~• 52 hertzlik çığırtı

111 4 2
                                    

O gecə daha çox səssizliklə bürünmüşdü sanki

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

O gecə daha çox səssizliklə bürünmüşdü sanki. Ayın yarı üzü okeana naxış kimi düşmüş, sonsuzluğa bir ləkə kimi qalmışdı amma. Səssizlik o qədər ətrafa çökmüşdü ki, okean belə dalğalanmağından çəkinir, özünü itirir, səsindən utanır, artıq əşya kimi görünürdü öz əksinə. Daha dərinliyə getsək, qaranlığa gömmüş göy'lük görərik. Hamı yatmış, rəngli bədənlərini eyni rəngli yosunların içində gizlətmişdilər. Bircə varlıq oyaq idi. Məqsədsizcəsinə nəhəng bədənini ora - bura dartır, vurnuxur, nə, yaxud kimi axtardığını heç özü də bilmirdi. İçində günü - gündən böyüyən qəribə hissə ad verə bilmirdi heç cür. Öz içində olan hissləri necə tanımayasan ki?  Xırdaca gözləri ilə Aya baxdıqca onun ətrafındakı ulduzları da kəşf etmiş, yavaş - yavaş onda nəyin çatışmadığını anlamağa çalışırdı. Niyə ucsuz - bucaqsız səmada Ay tək olmadığı halda, onun yanında kiçik belə olsa, hər şeyini onunla paylaşmağa varlıq yox idi ki? Bu sualın cavabsızlığı getdikcə onu didir, uzun quyruğundan ta başına qədər elektrik vurarcasına parçalayırdı.

Nə zamansa bir balinanın ağladığını görmüşdünüz? Kaş orda olub, xırdaca duzlu su damlalarının okeanı necə dost kimi ağuşuna aldığının şahidi olardınız. Onda onun kədərini ifadə etməyə heç mənim sözcüklərim gərək olmazdı. O ağladıqca sözlər də beynində yığılıb "yalnızlığ"ı əmələ gətirirdi elə bil. Düşünürdü ki, Ayın ulduzları yığmağa parlaqlığı varsa, bəs mənim nəyim var? Var gücü ilə çığırmışdı o an, bəlkə, o səssizlikdə kimsə eşidə, kimsə gələrmi deyə. Nəhəng bədənin nəhəng boşluğundan çıxan çığırtı idi o. Heç bir balinanın heç vaxt eşidə bilməyəcəyi 52 hertzlik çığırtı idi o. O çığırtıya bütün kiçik balıqlar oyanıb, o səsdəki kədəri, əzabı eşidib yas belə tutmaq istəmişdilər. Demişdilər ki, heyif, onu eşitmir onunkimilər. Yazıq balina özü boyda yalnızlığın içində boğulub qalacaq, heç kim də bilməyəcək. Di gəl ki, heç onlar da gəlmədi ona yoldaş olmağa. Qəribədir.

Cəhdsizlik. Fərqlilərin "sürü"dən atılması. Bax bu idi hər şeyin səbəbi. Bəs həll? Sevgi ilə düzələrdimi o açılmış yalnızlıq yarası? Bəlkə də. Çox təəssüf ki, o kiçik balıqların sevgisi onun yalnızlığının üstündə nöqtə kimi qalardılar. Amma, bəlkə də, yox. Bir okean dolusu balıq onun qara boşluğunu doldurmağa bəs edərdi, kim bilir.

Hə, deməli, eyni dildə danışmırsa, görməzdənmi gələk fərqliləri? Lakin sizə - sırf siz insanlara kiçik bir ümid verim, olarmı? O 52 hertzli balinadan bircə dənədirsə, cəlb etmə yolu da bircə heç bir balinanın eşitməyəcəyi o 52 hertzli ah - nalədirsə, bəs bizim nəyimiz var? Danışacaq və ya yazacaq sözlər, hamı tərəfindən sezilməyəcək üz cizgiləri, toxunuşlar, baxışlar.... Ah, tanrım, gör ki, bizim nələrimiz var və biz hələ də bir birimizi anlamağa cəhd etmirik.

Özümüzdən böyük eqomuzla nələrin isə düzələcəyi barədə qəlbimizə hansı axmaq ümidi salmışdıq ki? Gülüncdür, çox gülünc. Bəzilərimiz isə acizcəsinə səsimizi çıxarmağa çalışır, nələri isə izah edib böyük  ümidli gözlərlə anlaşacağımızı düşünsək də, 52 hertzlik balina kimi səsimiz sonsuz okeana  yuvarlanır və eşidilmir ( yaxud eşidilməzliyə qoyulur)
Həə, məsələmiz çox dərindir, əzizim yalnızlıq mücəssəməsi. Səni sevirəm və o nəhəng təkliyindən öpürəm.

|• 02. 09. 2018 •| themoonandsky

Musiqi: Krobak - It's snowing like it's the end of the world

Araşdırmaq istəsəniz: https://en.m.wikipedia.org/wiki/52-hertz_whale




Qaraya BulaşmışlarTempat cerita menjadi hidup. Temukan sekarang