~• Xatırlatma ( ithaf )

87 10 18
                                    

Balmorhea - Remembrance musiqisi ilə oxumağınız məsləhət görülür.


Gecə səhərə doğru qaçır, şəhər qaradan qırmızıya paltarını geyinməyə başlayır artıq, amma sən burdasan. Pəncərənin qabağında sən və düşüncələrinlə. "Xatırla" deyirsən özünə. Ayın Günəşdən aldığı işıq hesabına parladığı kimi sən də nəyin və ya kimin hesabına parlaya biləcəyini yada salmağa çalışırsan.


Bir yandan da qulağında düyünlənib qalan bir musiqini zümzümə edirsən özün üçün. Sanki ağır fikirlərini bəzəyəcək, yüngülləşdirəcək kimi.

Arzuların bir - bir pəncərə qabağında görünür və yox olur, tuta bilmirsən, düzdür? Gözlərindəki işıq ulduza dönür, amma elə həmin an da yenə nə isə, ya kimsə yada düşür və işıq sönür, ulduz gücünü itirir, tozları üst - başına tökülür. Utanırsan üzərindəki kölgələrdən, ləkələrdən, dostum. Halbuki Aya çatmaq istəyən sənsən. Bəs Ay sənə ləkələrindən gizlənməməyi öyrətmədimi, hə? Pəncərədən gözünü çəkə bilmirsən, çünki səni cəlb edən hər şey ordan kənardadır, amma aça bilmirsən, paslanıb pəncərən, paslanıb. Və pəncərə qabağında bir yol görünür kainata aparan. " Sərhədlər olmasaydı, qaçardım " deyə pıçıldayırsan yatmış valideynlərin eşitməsin deyə. Sərhədlər səni sıxır, divarlar səni sıxır, halbuki sən axtaran adamsan. Tanrılar axtarışı, düzlər içində səhvlər axtarışı, mən'in axtarışı. Necə də xoş gəlir sənə bunlar. Amma nə zamana kimi buludlar arxasında gizlədəcəksən özünü? Görən nə zamana kimi ancaq yuxularda axtarışa çıxacaqsan kainatın, suallara tutacağın Tanrıların? Vaxt gecə kimi qaçır, sən hələ də sərhədlərin içində itib - batmısan, dostum. Axı nə zamana kimi…

 Axı nə zamana kimi…

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

- 17.04.2016 -

Qaraya BulaşmışlarNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ