(Həyat kimi bir yer)
Oyandığımda saat 05:27 idi. Ayağa qalxıb, pəncərəyə yaxınlaşdım, günəş yavaş-yavaş səmada görunməyə başladı ..Qara göy buludlar, bir anda qırmızı, sarı, azda olsa mavi renglərə bürüdü göy üzünü ..Bir yanda bunları düşünərkən, bir yanda isə; mən niyə? Bu saata oyandığımı düşünürdüm. Əlbəttə ki anasızlığ hissi oyandırdı ..Dərindən bir ahh çəkdim, çox çətin idi. Bir neçə saat bundan əvvəl anamı itirdim, onun cənazəsində belə olmayacam, mən nə xeyirsiz bir övladam. Ailəmin fəxri oldum, düzdü, amma ən pis günlərində, yanlarında ola bilmədim. Başımı qaldırıb, göy üzünə baxındım diqqətlə, anidən ağlıma o qız gəldi. "Səma" deyə vurğuladım gülümsəməyə başladım, nədənsə? Mən anamı düşünəndə, bu qız ağlıma gəlirdi. Niyə? Bəlkə də, ağlımın bir hissəsində onu tanımaq arzusu vardı. O qızın görünüşünə mi tutuldum? Yoxsa işıq saçan gözlərinə mi? Bəlkə də, tanımaq hissi onu mənim ağlıma salırdı. İlk görüşdə sevgi? Bir şey yoxdu ki, ona aşıq olum? Düzdü hər saniyə onu düşünürəm, görünüşün, ovsunlayıcı gözlərin , səs tonunu ,tən rəngi , qollarımda olanda salxan saçlarının qoxusu. Qəh-Qəhə atmışdım, xeyir sevgi deyə bir şey yoxdur!! Xeyir mən o qıza aşıq ola bilmərəm ola bilməzdim!!! Bunlar sadəcə bir xoşlantıdı. Anidən telefonuma gələn mesajlar, bu düşüncələrə ara verməli olacağımı bildirdi, telefonu əlimə alıb gələn mesajları oxuyurdum ki hər kəsin mənə açınası şeylər yazmağlarına əsəb olub telefonu söndürdüm. Hamama keçib, üstümdəkiləri çıxardıb aynanın qarşısına dayanıb özümü süzdüm, gülümsəyərək.
-"Məni bəyənərsən mi Səma?" Bu sualı niyə vermişdim özümə bilmirdim, özümü duşun altına atıb isti suyun təsiri, məni susdurmuşdu...
(Səmanın otağı)
Gözlərimi yavaş,yavaş açırdım, etrafa baxınırdım, hər kəs yatmışdı, sessizlik idi. Huzurla yenidən yastığıma sarılıb gözlərimi yumdum ki, qapının sərt şəkildə açılıb, üstümə cumduğunu görüb qorxaraq yataqdan fırlanıb düşdüm. Bu qardaşım Ömər idi.
Sert sesi ilə - Dur!!! Dur!! Yerə yıxıldığımı görub, qeh-qehe atırdı dizlərim yenə əzilmişdi, o qədər sert yıxılmışdımsa səsə anam geldi, qapıda dayanıb telaşla meni axtarırdı. Başımı yatağın digər tərəfindən qaldırıb, asta səslə - 'Burdayam" Deyən kimi gülməyə başladı.
- "Sən idin dedim yeqin, evə bomba düşdü"
Ömər bu söze daha da berk gülməyə başladı. Əsəblə qışqırmışdım, yavaşca ayağa qalxıb yenidən uzandım yatağıma. Başımı qaldırıb gözlərimlə Öməri süzüb sert seslə:- "Xahiş edirəm Ömər bey. Otağımdan Redd olun!"
Ömər gülümsəmə ilə - "Bu ne otaqdı belə, bura it belə girməz, amma sən burdasan." Sözünü yarıda kesilmesi üçün yatağın yanında ki saatı, əlimə alıb düz başına atmışdım, bunu necə elədiyimin ferqində belə deyildim. Ömərin qaşı yarılmışdı əsəblə mənə baxırdı ki, anamın celd hereketlə oğlunun beynindən məni öldüreceyini düşünub, önden qarşısın almışdı. Ömeri otağdan, zorla çıxardı.Paltarlarımı dəyişib aşağı düşürdüm, dizlərim hələdə incidirdi, çətində olsa mətbəxə keçib masaya əyləşdim. Ömərə baxdıqca gülmək isteyirdim, atamın əsəbi baxışlarını görüb susdum, sukut içində yeməklərimizi yeyirdik ki, Ömərin səsi sukutu pozdu.
-"Sən necə həkim olacaqsan? Sağaldmaq yerinə yaralayırsan"
Gülümsəyərək -"Hekimliyim sənə qalmayıb"
Atamın öldürucu baxışları üstümüzde idi, anidən ağlıma bir şey gelmişdi.
Ata oğluna bir şey də ( onu açılmasını istəyirdim.) Ömər özün söhbətə daxil edib -' Əsil sən qizina bir şey də, qaşımı yardı"
-"Yaxşı elədim, haqq etməsəydin eləməzdim." Deyib qəh-qəhə atdım. Bizim danışıqlarımızla hirslənmişdi atam.
-Bəstirin!! Ne vaxt ağıllanacaqsız siz!!! Utanmırsız? Neçə yaşınız var, hələdə dalaşırsız !!! Səma birdə bu hərəkətini görsəm pis olacaq... Ömər sənin birdə Səmayla dalaşdığını görməyəcəm!!! Ehtirazı olan? (Dedi atam)
İkimizdə heç nə demədik, sessizcə atama baxırdıq. Haqqı idi, bütün günü dalaşırdıq. Elə günlər olurdu ki, mən dersde, Ömər işdə olurdu bir birimizi geç, geç görürdük, indi isə dizlərimə göre dersə getmirdim, Öməri görməyə mecbur idim.
Beləcə 1 ay keçdi. Axır ki dizlərimin dikişləri söküləcəkti, hazırlaşıb evdən çıxdıq, anamla bizi Ömər aparacaqdı, maşına əyləşib yola davam etdik.Neçə ay idi ki? Oteldə qalırdım neçə ay idi ki, telefon işlətmirdim. Bu gün sönülü olan, telefonu zaryatkaya taxıb açılmasını gözlədim, bir muddətdən sonra açıldı, 589 dəfə atam zeng etdiyini gördüm. Ayselin mesajları, dostlarımın zengləri, birdə anamın qaldığı xəstəxananın nomrəsi. O nömrəyə zeng eledim; tibb bacısı ananıza aid eşyaların xəstəxanamızda qaldığını ve gelib götürməmi bildirmişdi. Həyəcanlandım, mənimlə sağollaşa bilmədi, bəklə mənə bir şey buraxmışdı? Ümidlə paltarlarımı geyinib, qacaraq otağımdan çıxdım, lifti gözləyə bilmədim pillələrdən qacaraq getdim. Oteldən çıxdım, maşına əyləşib xəstəxanaya doğru yol aldım, xəstəxana çox yaxın idi, 5 dəqiqəyə çatmışdım, suretimi artırıb xəstəxanaya daxil oldum, tibb bacısına yaxınlaşıb eşyaların harda olduğunu öyrenib dediyi otağa onunla bərabər getdim. Otağa daxil olduq, tozlu bir otaq, yarı qaranlıq, yarı ışıqlı, her şey üst-üstə idi, tibb bacısı eşyalara baxınırdı, anam mənə veriləcəyi bir şeylər var idi, həyəcandan üreyim suretlə döyünürdü, saniyelər keçdikcə sebirsizlənirdim. Tibb bacısı tapmışdı deyəsən? Əlində anamın şərfi, ve eynəyi var idi.
Əlindən alaraq anamın şerfin qoxusunu içimə çəkdim; ətiri helədə üstünde idi, bir aydı ki bu qoxuya həsrət qaldım, bu qoxuya ömür boyu həsrət qalacağımı bilirdim, ona görə dərinən nəfəs aldıqdan sonra, otaqdan çıxıb pillələri iki,iki atlayaraq, əlimdə ki şerfə baxa-baxa gedirdim ki, anidən birinə çarpdım kim olduğunu anlamadım, cəlt hərəkətlə onu tutmuşdum, saçları üzünə tökülmüşdü, qoxusu tanış idi, sanki bu qoxuya əvvəlcədən rast gəldiyimi xatırlamağa çalışırdım, saclarını üzündən çəkib gülümsəmişdim, bu qız "Səma"
YOU ARE READING
Taleyin Oyunu
RomanceHəyatında yeni bir səhifə açmışdı.Bütün çətinliklərə baxmayaraq mübarizədən qalib çıxdığını düşünürdü,lakin taleyin onun üçün hazırladığı plandan xəbəri yox idi.Bir gün *O* Səmanın əlindən hərşeyini: xəyallarını,ümidlərini,gələcəyini aldı.Səma 'xoşb...