Daha söhbət etməyəcəyimizi zənn etdiyimdən ehtiyatı əldən verməməkcün üzümü çarpayısına doğru saxlayıb gözlərimi qapadım . Artıq yata bilərdim . Fəqət işlər düşündüyümdən biraz fərqli cərəyan edəcəkdi .*
Carpayıya uzanmağımdan 20 dəqiqədən çox vaxt keçməsinə rəğmən hələ də oyaqdım . Məsələ Aitə etibar edib etməmək məsələsi deyildi . Sadəcə haqqında heç nə bilmədiyim , xüsusilə də normal insanlardan xeyli fərqlənən biriylə otağımı bölüşməyimin qəribəliyi yuxumu qaçırmışdı . Aitin yatıb yatmadığını bilmədən yuxusuzluğun gətirdiyi bekarçılıqla çarpayımda bir neçə dəfə çevrilib baxış bucağımı genişləndirmək , ayaqlarımı adyalın altında tamamilə gizlətmək , sağ yanağımdan bezib sol yanağımın üstündə yatmaq kimi bir sıra anlamsız fəaliyyətlərlə vaxtımı ötürməkdəydim ki , bunlardan birincisi yəni baxış bucağımı dəyişdirmək heç bir işə yaramırdı . Çünki gözlərimi nə qədər bərəldirdimsə bərəldim , hara zilləyirdimsə zilləyim zülmətdən başqa heç nə görmürdüm .İçimdəki məntiqli və ağlı başında olan Jalə " Çıx bu otaqdan . Get qardaşın Malikin yanına . Orada daha rahat yatarsan ." desə də varlığımın digər parçası hər şeylə maraqlanan , bacardığı qədər çoxlu sual verən Jalə otağı tərk etməyimə izn vermirdi . " Aitə verəcək o qədər sualın var . İndi tam vaxtıdır . " deyirdi "Sualçı" Jalə . Ümumiyyətlə "Ağlı başında" Jalə həyatım boyunca "Sualçı" Jalənin hərəkətlərini qısıtlamış , etmək istədiklərinin qarşısına silinməz qələmlə uzun bir xətt çəkmişdi . Çünki "Sualçı" Jaləni ön plana çıxartdığım zamanlarda pərt olmaqdan qorxurdum ...ki olurdum da . Amma həmin gecə fikirlərim qarmaqarışıqdı : Bəlkə də o xətt silinməz deyildi ... Bəlkə də "Sualçı" Jalə bir şansa layiq idi . Bəlkə də pərt olmağı seçmək də bir cəsarətdi ... və mən cəsarəti seçdim .
- Ait ?! - Yatmadığına ümid edib pıçıldadım .
- Eşidirəm .- dərhal söylədi . Sanki o da səssizlikdən sıxılmışdı və mənim onu səsləməyimi dörd gözlə gözləyirdi .
- Məni necə tanıdın ?
- Anlamadım .
- Bu gün ilk dəfə məni avtobusda görəndə Drosiyanı yuxuda görən qız olduğumu necə bildin ?
- Bu gün səhər bu otağa gəlmişdim . Nurlan da buradaydı .
- Hə , Nurlan necə görüşdüyünüzü mənə deyib .
- Mənə yenicə evdən çıxdığını dedi . Sənin dalınca şüalanmazdan əvvəl şkafdakı şəklini gördüm . Kim olduğunu soruşdum . Nurlan da sənin şəklin olduğunu dedi .
Doğrusu , bu çox adi cavab idi . Halbuki ,Aitdən məni üzdən tanımasına dair daha möcüzəli bir cavab gözləmişdim .
- Hə ,- söylədim ,- deməli belə olub . Nurlan şəkil məsələsini danışmamışdı mənə . Yəqin yadından çıxıb .
- Ola bilər .
Bir neçə dəqiqə ötdü ...
- Ait ?!
- Eşidirəm , Jalə .
- Drosiya Paleosu yuxuda gördüyümü haradan bilirsən ? Kimsə deyib yoxsa özün hiss etdin ? Cünki mən yuxunu gördüyüm gecə birdən yuxudan oyandım . Pəncərədən cölə baxanda parlaq kürə gördüm . Kürədən bir adam çıxıb düz bu otağın pəncərəsinə tərəf baxdı . Yəqin , o səndin , hə ?
- Mən idim . Hadisə belə olub , Jalə . Dünən səhər öz evimdə oyanmışdım . Günün əksəriyyətini də elə orada keçirdim . Bir sehirli içki üzərində işləyirdim .
VOCÊ ESTÁ LENDO
Evə Qayıdıram
Fantasia[Hekayə müvəqqəti olaraq yarıda saxlanılıb .] " Həmin yay həyatım 360 dərəcə dəyişdi ." deyə bilməzdim . Çünki 360 dərəcə dövr etmiş olsaydım yenə başladığım yerə qayıtmış olardım . Amma mənim həyatımda elə köklü dəyişim baş vermişdi ki , istəsəm də...