~• Hardasan?

62 8 4
                                    

Sənə toxunmaq istərkən buludlara toxundum,əlim boşluğa getdi, çünki yoxluğa qarışmış, məsafələr içində itib - batmışdın

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Sənə toxunmaq istərkən buludlara toxundum,
əlim boşluğa getdi, çünki yoxluğa qarışmış, məsafələr içində itib - batmışdın. Məsafələrə ad vermək, onlara bəhanə tapmaq istədim, lakin qeyri - mümkün. Hər axşam səmasında səni axtarmaq və tapa bilməmək, qeyri - mümkünü mümkün etməyə çalışmaq - bax məhz bu idi son günlərimin vərdişi. Buludlar üzümə baxır və sanki kədərli bir şeyi demək istəyir üzümə yağışını tökərək. Necə yəni? Olmaya gəlməyəcəksənmi daha? Dünya səyahətinə bir nəfərlikmi çıxacam? Olub keçməyənlərimiz vardı axı aramızda. Mənə kitab hədiyyə etməli idin axı. Kirpiklərinə nar çiçəyi düzəcəkdim axı. Hər şey bir qırağa da, nar çiçəyitək gözəlsən, yar. İndi sənin uzaqlığını gözəlliyinəmi bağışlayım yoxsa? Uzun - uzun tamaşa edirəm sənə yorulmadan. İncidir. Çox incidir ki, mənəvi yaxınlığını tapa bilmirəm. Fikirlərin ayrı kainatda, özün buralardasan. Səsim qulağına, qoxum burnuna, toxunuşum saçına çatmırsa, daha nə fayda? Amma ümid edirəm lap içdən ki, bir gün mənə, biz'ə qayıdacaqsan. Şövkət xanım demişkən " hardasan, yar, de harda? Gözlərim qalıb yollarda". Bir çığır, bağır, səs - sorağın gəlsin itdiyin uzaqlıqlardan . Bilim ki, sən də axtarırsan məni o sonsuz ümmandan, mən səni göy qübbəsindən axtararkən, amma...amma bir mümkünsüzlük kimi qovuşa bilməmişik hələ. Yar, bəs sən necə, axtardınmı məni buludlar arxasında?

15. 07. 2017 |• #themoonandsky •|

Qaraya BulaşmışlarTempat cerita menjadi hidup. Temukan sekarang