siqaretin üç mərtəbə aşağı düşdüyünüdə eşitmədi.

--

Səhər KyungSoo şişmiş gözlərlə və ağızdında qəribə acı dadla yuxudan oyandı. Onun əllərində albom, barmaqları kağızlardan olan kəsiklərlə,  divardakı yaşıl kağızlardan isə onun qusmağı gəlirdi.

--

-Mən yaxşı adam deyiləm. Heç vaxt da olmamışam,-  KyungSoo astaca liftə girəndə zaman, qərib dinləndi. KyungSoo az qala qorxmuşdu, amma maraqlı odur ki, bu səs onu heç təəccübləndirmədi. Hər sözündə olan aşağı tembr və xırıltılı səsi.  Sözlərində hansısa arzu olunmaz, təvazökar məsumluq hiss olunurdu,- Mənə həqiqətən köməklik edənlərin hamısına mən əzab vermişəm. Özümə belə. Mən qorxaqam və mən acığımı insanların üstündə çıxardıram, ona görə ki, mən... qorxuram bunu qəbul etməkdən.

KyungSoo razılıq əlaməti olaraq başını yellədi və qarşısında dayanan insana fikir verməyə başladı - sərbəstləmiş qalstuku, gözlərin altında ağır dairələr və düşmüş yanaqlar, əyilmiş beli və ağ köynəkdən görsənən qalxıb enən sinəsi. Onun şişmiş gözləri akkumulyatorlu turşuya bənzəyirdi, hansı ki, adi silinməz və bir fincan süd ilə keçməz. Onun ürəyi sıxıldı, o yanında duran insanın əlinə toxundu.

AT(Anterograde Tomorrow)Where stories live. Discover now