~• Burdasan?

48 5 2
                                    

Bu gün bir az tənhayam,
Səni tapmayanda çox yarımam.
Anlamıram, hanı əllərinin istisi?
Quru çubuq da yoxdur ki yandıram
Ancaq quru kədər var,
O da sənsizdir, işimə yaramaz.
Kimsə deyir gərək burda qalam
Bəlkə, sən gəlib getdin deyə
Bir çaylıq dərdləşək deyə
Amma ümidim yaman uzaqlarda,
Səmalarda ulduz axtarışında
Ah, gözlə, bircə dəqiqə
Səmada da ulduz yoxdur ki
Bəlkə, içimdə heç ümid yoxdur?
Yox, gərək kədəri yandıram,
Təsəvvür edəm ki, sən burdasan
Bitən hisslərimi alışdıram,
Təsəvvür edəm ki, yanımdasan.
Baxırsan mənə gülümsəyib
Əllərim də darıxmır, bax, özünə gəlib
Saçlarım daha özünü yolmur,
Hamısı sənin ixtiyarında
Baxsana oynayır tanqo da.
Barmaqlarım da ağlamır,
Tapıb səninkiləri yaman danışır.
Bircə kirpiklərim tək qalıb
Hiss etmir o toxunuşları.
Deyir, yalandır, hamısı yalan!
Bu fantaziyanı kəs, dayan.
Aldatma özünü, gəlməyəcək
Gedən getdi daha, səni görməyəcək
İnanımmı görən ona?
Söz vermişdin, getməyəcəm,
Söz vermişdim, inanacam.
Axı mənim bircə inamım sənsən
Doğrudanmı burdasan, sevgilimsən?
Yoxsa yatmışam, nağıldayam.
Ah, sevgilim, bax qəhər gəldi yenə
Həqiqəti gətirib tüpürdü hər şeyə.
Mən gedim, ən yaxşısı,
Səhər açılır, quşlar oxumur,
Buludlardan da günəş görünmür.
Daha günəşsiz olacam,
Bilirəm, yenə nağıllara inanacam,
Söz verirəm, ancaq arada darıxacam
Bircə xatirələri sakitləşdirim gərək,
Evdəki əşyalar da ağlamasın gərək.
Bilirəm, vallah, bilirəm,
Mənimki təsəllilərdir sonsuzadək,
Olsun, əsas odur,
Sən burdasan mən ölənədək.

|• 21.08.2017 •| themoonandsky

Qeyd: bu "şeir" paylaşım, ya paylaşmayım tərəddüdü arasında paylaşılıb. Ona görə pisdirsə, çəkinmədən deyin, rahatlıqla bunu burdan silim. :d

Qaraya BulaşmışlarDove le storie prendono vita. Scoprilo ora