4.

92 20 6
                                    

Aydana baxaraq qızlarla gülüşürdük.Aydan isə başını aşağı salıb,dərs oxuyurdu.

Ağca:"Gəlin bununla oynuyaq!"

Mən:"Yazıqdı axı"-deyib gülməyə başladım.

Nuray ayağa qalxdı və gülümsəyərək Aydanın yanına getdi.
Aydan imkanı olmadığından həmişə əvvəlki paltarlar , yırtılmış köynəklər giyinirdi.Əlbətdə! Biz də buna fürsət verməyib həmişə onu rəzil edərdik.Məktəbdə hamı ona baxarkən gülürdü və bunun səbəbi isə biz idik.
Aydana həmişə yaxın olub sirlərini öyrənib qızlara deyirdim.Qızlardı o sirləri Aydanın üzünə vururdu.

Nuray:"Aydan anan səni qaz otaqında gözləyir..-gülümsəyərək və Aydana yazıqca baxaraq deyirdi."

Aydan: "Hə gəlirəm"..-Deyib qaçaraq yanımızdan uzaqlaşmağa başladı.Biz də bunu əldən buraxmadan , arxasıyca qaçdıq.Arxada gizlənərək ona baxırdıq.O, isə qaz otaqına girməyə başlamışdı.
Mən isə orada qazın açıq olduğunu bilirdim ama deməyəcəktim.Qoy biraz qorxsun və bizim kim olduğumuzu bilsin!

Ağca:"İçərdə qaz açıq deyildi?"

Mən:"Yox açıq heç cür ola bilməz!"

Nuray:"Qapını bağlayıram.İçəri onsuzda qaranlıq olacaq.Onda bizə yalvaracaq ki, qapını açaq!"

Nuray qapını arxadan bağladı.Ətrafda heçkim yox idi.Bir anda ətrafı Aydanın bağırmaları bürüdü.Biz isə qorxmağa başladıq.
Aydanın üzünə təsir edən qaz üzündən , gözlərini itirmişdi.Gözləri görünmə gücünü itirmişdi.Məktəbə o gündən sonra vahimə bürüdü.Aydanının bu vəziyyətə salan kim di deyə hamı axtarışdaydı.Aydan nə qədər əməliyyatdan çıxsada gözləri yararsız vəziyyətdə idi.Məktəbdə oturduqumuz yerdə polislər məktəbə yenidən gəldilər.
Bizə baxırdılar.Aydan isə yanlarında idi.Hamı o an bizə baxırdı.Mənim isə həyatımın dəyişəcəyi yerdəydim.Bunu etməliydim!

Mən:"Aydan hamısını bunlar planladılar və mənədə əməl etməmi dedilər! Ama mən sənə deyəcəkdim ki, sən artıq o otaqa girmişdin!"

Ağca:"Nə danışırsan? Hamısını biz planlamadıq? Səndə bizə kömək etdin!"

Yanıma Nuray gələrək əlimdən tutaraq sıxdı və danışmağa başladı.

Nuray:"Boynuva al!"
Mən isə yalandan ağlamağa başladım.

Mən:" Baxın məni belə təhdit elədilər ama mən razı olmadım! Nə olar qurtarın bunların əlindən məni!"

Aydan:"Melisa düz deyir.O, mənim dostumdu o belə şey eləməz! Eləyən Ağca ilə Nuray dı! Hətda yanıma gəlib məni çağıran isə Nuray idi."

Beləliklə tüm geridə qalan izləri silməyə başladım.Aydana həmişə yaxın oldum və hadisəni unutmağa çalışdım.
Aydanı dostu olduğuma inandırdım.Hətda indi də ən yaxın dostduq.
Hadisələr belə-belə gözümün qabağından keçdi.Gözümü diskə zillədim.Diskdə inşallah bu olanlar yox idi!
Diski saldım.Diskdə ki, video başladı.

Nuray:"Qapını bağlayıram.İçəri onsuzda qaranlıq olacaq.Onda bizə yalvaracaq ki, qapını açaq!"

Nuray qapını bağlayırdı bizdə gülüşürdük.

Mən:"Yazıq Aydan bu dəqiqə qorxur!"
Deyib gülürdüm.Diski tez çıxartdım və paketə qoydum.Özümdən çox utanırdım.
Qapı döyülməyə başladı və mən bütün hadisələrdən uzaqlaşdım.Önəmli olan isə Aydan bu videoya baxmasıdır.

Aydan:"Ordasan Melisa? Qapı niyə bağlıdı?"

Mən:"Gəldim açıram"-deyib qapını açtım.Aydana heçnə bildirməməliydim.Bu Adsız Adamı araştırmalıydım.Hamsını bir-bir tapacam! Aydan gülümsəyərək ətrafdan tutaraq yerinə keçdi.Bugün Aydanın yanında necə qala bilərdim axı? O axı hərşeyi bilirdi.Görəsən niyə polisə yada mənə söhbəti demirdi.
Üzümü buruşturdum.Dərin fikirlərə dalmağa başladım.Hərşey gözümün qabağına gəlmişdi.Aydana baxarkən məni vahimə bürüyürdü.
Gecə olmuşdu.Aygün xala evdə deyildi.Bizi bu günlük tək buraxıb öz anası gildə qalmağa getmişdi.Artıq evdə ikimiz var idik.Aydan yatağa keçib yatmağa çoxdan başlamışdı.
Mən isə hələ yatmamışdım.
Telefonumla başımı qatırdım.Adsız Adamın mesajlarına baxırdım.
Facebook-dan bəzi dostluqları qəbul elədim.Əsnəməyə başladım.Olduqca yuxum gəlmişdi.Bildirim gəldiyini gördüm və həmin yerə girdim.
Bu nə idi belə? Qruba salınmışdım.
Qrubda çox insan var idi.Diqqətlə baxdıqdan sonra qrubun admininin kim olduğunu gördüm.
"Adsız Adam" !
Qrub yeni açılmışdı.Bu profilin məqsədi nə idi axı? Bunlara baxmaqdan Qrubun adına baxmaqı unutmuşdum."Seçilmişlər" idi adı.
Qrub da biri status paylaşdı.

"Bu nə di? Mən çıxıram bağışlayın canlar"
Deyə status var idi.Həmin bunu yazan profilinə baxdım.Qız olduqu bəlliydi.Heçnə başa düşmürdüm.Qrub dan birisi mənə dostluq atdığını gördüm.
Adı isə Taleh idi.Bu ad mənə çox tanış idi.Əvvəlki sevgilimin adı...
Ama artıq o aramızda yox idi..

"1 Yeni mesajınız var!"

Taleh:"Salam"-deyə yazılmışdı.

Mən:"Salam?"

Taleh:"Adsız Adam sənədə yazırdı?"

Mən:"Hə, ama sən haradan bilirsən?"

Taleh"Çünki bizədə yazırdı"

Yazısını oxuyurdum ki, bir anda yeni mesaj gəldi.Yazan Adsız Adam idi.Mesaja girdim və oxumaqa başladım.

Adsız A:"Məni qurtaracaqsan bilirəm..!

Mən:"Sən kimsən ki?"

Adsız A:"ANAN!"

Mən:"Bu zarafatları qurtara bilərsən?"

Adsız A:"Artıq dözümüm qalmayıb,tez gəl!"

Mən:"Mənim anam ölüb!"

Adsız Adam oxudu ama yazmırdı.Mən isə qrubda gəzinirdim.Talehin mesajınada cavab verməmişdim.Artıq yuxum gəlirdi.Adsız adamı vecimə almırdım.Boş buraxmaq ən yaxşısı idi.Ona fikir verməyəcəkdim.O isə mənə artıq heçnə yazmayacaqdı.
Gözlərimi bağladım və yatdım.
Hərşeyi unutmaqa başladım.
2 Saat Sonra
Yataq da uzanmışdım.Yataqın 2 ci mərtəbəsi qıcırdayırdı.Hələbil kimsə aşağıya düşməyə çalışırdı.
Bu Aydan idi! Aydan gecə vaxtı niyə durmuşdu axı? Bəlkə tualetə getmək istəyir deyə düşünürdüm.
Sakitcənə stolda ki, saata baxdım.
Saat isə 03:25 idi.Aydan ayaqlarını aşağıya uzatdı.Səsimi çıxartmırdım.Aydan aşağıya inməyə başladı.Ayaqlarını yerə qoydu və getməyə başladı.
Necə başa düşmədim? Aydanın gözləri görmürdü ama özü sərbəst gezirdi.Aydan ayaqlarını qıcırdataraq otaqdan çıxdı.Ayağa qalxdım.Onun arxasıyca çıxdım.
Aydan işıqları yandırmırdı.Qonaq otaqının düz ortasında dayanmışdı.
Əllərini qəribə işarətlərə oxşadırdı.
Mən isə arxadan baxırdım.Bir anda dayandı və arxaya baxdı.

"Kim var orda!"

SeçilmişlərWhere stories live. Discover now