2.3

22 3 6
                                    

                            -Qəribədir ki, o oğlan-yazıçı daha heç siqaret çəkmir, - dedi Minseok o gecə ki, KyungSoo artıq neçə həftədən sonra bara qayıtdı. O tez suyu içdi və musiqiçilərə baxdı, sonda KyungSoo'ya tərəf döndü, - O, siqareti qutularla çəkirdi, and içirəm. Və bahalı kostyumlarıda artıq itib. O sanki başqa adamdır.

KyungSoo unutqanlığından nə vaxtsa aldığı yanıqlı dilini çevirdi, sonra isə Mineokun baxışlarını izlədi və  onun baxdığı oğlana baxdı, oğlan  zalın ən sonunda oturub, əyri gülüşlü dodaqlarını dişləyirdi. Saat birin yarısı idi və bar insanlarla, söhbətlərlə dolu idi, amma onların baxışları rastlaşdığı anda, hər şey itdi və  KyungSoo'nun  yalnız gördüyü, o oğlan və onun dodaq formaları, qara parıltı kirpiklərin altından. görünən baxışları oldu.  Bütün zal sanki bir neçə saniyəyə boşaldı, sanki zalda yalnız KyungSoo və o oğlan dərili çəkmədə qaldı. Sakit, rəngsiz, real olmayan kimi.

Hansısa momentdə mahnı çalındı və Minseok musiqini uzatdı. KyungSoo instinktiv olaraq çənəsini yuxarı-aşağı hərəkət edirdi, ona görə ki, o bilirdi bu onun partiyasıdır. Mikrofon onun ovucunda ağır hiss olunurdu və o öz səsini gözləyirdi, yalnız heç nə ortaya çıxmırdı. Quru xırıltı, tez qırmalar və daxilində gedən panika, bu daha da dərində məskən salacaydi, əgər  Minseok səbirsizcə ayağını yerə vurmasaydı.

Zalın sonunda oturan oğlan qaşını qaldırdı, nəsə dedi, KyungSoo isə onu heç  anlamadı və  o əminliklə əlini qaldırdı.  KyungSoo onu təəccüblə  izləyirdi,  onun necə  barmaqları havada rəqs etməsinə, sonra isə hardansa görülməz fortepiano səsi  gəldi, güclü, parlaq və hər şey bir oldu, hər şey içində yığıldı. Musiqi oğlanın bədənindən keçirdi, hər ucuna, hər hərəkətinə və KyungSoo'ya elə gəlirdi ki, bu dünyanın ən gözəl insanıdır, dünyanın ən gözəl rəssamı. Musiqi o oğlanın barmaq uclarından gəlib onun ürəyinə daxil olurdu, sanki bu yeganə onun yaşam, olma məqsədidir.

Bu sentyabrlı və ya ola bilər oktyabrlı gecə, KyungSoo özünün ən gözəl çıxışını dəri çəkmədə olan rəqsçiyə həsr etdi. Və sonra, KyungSoo Minseokun pulun yarısını bölməsini gözləyirdi, rəqsçi üzündə təbəssümlə yanlarından keçdi.

-Mən də çətir yoxdur.

KyungSoo gözlərini qırpdı, təsadüfən pəncərin o biri hissəsində yağışın yağdığını gördü. Minseok onu itələndi, - O dedi ki, onun çətiri yoxdur.

KyungSoo gözləri ilə qırpmağa davam edirdi, sonda rəqsçi dərindən nəfəs alıb, onun boynundan tutdu, sanki onunla bunu göstərmək istəyirdi ki, bunu dəfələrlə edib, - Gəl, gedək. Məni evə yola sal, hyung.

"Hyung" sözünü eşidən kimi KyungSoo, albomunda olan sonucu səhifəsini yadına saldı, hansı ki, şəkilsizdi, orda oğlandan yazılıb hansı ki, əslində hələ uşaqdı, yazıçıdır, rəqsçidir, qonşudur, və  əslində bunlardan daha çox olan biridir. Sonuncu səhifəsinin yanında qeyd var idi, orda bunu oxumadığı kimi özünü göstərməsi tələb olunurdu, çünki Kim Jongin istəmirdi ki, onu xatırlasınlar.

Ona görə KyungSoo özünü elə apardı ki, guya bilmir ki, Jongin onun qonşusudur, -Sən harda yaşayırsan?

-Mən bilirəm ki, sən bunu bilirsən.

- Mən doğurdanda bilmirəm.

- Sənin evində.

- Yox, düz deyil.

-Hə, düzdü.

KyungSoo sakitcə dinləndi, Jongin gülümsədi və KyungSoo bilirdi ki, onda heç bir alternativ prinsip yoxdur, yalnız onu evə aparmaq qalırdı.

AT(Anterograde Tomorrow)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin