İkinci hissə: görünməyən divarlar

20 3 0
                                    

-Mən Jongin və mən burda ona görəyəm ki...

- Yazasan.

Jongin'ın çənəsi təəccübdən aşağı, qaşları isə yuxarı qalxdı. Saniyələr gəlib  gedirdi və özü ilə nazik tərəddüdlü hisslər gətirirdi. Pəncərənin o biri hissəsində otluqlar göylərə qalxaraq, rənglər və parlaqlar xaosunda qarışırdı. KyungSoo  isə gözləyirdi.

Jongin o dəqiqə mətbəxt stolunda açıq albomu gördü və qapının yanında rahatlaşdı,- Aa. Sən artıq öz qeydlərivi oxumusan?

-Hə,- KyungSoo başını yellədi və Jongin'ın üzündə olan təəssüf ifadəsini görmədi.

Bu gün onların söhbətləri qonşu otaqda, Jongin evində keçdi. Bu bəyaz qutu, əzilmiş kağızlarla dolu olan, boş pivə şüşələrindən, müxtəlif arxomatik formalar: lüt olmuş yataqda əzilmiş yorğan; sakit qobelenlər sanki təslim olmuş bayraq kimi yellənirdi. Balaca siqarət qalıqları və mətbəxt stolunun üstündə " KYUNGSOO" yazılan sarı dərmanlar qoyulmuşdu. Hər şey nazik ağ kövrəkliyə bənzər, sanki asbestdə gücnən dayanan idi. Bu hamısı KyungSoo'nu öz aləminə götürürdü, amma sonra Jongin'ın addımlarına və uzun kipriklərinə baxmağa başladı.

KyungSoo-ya elə gəlirdi ki, Jongin bu otağın hər hissəsinə aid idi. Divanda uzanan Jongin elə insana bənzəyirdi ki, axır əvvəl bu evə sahib idi və ya o bu yüksək səviyyəli diqqətsizliyi sevən biri idi. Boş, laqeyidliklə dolu olan, emosiya və cavablar arasında qalan kölgə ilə dolu olan insan.

-Sənin xoşuva gəlmir burda, hə?

- Burda hər şey ağ-qaradır. Bu kiminsə evinə bən...

- Götür, - birdən dedi Jongin.

KyungSoo hələ tezəcə çevrilmişdi ki, Jongin ona yeni sarı yapışqanlar atdı.

-Bu nədir?

- Yaxşı görək. Onlar sənə tanış gəlməlidir.

- Yox, mən onu nəzərdə tutmuram, niyə sən bunu mənə verirsən?

- Sən dedin axı, mənim otağım ağ-qaradı,- Jongin çiyinlərini çəkdi, sonra isə divana uzandı, bununlada öz Adəm almacığını və bütün çənə hissəsinin iti uclarını, dirsəklərini, barmaq sümüklərini,dırnaqlarını göstərmiş oldu. – Rənglə onları. Bunu etmək istədiyinə əminəm. Və bax, bu günəş rəngidir. Səni canlı hiss etdirir, elə deyilmi?

-Sən dəyşətsən.

- Sənin bu öldürücü baxışların,- Jongin gülümsədi,- ən çox mənim xoşuma gələndi.

KyungSoo elə etdi, amma Jonginə əmr etdikdən sonra, - Bu gündən etibarən məni hyung deyə çağır. Bu o qədər nəzakətsizdir ki, axmaqca görsənir.

Jongin tüstü çıxararaq gülümsədi, bunlada başının üstündə tüstüdən bulud yaratdı və sevinclə ağzını açdı. KyungSoo stulu divara yaxın qoydu, ona qalxdı, az qala yıxılacaydı, və əlində olan yapışqanları açdı, barmaqları ilə kağıza toxundu. Divar günəş işiğından isinirdi və Jongin'ın səsi sanki duman içində olan naməlum sözlər, bel hissəsinə pişik muruldusu kimi hissiyyat yaratdı.

-Sən nə vaxtsa bu haqqda düşünmüsənmi  ki,  neçə saat  eyni işi görüb, həmən ki yapışqan pistolet və vedrə dolu mramorlu oyuncaq gözləri ilə, dünən,o biri gün, lap o biri günlər və ya ümümiyyətlə ? Sən neçə dəfə boş yemək stoluna oturub düşünmüsən ki, bu gün ki günü sabah xatırlayacaqsanmı?

AT(Anterograde Tomorrow)Donde viven las historias. Descúbrelo ahora