Olmaz! 1 il burda qalmamışam mən.Bu 1 ildə mən nələr etmişəm axı burada? Yatmışam..Həkim günlər tez keçir demək istədiyi bu idi.Burda bağlı qaldım.Burda kimsə məni xilas etmiyəcəkdi.Ölənədək burda qalacagdım.Bu cəhənnəmi seyredəcəkdim.Ətrafıma baxdım.Hava qaralmışdı.Murad yerləri silirdi.Muradın dediyi otaq ağlıma gəlmişdi.O otaqı tapmalıydım.Burdan nə bahasına olur olsun çıxmaq üçün əlimdən gələni edəcəkdim.Qapı döyülməyə başladı.Bağırıqlar eşidilirdi.
Murad ayağa qalxaraq qapını yavaşca açtı.Qapıdan içəri 16 yaşlarında qız girdi.Qız ağlayaraq danışmağa başladı.
Qız:"Yalvarıram mənə kömək edin! Yalvarıram! "
Murad:"Nə olub?"
Qız:"Taksiyə minmişdik, taksiçi bizi bu tərəflərə gətirdi və sonra onun maşını xərəb oldu! Biz isə bura gəldik"
Murad:"Biz deyəndə?"
Qız:"Qardaşım o kişinin yanındadı,o kişi onu saxlayır.Yalvarıram kömək elə!"
Murad:"İçəri gir gözlə,polisə yığacam"
Qız:"Allah sizdən razı olsun."-deyib qapını bağlayaraq içəridə keçdi.Qızın əlləri titrəyirdi.Bu qızı görmüşdüm.Bu qız o jurnalda olan qız idi.Murada göstərilən qız idi.Qız burdan çıxmalıydı yoxsa qızın həyatı qaralacaqdı.
Qız:"Yığmırsız?"
Qapı açılaraq içəriyə o kişi girdi.Kişi qızın balaca qardaşını yerə atdı.
Kişi:"Tutmusan Fahişəni?"
Murad:"Burdadı"
Qız isə göz yaşlarını saxlaya bilmədi.Qardaşına baxaraq hönkür hönkür ağladı.
Qız:"Siz əclafsız! Bizi burdan çıxarın!"
Kişi:"Artıq çıxış yoxdu!"
Qız:"Murad sən yaxşı birinə oxşayırsan ,nə olar sənə yalvarıram biziburdan çıxart"
Murad:"Əlimdən heçnə gəlmir.."
Qız:"Mənə nə edəcəksinizsə edin! Ama qardaşıma zərər gəlməsin"
Kişi:"Bu uşaqı baxçada ki, daxmaya sal! Ayaqlarını zəncirlə! Bu qızla işimiz bitdikdən sonra onunda işini bitirərik!"
Murad:"O hələ uşaqdı axı"
Kişi:"Yenə təkrarlıyım?"
Murad:"Yəni o ölməyə layiq deyil"
Qız:"BAXIN NƏ İSTƏYİRSİNİZSƏ EDƏCƏM! ONA HEÇNƏ ETMƏYİN"
Gözlərimlə bu səhnəni görürdüm.Uşaq isə yerdə ağlayaraq bükülmüş halda oturmuşdu.
Kişi:"Buna mən qərar verərəm!"
Murad:"Ne istəyirsən et"
Kişi:"Uşaqı mən götürəcəm ,sən qızı otaqa götür işivi gör"
Qız:"Nə işi? "
Murad qızın əlindən tutaraq otaqa götürdü.Mən isə arxasıyca qaçmağa başladım.Kişi isə çoxdan uşaqı götürüb evdən çıxmışdı.İçimdə ağrı hiss etdim.
Nəfəs almam çətinləşdi.Özümü itirmədən Muradı otaqına girdim.Murad qızla bir kənarda oturmuşdu.
Murad:"Mən sənə kömək edəcəm"
Qız:"Sən onun kimi deyilsən, çox saol hərşey üçün"
Murad:"Qaçtığınız an polisə yığın"
Qız:"Qardaşımı götürə biləcəksən?"
Murad:"Götürəcəm"
Arxamda səs eşitdim.Bu o kişi idi! Burda dayanmış qulaq asırdı.Əlimdən bişey gəlsə danışmalarına imkan verməzdim.
Qız:"Məni qurtaracağını bilirdim"
Murad:"Hər şey yaxşı olacaq"
Səslər kəsilməyə başlamışdı.Bədənim titrəyirdi.Gözlərim qaralmışdı.Gözlərimi açdığımda gözümün qabağında 2 qapı gördüm.Burdan qurtulmanın yolu bəlkədə bu qapılar idi.Yox! İndi olmaz! İndi Muradla o qızın başı bəladaydı.Ora keçmişdi Melisa! Əlindən bişey gələ bilməz! Nə olubsa keçmişdə qalıb.Mənim tek düşüncəm həyata dönməkdi.Qapının birisini açtım.İçəridə mən var idim.Yanımda da Aydan və Nəzrin dayanmışdı.Bura xəstəxana idi.Özümü içəri saldım.Bədənim titrəməyə başladı.Ətrafım soyuqlaşmağa başladı.
Səslər eşitməyə başladım.
Nəzrin:"Hər gün gəlirəm hər gün!"
Aydan:"İkimizdə onun oyanmayacağını bilirik"
Nəzrin:"Sənin fikrincə ola bilər ama məncə o oyanacaq"
Aydan:"Mən artıq qalxıram"
Nəzrin:"Murada de sağolsun"
Gözlərimi açtım.
Mən:"Murad?"
Nəzrin:"Melisa?"
Aydan:"Oyandın?"
Mən:"Su su verin"
Nəzrin:"Mən verirəm"
Aydan:"Axır ki oyandın! Sənin üçün darıxmışdım"
Nəzrin suyu stəkana tökərək danışırdı.
Nəzrin:"Aydan elə darıxmışdı ki, həftədə 1 dəfə ziyarətivə gəlmirdi"
Aydan:"Kəs səsivi"
Mən:"Həkimlərə xəbər verin ,məni çıxartsınlar ! "
Əlbətdə həkimlər hər an məni çıxartmadılar.Neçə dənə müayinədən sonra evə buraxıldım.Getdiyimdən sonra hər şey dəyişmişdi.Atam dayanamayıb Kamilə ilə evlənmişdi.O iyrənc qızıda mənim otaqıma yerləşmişdi.Artıq doğurdanda evimi ev kimi görmürdüm.Onları unutub əsas məsələyə dönməliydim.Murada dönməliydim.Onu tapıb ondan ağlımda qalan sualların cavabını istəyəcəkdim.Murada neçə dəfə zəng vursamda mesaj atsamda mənimlə maraqlanmırdı.
Ayaqqablarımı geyinməyə başladım.Muradı axtaracaqdım.Bu sırada gözünü mənə zilləmiş Kamiləni gördüm.
Kamilə:"Hara gedirsən?"
Mən:"İşim var"
Kamilə:"Yenə başımızı bəlaya soxma ! Bezmişik əlindən sənin"
Mən:"Aradan pərdəni götürməyək"
Kamilə:"Sən götürürsəne"
Mən:"Mən çıxmalıyam sonra danışarıq"
Kamilə:"Atanda səni istəmir artıq bundan sonrada heçkim səni istəmiyəcək"
Mən:"Məni heçkim istəməsin!"
Küçəyə çıxdım və getməyə başladım.Murada tez tez yığsamda cavab vermirdi.Telefonumu cibimə qoydum.Küçədə heçkim yox idi.Tənha və sakit küçələrdən qorxurdum.Aydan gilə getmək fikrim var idi.Qaçaraq meşənin içindən keçdim.Aydan gilin qapısının yanına geldim.
Murad:"Hər şey yaxşı olacaq "-sesi eşitdiyim an zibil qutusunun arxasına gizləndim.
Aydan:"Bugün çox gözəl keçdi Muradım"
Murad:"Anan görmədən gəl maşının yanına"
Aydan:"Evdə heçkim yoxdu"
Aydan:"Nə var maşının yanında?"
Murad:"Gözlüklərini çıxar onsuzda heçkim yox du"
Aydan:"Nə olsun?Bəlkə biri görər"
Murad:"Yaxşı ki kor deyilsən"
Aydanın kor olmadığı sözünü eşitdikdən sonra dilim tutuldu.Aydan bu qədər zamanda bizə oyun oynayırdı? Hamsının həsabını ona soracaqdım.Aydan maşın tərəfə gəldi və Murada baxdı.
Aydan:"Hə neyniyəcəyik burda?"
Murad:"Üzr istəyirəm"
Aydan:"Nə üçün?"-dediyi an Muradın cibindən silah çıxdı.Bu səssiz silah idi.Aydanın qarnından 3 dəfə vurdu.Aydan gözümün qabağında yerə yıxıldı.Aydanın gözləri bağlandı.Murad Aydanın ölü bədənini maşınına atdı.
Mən isə ayağa qalxdım ki gedim ama bir anda səs eşitdim.
Murad:"Kim var orda?"
YOU ARE READING
Seçilmişlər
ParanormalMelisa anasını itirdikdən sonra həyatı dəyişir.Facebookdan bilinməyən profil Melisaya mesaj atır və ona öldüyü anası olduğunu deyir.Melisa bu hadisəni unuta bilmir və dostlarına danışır.Dostlarınada eyni hadisə baş vermişdir.Bilinməyən profildən gəl...