Özünün ikinci şəxsinin təki

39 3 1
                                    

Çox düşünmək, dünyanın həqiqətlərini hər dəfəsində bir sandıq kimi sevinclə tapmaq da bir şey deyilmiş demə

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Çox düşünmək, dünyanın həqiqətlərini hər dəfəsində bir sandıq kimi sevinclə tapmaq da bir şey deyilmiş demə. Sandığı açırsan və görürsən ki, bomboş imiş. Aldadıblarmış səni. Sandıqları bir - bir açdıqca kiçik, lakin gözündə böyük görünən dünyanın necə mənasız, oyunlardan qurulmuş parçalar olduğunu kəşf edirsən. Kəşf edərək də dünyadan soyumağa başlayırsan. Adi insanların sevinci artıq sənə süni gəlir. Hər addımında, hər gördüyün hadisədə hər şeyin indi və birbaşa olmasa belə, sənə qarşı çevrilən tapanca olduğunu dərk edirsən. Biznesdə oxuyursan, lakin kapitalizmə nifrət edirsən. Kimlər isə marketinqə qaçır, amma sən aşırı istehlakın dəhşətlərini düşünürsən. Kimlər isə yüksək maaşlı Bp, Socar kimi şirkətlərdə işləmək həvəsindədir, amma sən neft və rüşvətin səni oyuncaq kimi istifadə etdiyini anlayırsan. Oyuncaq olduğun sillə kimi üzünə çırpılır. İncənətə belə soyumağa başlayanda artıq özlüyünü, həyatının zövqünü itirməyə başladığını anlayırsan. Amma həm də düşünürsən ki, incəsənət dünyanı xilas etməyəcək. Yanılırsanmı? Əlbəttə!

İncəsənət elə sənin özünü bütün əzab -əziyyətdən xilas edir. Hisslərinə sığal çəkib hər şeyin yaxşı olacağını pıçıldayır. Yazdığın hekayələrin obrazlarını yaratmaq, onların həyatını yaşamaq. Fırçanı kətana sürtərkən o toxunuşu hiss etmək, ağ rəng ilə mavinin vəhdətini bütün içinlə duymaq. Ah... Bəs o təbiət? Gözünü yumaraq quşların nəğməsi altında yellənməyini xatırlayırsan, Ayan? Arxan yağış suyuna görə batsa belə, xoşbəxt olduğunu xatırlayırsan? Gəl indi ağladığın günlərdən danışaq. Heç kimə lazım olmadığını, heç bir işə yaramadığını hiss etdiyin, insanlarla münasibət saxlmağa çətinlik çəkdiyin o günlər. Qırıq əşyanı qoluna sürtüb cızmağın, damarını sıxsın deyə qolbağını bərk - bərk sıxmağın. Gənclik metro stansiyasında dayanan zaman relslər haqda düşünməyin. Yoxluğunu təsəvvür etməyin. Özünə verdiyin kiçik, lakin yalançı ağrıların verdiyi ləzzətdən nə qazanırdın ki, Ayan? Ölməyinimi arzulayırdın, yoxsa ölməyin səni ağrıdacağınımı vurğulamaq istəyirdin?

 Özünə verdiyin kiçik, lakin yalançı ağrıların verdiyi ləzzətdən nə qazanırdın ki, Ayan? Ölməyinimi arzulayırdın, yoxsa ölməyin səni ağrıdacağınımı vurğulamaq istəyirdin?

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Anlayıram, bezmisən, sıxılırsan, nəfəsini kəsirlər. Sevə bilmirsən, sevilmirsən. Tıxandığın yerdən tez çıxmaq istəyirsən. Amma nə asan başa  gəlir ki. Hə, bu dünyanın kiçik marionetkasısan.Bəlkə, elə özün özünü də idarə edəsən dünya sən idarə edirmiş kimi? Axı bilirəm, yaşamaq istəyirsən. Özünü aldadıb hamıya kömək edib bu dünyanın haçansa cənnət olacağını içdən xəyal edir, ümid edirsən. Heç kim ölmək istəmir, Ayan. Nənən belə ağrı içində qıvrılarkən gah ölüm, qurtarım desə də, gah da övladlarına "Mənə kömək edin! " deyir. Demək ki, missiyamız yaşamaqdır. Gözəllik və əzabla qarışmış o şərbəti içib yaşamağa çalışmalısan.

Kiçik ağrıyan canı ilə içindən gülən Ayanın, həyatını insanlara kömək etməyə ithaf edən zirvələr qızı Fəridənin, dəmir ayağı və gücü ilə xərçəngə qarşı mübarizə edən Neslicanın və digər ölümlə uğraşan bütün insanların şərəfinə o şərbəti udub yaşam...

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Kiçik ağrıyan canı ilə içindən gülən Ayanın, həyatını insanlara kömək etməyə ithaf edən zirvələr qızı Fəridənin, dəmir ayağı və gücü ilə xərçəngə qarşı mübarizə edən Neslicanın və digər ölümlə uğraşan bütün insanların şərəfinə o şərbəti udub yaşamağa çalışmalısan! Çalışmalıyıq!

Kiçik ağrıyan canı ilə içindən gülən Ayanın, həyatını insanlara kömək etməyə ithaf edən zirvələr qızı Fəridənin, dəmir ayağı və gücü ilə xərçəngə qarşı mübarizə edən Neslicanın və digər ölümlə uğraşan bütün insanların şərəfinə o şərbəti udub yaşam...

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Sep 25, 2019 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

Qaraya BulaşmışlarTempat cerita menjadi hidup. Temukan sekarang