üçüncü hissə: sabah

31 3 0
                                    

                        Günəş işığı KyungSoo'nun yuxusuna daxil oldu, ona sərin və duzlu nəsə, sanki okean və sahil arasında olan o qumlarda batan dabanların hissini daxil edirdi. O çevrildi və nəmli qum təsviri itərək, onun yerinə soyuq yorğan təsviri gəldi.

Gözlərini açdığı zaman, göy rənglərdən olan koktel və qağayının qanaq təsviri birdən aşağı tavanlarla, böyük olmayan pəncərə dar otaqda və köhnə taxta döşəmə üzərində xalça ilə əvəzləndi. Bu onun otağıdır, amma dünən olduğu kimi deyil: indi otağın bütün santimetrləri yaşıl və sarı rəngli qeydli kağızlarla yapışdırılıb. O xatırlamırdı ki, bu kağızları yapışdırıb: ikiqat rəngli mətnlər və diaqrammlar, nömrə və tarix. Pərdələr küləyin sayəsində azca hərəkət etdilər və kağızlar xışıldadı, bununlada kağızlar xışıltısından əl çalma səsləri yaratdı.

KyungSoo otağın görüşündən təəccüblənmirdi, amma onu ən çox təəccübləndirən, sarı kağızların sayı idi. Ancaq, təəccüblük, öz-özünə gülüşə çevrildi, o zaman ki, o balkona qalxıb və orda qonşu metallara söykənmiş silueti gördü.

-Sən sarıları oxudun?- Birdən soruşdu qərib və onun gözlərində nəsə parıldadı, o zaman ki KyungSoo'nun təəccüblü baxışlarını gördü, - Get və oxu onları. Və qapını aç mən döyəndə.

KyungSoo ona qulaq asıb otağa qayıtdı, oxudu onları və qapını açdı, Jongin onu döyəndə. On dəqiqədən sonra onlar artıq mətbəxtdə idilər, qab yuyan tərəfdə əyilməsi və səhər yeməyi hazırlayaraq, Jongin onun qarnını sığallayırdı, barmaqları ilə onun qabırğaları sayırdı, bununla bütün gözəl bir yolları məhv edirdi. Asan olmayan dayanışlar və asan davamlar, əllərin qarın nahiyəsində olası və çənənin çiyinlərdə batması.

KyungSoo düşünürdü ki, bu sonsuza qədər davam edə bilər. Ola bilər, gözəl günlərin birində o qocalmış olaraq oyanacaq, Jongin isə həmən ki kimi onun qarnını sığallayacaq, qulağına nadir nəfəs almaqları ilə sataşmaları və qarışıqlıq yaradacaq hər şeydən, bu gün etdiyi kimi. Onlar balkonda səhər yeməyini yeyərdilər, özlərinin qırışmış ayaqların tüklü başmaqları ilə, onların ağarmış saçları isə çox nazik olardı ki, parlaq gülüşlərini gizlətsin. O bunları istərdi.

--

Sevgi ilə məşğul olmaları KyungSoo və Jongin'ın onda bağlanırdı ki, görünüşsüz, əzilmiş səhifələrdə belə qeydlər aparılırdı, adı ilə " KyungSoo'nu nə çox ehtiraslandırır". Tək günlərdə xətt kağızlarda kortəbii və səliqəsiz idi, cüt günlərdə Jongin isə əlləri ilə KyungSoo-nun bədəninin titrəməsinə səbəb olurdu.

Əsasən onlar müntəzəm gecələri barda keçirirdilər, o zaman ki, hər kəs onları tək şotlandiyanın scotchı(içki) ilə saxlayanda. KyungSoo özünü düşüncədə tuturdu ki, o dəlicəsinə Jongin'ın üzünə baxır,  o oxuyan zaman, fikirləşir necə olur ki, insan eyni vaxtda həm möhtəşəm, həm də qırılmış olur. Gözəl, sanki əllə görülən işdi, sevincin bütün hissələrində, tezəliklə qaynadılmış çay kimi, Jongin sanki itirilmiş , təkminlik artifactıdır- lakin bu təkminlik bir toz hissəciyinə çevrilirdi, o zaman ki, o baxışlarını qaldırıb  KyungSoo'nun geniş açılmış gözlərini tutdu və göz kırpdı.

Jongin'ın göz qırpmağında sanki nəsə var idi, onun ucbatından az qala KyungSoo əlində ki mikrofonu yerə düşürdəcəydi, özüdə mahnının əsas taktında. Qısa zamanda KyungSoo bir dəfəlik keyidi, çünki Jongin, utanmazca onlar arasında olan məsafəni azaltdı, cazibədar dodaqları ilə blues melodiyasını dartdı, bununlada KyungSo'nun yanağını qıdıqlayaraq. KyungSoo'nun ürəyi sinədə hər dəfə əzabla döyünürdü, qollarda olan nəbzlərə vuraraq və pıçıldayaraq, - Sən cəsarət etmərsən, mən bilirəm.

AT(Anterograde Tomorrow)Opowieści tętniące życiem. Odkryj je teraz