~• İçək, dost?

87 12 2
                                    

Sözlərim hisslərimi ifadə etməkdə aciz qalanda anlamışdım nəyin isə çatışmadığını, düz gəlmədiyini. Anlamırdılar... gedənlər gəldiyi kimi getməyəndə anlamırdılar nələrimi dəyişdiyini. Olmaya, yıxılmış səmimiyyət divarları arasında mənim qırıq parçalarımı görməyəcək qədər kor idilər? Düzəlməyəcək, dost, dağılmış divarlar düzəlsə də, əvvəlki kimi olmayacaq ki.

Dost sarılışına ehtiyacım olanda anlamışdım onların ulduz qədər əlçatmaz olduqlarını. Yalnızlığın ağuşuna sığınmaq istəyərkən bəzən onları xatırlayışım bir mayak kimi bildirirdi, demə, təklik hər zaman kömək etmirmiş.

Lakin dayanıb durursan qürurlucasına. Acizliyini bildirməməyin dost anlayışına zidd olduğunu anlamırsan. Güclü olduğunu sanaraq susub, şərabı özünə dost edirsən sonra da.

" Məndən böyük bir şey gözləməyin, çünki mən də sizintək hər itirdiyimdə bir qədəh şərab qaldıranlardanam " deyib yarı-şirin, al-qırmızı şərabla solğun dodaqlarını boyayırsan. O meyxoş dadın boğazından keçərək düyünlənib qalmış dərdlərini necə yandırıb unutdurduğunu hiss edirsən? Bəs o hissin daimi olmadığını nə zaman anlayacaqsan? Heç vaxt?

Olsun, nə deyirəm ki. Əbədi dərd dərmanını tapana qədər iztirablarla şərab qonağımız olsun. Bir az da içək, dost?

01 - 02. 09. 2016

Qaraya BulaşmışlarOnde histórias criam vida. Descubra agora