1.2

20 4 0
                                    

Baxmayaraq ki, KyungSoo texniki baxımdan  bu yazıçını, onun bəlkə də artıq bu zaman ərzində əllinci siqareti çəkəməni  xatırlamır, amma əlində olan qeydlər onu göstərirdi ki, onlar gündəlik olaraq müsahibə keçirirlər. Qeydlərdən başqa, o bilirdi ki, onlar əvvəllərdə görüşüblər. Və bu fikir heç təəccüblü görsənmirdi - bəlkə də bu bütün fokusdan çıxaran siqaret tüstüsünün tumanlığı: qəhvə fincanları, sulu pəncərələr, yazıçının əzik və baxımsız bloknotu səbəb idi;  hər şey astaca  hərəkət edirdi, bütün parlaqlıq qaranlığa və bütün uclar isə  əyri xətlərə çevrilirdi.

Yazıçı tələsik çəkirdi və KyungSoo özünə tanış olmayan, boşluq hissi ilə ona baxırdı. Sanki nəsə yavaş-yavaş, dərindən,  geri dönülməz formada içində qırılırdı.

21 iyul gecəsində kafe öz farforlu fincanlarından, tələbələrin səs-küyündənkapuçina üçün olan südlü qaymaq xışıltısı ilə dolmuşdu. Baxmayaraq ki, bu səs o qədər də güclü deyildi, amma bu səs-küy hər birini dibinə çəkə bilərdi . Astaca udaraq, yalnız azadlıqda olan barmaqlar və hava baloncukları qalırdı.

KyungSoo ondan soruşmaq istəyirdi, məhz bütün yazıçıların hamısı belə görsənir - gözlərin altında tünd dairələr, üz dərisinin sarı və ağ rəng arasında dəyişməsi və hərdən qaşın titrəməsi. Bu sual Jongin'in siqareti söndürüb, KyungSoo'nun baxışları tutduqdan sonra hava da itdi. Uzun, kobud göz xəttindən digərinə.

-Sən yaxşısan mı? – sanki sualına tez cavab tələb edən tonda soruşdu yazıçı, hansı ki özünü Jongin kimi təqdim etmişdi.

Ələ görsənirdi ki, sanki Jongin vaxtda dəqiqləşmir və ya səbri yoxdur ki, nəyisə dinləsin, ona görə KyungSoo sadəcə olaraq başını yellədi.

- Hə. Mən yaxşıyam.

- Dörd il bundan əvvəl olan hadisə haqqında mənə danış. Və ya dünəndən, sən necə xatırlayırsansa,- söylədi Jongin. Onun səsində səbrsizlik nöqtələri hiss olunurdu. KyungSoo,  onun barmaqların arasında xoşa gəlməyən bintlərin olduğunu şahidi oldu. Bənövşə və yaşıl rəngli yaralar onun biləklərində var idi. KyungSoo fikrə daldı, bu dəyəsən  bütün yazıçıların xüsusiyyətidir, əsəbi baxışlar və qanlanmış barmaqların olması.

- Bu adi qəza idi,- KyungSoo dedi. Baxmaraq ki, o hadisədə olan anları xatırlamır,  həm də artıq şok yaradacaq hissiyyatda  yox idi. – Mən indi işlədiyim fabrikdən evə qayıdırdım və məni meyvə ilə dolu yük maşını vurdu. O alma aparırdı. Qırmızı.

- Sən həmişə fabrikdə işləmisən?

- On səkkiz yaşım tamam olandan bəri. Məktəbi bitirən kimi mən işləməyə başladım. Mənim anam rəhmətə getmişdi, atam isə xəstə idi, ona görə onun yerinə pulu mən verməli idim....

- Yaxşı, anladım,- yarı sözdə Jongin kəsdi onu. KyungSoo onun üzündə olan qıcıqlanmanı hiss etdi və ona etiraz etmək istədiyirdi ki, ona görə ki, bu hansısa ağlamalı tipli  həkayə deyildi. Bu həkayə ailədən, onların mehribanlığından, öz zəhməti ilə qazanılmış şirniyyatların yatağın yanında və hər gecə multfilm oyuncaqlara dua edib, onlardan xoşbəxtlik istəməkdən gedirdi.

AT(Anterograde Tomorrow)Donde viven las historias. Descúbrelo ahora