3.1

28 3 0
                                    

                     Yalnız liftə girdikdə, KyungSoo özünü boğulma və yayın gecəli ortasında qızartma alması arasında hiss etdi. Liftdə ki, qərib artıq onunla yalnız baş yelləməsi ilə salamlaşdı. Bu 12 iyul idi, vaxt, o zaman ki, həyat lampaların zəif işiqları ilə mövcud olur, sərxoş səslər və nadir gülüş səsləri ilə. O zaman onlar yalnız ikisi idilər və onları sakitçilik əhatə edirdi.

Tezəcə bardan qayıdan KyungSoo, çalışırdı metallı tüstüdən olan koktelə və alkoqolun güclü iyisinə fikir verməsin, hansı ki, onun saçlarına yapışıb. Az öncə saksafon səsləri onun barmaqları arasında idi, dərisinin içindən isə tango ritmi qaçırdı, amma bu boşluğu doldurmağa köməklik etmədi, onun və qərib arasında olan boşluğu.

Qərib, yandırılmamış siqaretlə ilə ilk döndü. Zəif liftin işığı onu sarı çalarlarla və ağır apatiya ilə əhatə etdi. KyungSoo, nəbzində tango ritmini hiss edən, ona maraqlı gəldi, həqiqətənmi bu insanın dərisi belə plastikdi, indi görsəndiyi kimi.

-İstidir. Hava indi istidir, - dedi o əlini uzatdı, KyungSoo isə onu əminsizlikdə sıxdı. Onun əli təəccüblü soyuq idi, uzun barmaqlarda olan dırnaqlar qısa və iti kəsilmişdi, dəri çox arıq sümükləri dartırdı. Amma bundan başqa, o titrəyirdi, KyungSoo bunu gördü. Onun dişləri bir-birinə dəyirdi, o azcada olsa gözlərə baxırdı.

-Ə, - uzatdı KyungSoo. O soruşmaq istədi, hər şey yaxşıdırmı qəribdən və niyə o elə titrəyir, amma liftin xışıltısı və lampanın səsindən yenidən itirildi, - Hə. Hə. İsti gecədir.

Qərib heç nə cavab vermədi. Bunun yerinə o liftin divarına söykənib, KyungSoo'nu başdan ayağa qədər baxışdan keçirtdi, gözləyərək ki, bəlkə KyungSoo onu tanıyar. Bu qəribə baxışdan KyungSoo özünü paltosu ilə bağladı, amma nazik qat kaşemir azda olsa onu qəribdən gizlədirdi. Vaxt əzabcasına uzanırdı, axırda liftin qapıları açılana qədər və KyungSoo rahatca nəfəs aldı, hansını ki, özü bilmədən bu vaxta qədər saxlamışdı.

Yalnız sonra, KyungSoo öz evinin qapısı tərəfə gedəndə gördü ki, qərib onun arxasıyca gəlir və ona indi çatdı ki, ola bilər bu onların ilk görüşü deyil.

-Mən sizi tanıyıram? – Soruşdu o qəribdən. Səs ağır uzun xollda exo ilə səsləndi. Qərib qonşu qapıda dayandı, barmaqları ilə açarlarla oynayaraq. Pəncərədən düşən boz işıqlar nədənsə onun kosyumunda əks olunurdu. KyungSoo bir iki düymə gördü, parlaq və görünüşünə görə bahalı, daha çox bahalı ki, bu kiməsə başqasına aid olsun, kim bu evdə yaşayırsa.

-Bilirsənmi? – Qərib qaşqabağını tökdü və bu bir xahiş kimi səsləndi , nəyinki sual.

KyungSoo xatırlamırdı ki, albomunda bu qəribin üzü ilə rastlaşsın və ya yaşıl rənglər arasında olan yazılar içində. Amma, ola bilər, o səhifəni buraxıb. Belə olurdu. On tez öz çantasına girdi, amma onu kəskin gülüş səsi dayandırdı, - Deməli sən heç nə xatırlamırsan. Ümumiyyətlə heç nə?

-Nə? Mən nə xatırlamalıyam?

- Heç nə. Həqiqətən, heç nə, - qərib gülümsədi, bəlkə də ağladı, o zaman ki, o qapısına söykənib, yavaş-yavaş sürüşməyə başladı, aşağı,aşağı. Qaranlıqda belə onun üzündə olan əyri gülüşün qorxusu görsənirdi. Bundan, təəssüflər olsun, cavan görsənirdi, əslində olandan.

--

Qarpız dadına görə kirli pəncərəni xatırladırdı, hava isə damarlarda yayılırdı, sanki görülməz, sönən melodiya kimi. KyungSoo'ya udmaq çətin idi. Bu gün hər şey maraqsız, mövcudluğun balans kənarlığında idi.

AT(Anterograde Tomorrow)Dove le storie prendono vita. Scoprilo ora