~• Gecənin təki

58 5 2
                                    

Gecə saat on iki,Hələ də gətirmir bizimki,Arzular yenə başqa,Reallar daha sıxır,Yenə çata bilmirik,Uzaqlara

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Gecə saat on iki,
Hələ də gətirmir bizimki,
Arzular yenə başqa,
Reallar daha sıxır,
Yenə çata bilmirik,
Uzaqlara.
Xəyallara.
İstəklərə.
Sevgilərə.
Özümüzə.
Gecə saat iki,
Hələ də gətirmir bizimki.
Əlimiz çatmayacaqlar var.
Bir də.
Sərsəm darıxmaqlar.
Bizi bizdən alan həsrətlər.
Doğma həsrəti.
Uşaqlıq həsrəti.
Sonsuzluq həsrəti.
Gecə saat dördün yarsı,
Hanı Ay'ın yarsı?
Oxşamışıq sevgilimizə,
Yarımıq yenə hər şeydə,
Haçan axtaracayıq özümüzü?
Tapa bilərikmi əslimizi?
Keçmişimizi.
Keçmişə dərman olanları.
Ümidə qayçı olacaqları.
Nə edəcəyik bütün bu gələcəklərlə?
Örtəcəyikmi ağrılarımızı gülüşlərlə?
Pəncərə baxır, gülür bizə.
Gələ bilməyəcəyik çünki özümüzə.
Dəniz də səmadan bizi salamlayır,
Dalğalarıyla ulduzları oxşayır,
Sanki sonsuzluq var deyir.
Duyğularımız başımıza fırlanır,
Xanım - xatın rəqs edir, məst edir,
Di gəl ki ilişib qalmışıq,
Beyin və qəlbin qırıq körpüsündə.
Gecə saat dörd,
Sevgilim, üstünü yaxşı ört.
Bu gün soyuq olacaq,
Çünki intiharlar çoxalacaq.
Sətirlərim sözlərlə boğuşacaq,
Səssiz - səmirsiz öləcək, edəcək üsyan.
İnsanlara.
Tanrıya.
Dünyaya.
Özümüzə qarşı.

|• 19. 07. 2017 •| #themoonandsky

Musiqi: Ghazal Shakeri - Man o to

Qaraya BulaşmışlarWhere stories live. Discover now