Üzümə yastığımdan qaynaqlanan nəmişliyin toxunduğunu hiss etsəm də bir neçə dəqiqə ölü kimi hərəkətsiz qaldım .Yuxunun təsirindən çıxmağı bacarmayacaqmışam kimi gəlirdi mənə . Sanki hələ də o nəhəng gəmidə hansısa kralın əsiri olaraq saxlanılmışdım ...Birazdan vəhşi bir qartal ona hücum edəcək , bu hücumun əmrini verən gözləri və burnunu maskanın altında gizlətmiş qadın isə baxışlarıyla məni taparaq üzünün görünən yeganə hissəsini -dodaqlarını hərəkətə gətirib məni reallığa qaytaracaqdı .
Necə bir şüuraltına malik olduğumu düşünürdüm . Heç vaxt ağlımdan keçirmədiyim uydurma adamlarla boğuşmuşdum yuxuda . İshis , Drosiya Paleos ... o gecə bu adları xatırlamaqda çətinlik çəksəm də sonrakı günlərdə həmin adların sahibləri həyatımın müəyyən hissəsinə yiyələnmiş olacaqdılar .Gözlənilməz qonağımın sayəsində ...
21 illik ömrümdə gördüyüm ən yaddaqalan yuxularımın heç birində bu cür inandırıcı , həyəcanverici anlar yaşamamışdım . Belə ki , gəmidə islanmış olmağım gerçəklikdən uzaq olsa belə çarpayımda da suyun içində olduğumu hiss edirdim . Qulaqlarımdan isə güclü fırtınanın səsi hələ də çəkilməmişdi .
Qəfildən bir həqiqətin fərqinə varıb başımı yastıqdan qaldırdım .Pərdələri uçurumun kənarında dayanmış qadının donu kimi dalğalanan pəncərəmə göz gəzdirdim .
Kim açmışdı bu pəncərəni ? Həm də belə havada ...
İlahi , mən yuxunun təsirində deyildim ki ! Həqiqətən də yastığım , adyalım suya "bulaşmışdı ". Fırtınanın səsinin qulaqlarımda əks-səda verməsinə isə bayırdakı yağışla birləşmiş külək səbəb olmuşdu . Belə qərara gəldim ki , az əvvəl yuxuma girən hava şəraitinə səbəb həqiqətən də bayırda "üçüncü dünya müharibə"sinin qopması idi .
Güclü külək əvvəllər heç vaxt rastlamadığım şəkildə otagın pəncərələrini taybatay açmışdı . Yatağımın yaş olması da küləyin açıq pəncərədən içəri qovduğu yağış damcılarıyla bağlı idi .
Siz nə sanmışdınız ?
Pəncərəni qapayaraq çarpayımın yağışda boğulmasının qarşısını almaq üçün ayaqlandım . İslanmış pərdələri başımın üstündə rəqs etməmələri üçün kənarlaşdıranda gözlərim Malikin çarpayısına sataşdı . Oğlan top atsalar tükü də tərpənməz vəziyyətdə idi . Çöldə baş verən təbiət həngaməsindən xəbərsizcə pişiktək qıvrılıb yatmışdı .
- Necə bu qədər rahat ola bilir ?
Bir neçə saat əvvəl yatmazdan öncə havanın soyuyacağını təxmin etmiş olsam belə yay fəslində bu qədərini mən də gözləmirdim . Pəncərəni bağlayaraq bayırdakı yağışla aramda sərhəd yaratdım lakin soyuğu hələ də duyurdum .
Buna baxmayaraq , sürətlə yağan damlalarla iş birliyi görən gecənin insanın üzərində buraxdığı sehirli təsiri inkar etmək mümkün deyildi . İndi o boş küçələrdə məni yıxmağa çalışan küləyi önəmsədən yerimək , yağışın saçlarımdan bütün bədənimə süzülməsini hiss etmək necə də yerinə düşərdi .
Bunun qurduğum boş xülyalardan biri olduğunu artıq mənimsəmişdim . Bu saatda kim idi çölə çıxmağıma icazə verən ? Mühafizəkar valideynlərə sahib olmağın bəzi müsbət cəhətlərinin varlığı göz önündəydi fəqət o valideynlər bir çox arzularımızı əngəlləmək kimi bir adətə də sahib idilər hər zaman ...
İşıq zərrəsinə həsrət qalmış bir məhəllə vardı pəncərədən görünən mənzərədə ... Bir də qarayla mavinin birləşməsindən yaranan səma . Özümü o rənglərin arasında itib batıb görünməz qanadlarımla uçarkən təsəvvür etdim . Damcıların torpağa toxunduğu zaman eşidilən şırıltıları özümün yaratdığımı , buludlardakı qəsrimdə oturub dünyaya sevgi göndərdiyimi xəyal etdim . Onun ehtiyacı olduğu da bu deyildimi məgər ?
DU LIEST GERADE
Evə Qayıdıram
Fantasy[Hekayə müvəqqəti olaraq yarıda saxlanılıb .] " Həmin yay həyatım 360 dərəcə dəyişdi ." deyə bilməzdim . Çünki 360 dərəcə dövr etmiş olsaydım yenə başladığım yerə qayıtmış olardım . Amma mənim həyatımda elə köklü dəyişim baş vermişdi ki , istəsəm də...