~• Nəyimiz var, nəyimiz yox?

63 10 5
                                    

Yarımçığımız var,
Hər tinbaşı, hər gedəndə.
İtirdiyimiz var,
Xatirələr boyu arzuların sahilində.
Sahilə "kimik?" deyə sual verərkən
Pıçıltı eşidib anlamamaq və susmaq.
Dərdimiz nədir, əzizim,
Nələri itirmişik ki, indi axtarırıq?
Arzular nədir, əzizim,
Ayın sonsuzluğunda itməkmi yoxsa?
Suallar beynimə batdıqca
Buludların saçımı oxşaması,
Üzümə gülümsəməsi və sonra
Küçəboyu göylərdə gəzmək və yalvarmaq:
- İlahi, məni Yerdən apar, at kainata,
Bilim ki, tək deyiləm, ulduzlarım var.
Bilim ki, mən arzu tutduqca,
Saturn gülür, sevinir halqasıyla
Natamam mükəmməlliyimə,
Əbədi olmayan əbədiyyətimə.
Və bilim ki, sonsuzluğum var,
İtirdiyim, tapa bilmədiyim kainatda.

- 03.04.2017 - /   #themoonandsky

Qaraya BulaşmışlarDonde viven las historias. Descúbrelo ahora