Şüşəyə qırmızı həriflərlə nəsə yazırdı.Arxaya doğru getməyə başladım.Bizim evimiz qəsəbədə olduğu üçün həmdə meşə tərəfdə olduğumuz üçün,küçədə heçkim yox idi.Qorxaraq üzündə ağ rəngdə maska olan adama baxdım.Qırmızı qan ləkəsiylə yazısını artıq oxuya bilirdim.
"ANANA XOŞ GƏLDİN DE!"
Oxuyub bunu yazan adamın düz üzünə baxdım.Anam? Anamın nə dəxlisi var idi axi? Yazdıqdan sonra pəncərədən əliylə göz işarəsi göstərdi.Bunun mənasını hamı kimi məndə bilirdim.İllimunati!
Mənə baxdıqdan sonra telefonumu yerə qoydu.Gülümsədi və sonra qaçmağa başladı.Nə edəcəyimi bilmirdim.Telefonumu götürüb əlimin altına qoymuşdum.Bu mənə baxan telefonumu necə götürmüşdü axı? Yada doğurdanda evdə idi.Məni görürdü.Taleh! Talehədə belə etmişdi! Polisə xəbər verməliydim! Yada Aydana deməliydim.. Notbuku qucağıma qoydum ve mesaj yerinə girdim.Bu nə idi?
Nə? Yox! Yox! Mesaj yerində heçnə yox idi.İnşallah ağlımı itirməmişəm..!
Bamm! Tapdım! Mən polisə xəbər verməyim deyə edilib bu hərəkət! Adsız adam bilirdi mən polisə yığacam.Ona görə mesajlar yox idi..Bəlkədə doğrusu budu!Hərşeyi unutum.Polisə xəbər versəm bilə heçnə dəyişməyəcəkdi.Əlimdə sübutum yox idi , və inanıram talehində telefonunda mesajlar yox olmuşdur.Görəsən o şəkil doğru idi? Doğurdanda Taleh ölmüşdü? Hələdə inanmağım gəlmir və indi dostlarimdan biri qapını döyüb bunun zarafat olduğunu deyəcək deyə fikirləşirəm.
Allahım keşki hərşey zarafat olsa..
Düşünə-düşünə yuxuya getmişdim.Hər şeyi bir anlıq unutmaq istedim ama beynim bu gün ki,şeylerlə olduqca məşqul idi.Teledondan Aydanın yığdığını gördüm.Ayağa qalxdım və Aydana yığdım.
:"Aydan?"
:"Sənə mən biraz var yığdım açmadın !"
:"Hə yatmışdım da.."
:"Taleh ölüb.."
:"Hə"-Dedim ama demək ki,xəbər doğru idi.Taleh ölmüşdü..Tərləməyə və biraz qorxmağa başladım.
:"Nə Hə? "
:"A yəni allah rəhmət eləsin...necə öldürülüb bilinib?"
:"Öldürüldüyünü hardan bilirsən?"
:"...."
:"Sən nəsə bilirsən?"
:"Nə bilməliyəm Aydan ?"
:"Mənə düzünü de!"
"Yox dedim də mən elə fikirləşdimdə..dedim yəgin öldürülüb çünki xəstə deyildi."
"Bizə gəlirsən?"
"Hə çıxıram uje"-Deyib əynimi giyinməyə başladım və bu sırada atama mesaj atdım.
"Mən Aydan gildəyəm,məndən nigaran qalma"
Əynimi geyinmişdim və artıq çıxmalıydım yoxsa hava qaralacaqdı.Hətda qaralmağa başlamışdı.Qapını bağlayıb çıxdım.Meşədə yavaş-yavaş gedirdim.Ayağımın altında ki, qurumuş sarı yarpaklar əzilirdi və əzildiyində səs çıxarırdı.Səs eşitdim.Tez ağacın arxasına gizləndim.Nəfəs almalarım güclənmişdi.Nə isə mənə yaxınlaşırdı.Yox Yox! Deyə gözlərimi bağladım."Pişşşt!"-dedi biri və əlini mənə toxundurdu.Arxaya döndüm və üzümü buruşturdum.
:"Aydan deyəndə ki, sən xəstəsən inanmırdım!"
:"Əsəbləşəndə də şirin olure bu qız"-düz qabağımda Murad dayanırdı.Əvvəl ki sinif yoldaşım idi.Onunla həddindən çox yaxınam.Aydanda Bunu sevdiyinə görə dəhşət çox yaxınlıq edirəm.Murad olduqca əsəblərimlə oynasa da onu qardaşım kimi görürdüm.
:"Sən neynirsən burda?"
:"Sənin yanıva gəlirdim də"
:"Təzə xəbərləri verməyə ?"-dedim
:"O xəbəri yadımıza salmasaq yaxşıdı Murad"
:"Hara gedirsən ?"
:"Aydanın yanına"
:"Yaxşı gəl səninlə gedim məndə ordan evə keçərəm,tek getmə"
:"Gəlirsən gəl"-deyib getməyə başladıq.Birdən ağlıma Muradın internetdən başı çıxdığı gəldi.Dostu hacker olduğundan Murad da çox şey öyrənmişdi.
:"Sənin internetdən başın çıxırda hə?"
:"Əlbətdə"
:"Mənə biri Facebookdan mesaj yazdı, məndə bilmək istəyirəm ki, o mesaj hardan gəlib"
:"Narahat edir?"
:"Yox ! Edə biləcəksən?"-dedim gedərək.Bu sırada artıq Aydanın evi görsənirdi.
:"Hazır bil və sən sadəcə mənə o adamın profilini at "
:"Haçana hazır olar?"-dedim sevinərək
:"Alınsa axşam deyəcəm"-gülümsədim və yollarımızı ayırdıq.Telefonumla Murada Adsız adamın profilini göndərdim və Aydan gilin qapısını döydüm.
:"Salam necəsiz?"-deyib Aygün xalanı qucaqladım.
:"Çox saol qızım yaxşıyam,Aydan otaqındadı səni gözləyir"
Aydanın otaqına girdim.Aydan yenə o qara eynəyini taxmışdı.Heçkim Aydanın yerində olmaq istəməzdi.Gözləri görmürdü.Ağlıma o pis günlər gəldi ama tez ağlımdan atdım.Aydan ətrafa baxaraq başını çevirib səs gələn tərəfə baxdı və gülümsədi.
:"Axır ki, gəldin"
:"Mən canımın yanına həmişə gəlirəm!"
:"O can yavaş-yavaş çürüyür"
:"Deməmişəm belə şeylər demə?"-dedim sərtcə.
:"Çürüyürəmdə! Görmürsən hər yeri qaranlıq görürəm!"
:"Dünyada sənin kimi olan nə qədər insan var .Dərt etmə!"-dedim və üzünə gülümsədim.
:"Mən əvvəl belə deyildim özündə yaxşı bilirsən"
:"Niyə bu söhbəti açırsan"-dedim və tərləməyə başladım.Çox həyacanlanmışdım.
:"Məni bu günə qoyanlar utansın!"-deyib ayağa qalxdı.
:"Hara gedirsən?"
:"Tualetə gedib gəlirəm"-deyib divara tutunaraq otaqdan çıxdı.Niyə bu qədər qəribə olmuşdu bu qız? Səhər də telefonla danışarkən belə qəribə idi.
Zəng sesi eşitmişdim.Telefonumdan gəlirdi.Telefonumu çıxardarkən Aydanın stolunun üstündə disk gördüm.Diskin üzünü oxuya bilməmişdim.Telefonumu açtım.Zəng vuran Murad idi.
"Zor olsada tapdım ama qəribəlik var"-dedi.Mən isə tez cavab yazdım.
"Off tez ol hardan gəlib mənə o mesaj?"
"3 Yerdən gəlib ama mən 2 sini tapdım 3 cüsünü tapa bilmədim"
"Deyəcəksən hardan gəlib?"
" 1.YAŞIL DÜŞƏRGƏ deyə bir yerdən gəlib"-bu yeri tanımırdım ama bu yeri araştırmalıydım
" 2 Nə di?"
"Qəribə olan da budu.."
"Hə?"
"2 Ci YER AYDAN GİLİN EVİDİ!"-Dedi ama mən yerimdə donuq qaldım.Ola bilməzdi! Ola bilməzdi!
"Dəqiq deyirsən Murad?"
"Hə də vallah ordan gəldi"
"Sənə sonra yığacam..yenədə çox saol"-deyib telefonu çantama atdım.Yutqundum.Yada Aydan mənimlə zarafat edirdi.Ayağa qalxdım.Qalxarkən həmin diskə əlim dəydi və disk yerə düştü.Diskin üzərində yazı yazılmışdı.Bu yazı pəncərəmə yazılan yazıya oxşayırdı.
"Qatillərini tanı! İmza : Adsız Adam"
Bu o idi! Demək ki, Aydana da yazırdı bu adam! Otaqın qapısını tez bağladım.
Həyəcanlanaraq diski paketten çıxartdım ama paket yırtılmışdı.Demək ki, Aydan diskə baxmışdı.Görməsə bilə səsləri eşitmişdi.
Düşündüyüm video olmasın nə olar...
Oxuyub bəyəndinizsə yorum yazmağı unutmayın! Siz Yorum yazmasaz Mən dəvam bilə edə bilmərəm .Yaxşı ki varsınız :)
YOU ARE READING
Seçilmişlər
ParanormalMelisa anasını itirdikdən sonra həyatı dəyişir.Facebookdan bilinməyən profil Melisaya mesaj atır və ona öldüyü anası olduğunu deyir.Melisa bu hadisəni unuta bilmir və dostlarına danışır.Dostlarınada eyni hadisə baş vermişdir.Bilinməyən profildən gəl...