"6". P(b)eyin yandıran əhvalat

164 21 41
                                    

İkinci dəfə şüalandığımız zaman birincidən fərqli olaraq gözümə rənglərin rəqsindən başqa heç bir şey görünmədi .

Məlum olduğu kimi Aitin məni dağıntılar arasında son nəfəsini verən şəhərə gətirdiyi ilk şüalanma zamanı özümü dəbilqəli adamlardan qaçdığım bir xəyalın içində görmüş , daha sonra isə yenidən rənglərin "hücumuna" məruz qalmışdım . Amma Suriyaya məxsus olduğunu təxmin etdiyim həmin şəhərdən şüalandığımız zaman xəyal filan görmədim . Gözlərimin önündə tez-tez bir -biriylə əvəz olunan yaşıl , mavi , çəhrayı , sarı və digər rənglərə tamaşa edərkən özünü uçurumdan atmış bir çarəsizin süzülüşü kimi süzülürdüm .

Qulağıma qısa bir dialoqdan ibarət səs dalğaları gəlib çatanda rənglərin arasından gələn sözləri dərk etmək üçün diqqət kəsildim .

- Bu necə ola bilər ? Az əvvəl ... burada idi . Qızı öz gözlərimlə gördüm . - Bir kişinin dilindən çıxan həyəcan dolu sözlər idi bunlar .

- Axmaq ! Onu əlindən qaçırdın . İndi nə edək , hə ? Hamısı sənin ... - Bu da başqa bir kişinin dedikləri idi . Səsi daha qətiyyətli çıxırdı .

- Qulaq as . Onun necə qaçdığını təkcə biz üçümüz bilirik . Kəlləmizdən olmaq istəmiriksə məncə , sussaq yaxşıdır . Guya ki , heç nədən xəbərimiz ...

- Kral axmaq deyil ! Başa düşürsən , o axmaq deyil . Bizim günahkar olduğumuzu gec ya tez anlayacaq .

Az əvvəl də qeyd etdiyim kimi həmin kişilərin xəyali görüntüsü gözümə görünmür , sadəcə səslərini eşitməklə kifayətlənirdim . Bu səslər getdikcə zəifləməkdəydi və elə bir an gəlib çatdı ki , heç nə eşitməz oldum .

Bir-iki saniyədən sonra ayaqlarımın üzərində yerə yüngülcə düşdüm . Rənglər bir göz qırpımında yox olduğu zaman kiçik səliqəsiz daxmaları cənginə almış alatoranlığın ortasında olduğumu anladım . Üfunətli qoxunu hiss edib üzümü turşudarkən havanın niyə qaranlıq olduğu haqqında səssiz fərziyyələrimi irəli sürdüm .

Bir : Şüalanma 10 saat filan çəkmişdi . Bu dəhşətli fərziyyəmdən belə bir nəticəyə gəlmək olardı ki , axşam düşmüş və evə gedib çıxmadığıma görə başımda bir işin olduğunu anlayan valideynlərim polisə müraciət etmişdilər . Yəqin ki , anam indi dizlərinə döyür , atamla balaca qardaşım saçlarını yolur , Malik isə sadəcə dostuyla mesajlaşırdı .

İki : Şüalanma 10 saat deyil , yenə bir neçə saniyə cəkmişdi . Sadəcə bu dəfə Ait məni Bakıyla saat fərqi çox olan bir yerə gətirmişdi . Nəticədə Bakıda hava işıqlı olsa da burada ya axşam düşürdü , ya da ki , günəş doğmağa hazırlaşırdı . Bu fərziyyə ağlıma gələr- gəlməz rahatladım . Həqiqətə daha uyğun idi . Ən əsas da məndən kilometrlərlə uzaqda olan valideynlərim yoxluğumdan xəbərdar olmamışdılar . Çünki mənim hələ də xəstəxanada - yay təcrübəsində olduğumu zənn edirdilər .

- Görürəm bayaqkı kimi yeri qucaqlamadın . Ayaqlarının üstündə düşməyi bacardın . Tez öyrənirsən .

Aitin kinayə etdiyini bilirdim amma yenə də bunu iltifat olaraq qəbul edib gülümsədim .

İlahi , gülümsədim ... Tam güvənə bilmədiyim , dövrümüzdə cadugər adlandırılıb daşlanacaq , məni qaranlığa bürünməkdə olan kəndə gətirmiş birinə gülümsəmişdim .

Özümə acıqlandım . Ehtiyyatlı davranmaqda fayda vardı fəqət Aitdən uzaq da durmamalıydım . Çünki ölümüm də ondan gələ bilərdi , qurtuluşum da ...

- Gözəl yerdir . - Aitin baxışları dayandığımız torpaq yolun hər iki tərəfinə düzülən evlərin qurumuş otlardan düzəldilmiş damlarında gəzişirdi .

Evə QayıdıramDonde viven las historias. Descúbrelo ahora