Qonşu mənzilə köçmüş qəribə oğlanla az əvvəlki qarşılaşma anımızı düşünə-düşünə boşqabımdakı yarpaq dolmalarının hamısı bitirdim . Sərin sudan stəkanıma süzərkən ev əhlinə göz gəzdirdim .
Başımın qapıya çırpılmasına səbəb olan və üzr istəmə arzusunda belə olmayan qardaşım Malik telefonunun içinə düşmüşdü . Ağzı qulaqlarında kiminləsə mesajlaşırdı . Xəyalımda Malikin yazışdığı adamla gizli işlər arxasınca düşdüyünü , mənim bunu öyrənib onu şantaj etdiyimi , Fərhadın önündə məni biabr etdiyinə görə diz çökdürüb üzr istətdiyimi canlandırdım .
Pis xəyal deyildi . Qəddarca olsa da ...
Ailəmizin ən kiçik üzvü Nurlan xalçada üzü üstə uzanmışdı . Qatlanmış ayaqlarını növbəylə aşağı yuxarı yelləyirdi . Üzündəki ciddiyyəti görənlər uşağın dünyanı xilas etməyə çalışdığını düşünə bilərdilər amma o , sadəcə rəsm albomunda növbəti "əsər"ini yaratmaqdaydı . Otağın dörd bir yanına səpələdiyi rəngli karandaşlar Nurlanın necə məşgul olduğunu sübut edirdi .
Ev işlərini yenicə bitirib divanda yerini rahatlamış anam kanalların birində yayımlanan gənclik serialını izləməkdəydi . Adı necə idi ? " Aşk laftan anlamaz" və ya "Aşk gopdan anlamaz " , ya da ki " Aşk sübhdən banlamaz "... necə istəyirsinizsə ...
Atam isə artıq heç kimin etmədiyini düşündüyüm bir şeylə məşğul idi . Əlinə qəzet almış , sanki bizimlə deyilmiş kimi vərəqlə üzünü qapayıb bütün diqqətini yazılanlara vermişdi . Qəzetin qırmızı şriftlərlə yazılmış adı uzaqdan mənə göz vururdu . Qəzetə ad axtararkən müəllifin çoxlu beyin gimnastikası etdiyi qənaətinə gəldim . " P.S. Да" isminin başqa açıqlaması ola bilməzdi , zənnimcə .
Masanın üzərindəkiləri yığışdırdıqdan sonra hərəsi bir işlə məşğul olan adamlardan anam mənə daha cazibəli göründüyü üçün ona yaxınlaşdım . Hələ də ağrıyan ənsəmi ovxalayaraq qadının yanında əyləşdim .
" - Beni seviyorsun .
- Hayır , senden nefret ediyorum .
- O zaman öyle bakma , tamam mı ? "Serialdakı aktyorların dialoqlarının ardını da dinləsəm olan-qalan ətimi töküb fotomodelə dönəcəkdim . Deyəsən , anam da belə düşünmüşdü ki , kanalı dəyişdi .
Sevimli cizgi film qəhrəmanının səsini eşidən kimi Nurlan cəld başını qaldırıb televizorun önündə dikəldi .
Mən isə uşağın xalçanın üzərində unutduğu albomu götürüb cızmaqaraya tamaşa etdim .- Bu kimdir , Nurlan ?- soruşdum albomu əlimdə fırladıb "əsər"ə hər rakursdan baxmaga çalışaraq .
Gözləri ağılsız macəralar yaşayan iki qardaşın animasiyasında olan uşaq :
- Çubuq adamdır .- cavab verdi .- Sənin dalınca gələcək .- Nə ?
Vərəqdəki əl işinə bir daha baxdım . Başdan ayağa qara geyinmiş birinin yöndəmsiz təsvirindən başqa bir şey deyildi . Amma məni təəccübləndirən bu qəribə şəkil yox , qardaşımın söylədikləri olmuşdu . Uşağın ayaq üstdə sayıqladığını düşünürdüm .
- Mənim dalımca ? Yaxşı görək ...?
Gülməyim Nurlanın vecinə olmadı . Mənə qarşılıq vermədən cizgi filmini izləməyə davam etdi .
Həmin gün "Suallarına cavab verməyən qardaşlarını təpikləyən qızın həzin hekayəsi " olaraq tarixə düşəcəkdi ki , atam qəzeti büküb gözlərini mənə zillədi .
- Hə , qızım , de görək təcrübən necə keçir ? Xəstəxanada bir şey öyrədirlər ?
Nəhayət ki , bu ailədən məni də önəmsəyən bir adam çıxmışdı .
BẠN ĐANG ĐỌC
Evə Qayıdıram
Viễn tưởng[Hekayə müvəqqəti olaraq yarıda saxlanılıb .] " Həmin yay həyatım 360 dərəcə dəyişdi ." deyə bilməzdim . Çünki 360 dərəcə dövr etmiş olsaydım yenə başladığım yerə qayıtmış olardım . Amma mənim həyatımda elə köklü dəyişim baş vermişdi ki , istəsəm də...