~• Möcüzələrə inanırsan?

158 17 4
                                    

  Qaranlıq otağımda işıqların sönməsi məni bir az da vahiməyə salmışdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  Qaranlıq otağımda işıqların sönməsi məni bir az da vahiməyə salmışdı. Yox, nə qaranlıqdan, nə də yalnızlıqdan qorxurdum. Məni qorxudan qarşımdakı yolun görünməməsi idi. Boz şəhərin bahalı işıqları belə köməyimə çata bilmirdi. Mənə daha böyük, daha saf işıqlar lazım idi. Ay işığı kimi, ulduzların işığı kimi. Bəs, onlar yolumu aydınlada biləcəkdilərmi? Keçmişin yorğunluğundan uzaqlaşıb gələcəyə doğru addım ata biləcəkdimmi? Uzaq tanışlarımdan qaçıb bu yolu təkbaşıma getməyi bacaracaqdımmı? Yaralarımı sarıyıb güləcəkdimmi? Ağrılar dinəcəkdimi?

Səmanın yoluma saçdığı işıqla irəliləyirdim, lakin yolun sonu yenə qaranlıq idi.  Bu, nədir belə?! Yoxsa mən hələ də azmışdım?! Səmaya baxıb ulduzlardan və Aydan kömək dilədim, onlar isə "ümid" deyə pıçıldayırdılar. Ümid? O ki məndə sönmüş bir şam kimi otaqda qalıb, onu yenidən necə yandırım axı. "Ümid bəslə ki, yolun nurlansın." deyə pıçıldadı Ay. "Gözlərini qapa və qaranlıq qəlbindəki işığı yandır." dedi Ulduzlar. Təəccüblə onlara baxaraq bundan sonrakı addımımı düşündüm. Yolun ortasında dayanıb gözlərimi qapayaraq "Olanları lap dərinliklərə basdır və ümidi oralardan çıxartmağa çalış" , - dedim öz - özümə. Bir neçə saniyə sonra qəlbimdə yüngüllük hiss etmiş kimi oldum, göz qapaqlarım da gur işıqdan qırmızı rəngə boyanmışdı. Gözlərimi açdım və nura boyanmış yol ilə irəlidəki işığı görüb gülümsədim. Bu ki bir möcüzə idi! Ümid möcüzəsi. Bəs sən möcüzələrə inanırsan?

Qaraya BulaşmışlarWhere stories live. Discover now