(Elvin)
Qadın bir mənə bir də oğlanlarına baxırdı.Atam hələdə nə olduğunu anlamağa çalışırdı. Oğlanların heç vecinə belə deyildi.Səslərini çıxartmadan eləcə oturmuşdular. Biri telefonuyla o biri də notebook ilə oynayırdı və bu səsizlikləri məni dəli edirdi. Heç kim heç nə demirdi və mən buna daha da çox əsəbləşirdim. Qarşımda duran qadına baxdım anama oxşayırdu amma o deyildi.Əsəblə qoludan tutub silkələməyə başladım.
-"Oğlanlarına sahib çıx!!" Ağlamağa başladı.Əlimi qoludan çəkib saxta göz yaşlarına baxdım.Bəlkədə göz yaşları həqiqət idi. Bəlkə hqiqətən də mənim halıma pis olmuşdu. Bəlkə oda belə olmasını istəməzdi.Mən bunlara inanmaq istəyirdim mi? Xeyr! İnanmayacam! Bu olanların səbəbkarı bu qadın idi. Üstünə addımlamağa başladım.-"Eşidirsən?!! Sahib çıx!!!"
Atam məni itələyib əsəbi halda üzümə baxdı. Atamın bu qədər əsəbi olduğunu bilmirdim. Bəlkə də anam bizdən hər şeyi gizlətdiyi üçün bilmirdik. Oğlanlar ayağa qalxıb analarının yanına yaxınlaşdılar,yaxşı olub-olmadığını soruşdular. Kaşki məndə anama bu sualı verə bilsəydim bizi tərk edib getdiyi gün. Oğlanın biri üstümə gəlirdi ki atam onu dayandırıb mənə baxdı.
-"Çıx ged!!!"
Atam mənim yox onların tərəfində idi. Haqqlı olan mən idim amma haqqsızlığa məruz qalan da mən oldum. Canım çox yanırdı. Gözlərimin dolduğunu hiss edirdim. Bunların qarşısında göz yaşlarımın əsiri olmayacaqdım. Adlarını belə bilmədiyim qardaşlarımı,ölmüş anamın yerinə gələn ögey anamı seçdi atam.
-"Məni qovursan?".
Atam tərəttüd belə etmədən:
-"Rədd ol!!" (Deyib əli ilə qapını göstərdi.)
Gülümsəməyə başladım.Mən güclü biri idim. Öz atam məni yıxmağa çalışsa belə yıxımayacaqdım. Heç bir şey demədən qapıya doğru addımladım. Anasının yanında dayanan oğluna yaxınlaşıb ikisinədə diqqətlə baxdım.
-"Nə şanslısız e.. Həm atanız var daim arxanızda duran ( gülümsəyərək) həm də yanınızda duran ananız var. Məni ikisi də yoxdu. (Deyib evdən çıxdım. Maşınıma əyləşib yola düşdüm.Telefonumu çıxardıb nömrələr olan bölməyə basdım. Səmanın adına daxil olub zəng edib-etməmək düşüncəsinə girdim. Zəng edib nə deyəcəkdim ki? Telefonu yan oturacağa atıb yoluma devam etdim. Bir müddətən sonra "Otel'ə" daxil olub özümə "VİP" otağların birin secib 1006'cı otağa doğru getmək üçün liftə daxil oldum.
••••••
Saat 2:34 idi .
Bu olanlara hələdə inana bilmirdim.Atam məni doğub böyüdüyüm evdən qovdu. O qadına görə qovdu məni. Kaşki anam həyatda olsa idi. O zaman bunları yaşamazdım,mən bu acını yaşamazdım! Həqiqətən həm atanı həm ananı itirmək acısı çox pis acıdır. İnsanı yaşarkən öldürür. Anamın həyata olması üçün hər şeyimi verərdim və ya hər şeydən vazkeçərdim.Anam bizim üçün bu olanlara səbr edib,bizim üçün atamın ikinci qadınla əlaqə qurmasına icazə verib. Bəlkədə bu olanlara görə anam xəstə olub? Bəlkədə hər şeyi içinə atıb bizə bildirməməyə çalışdığı üçün? Bəlkədə bu xəstəliyin səbəbkarı o qadın olub? Atamı heç vaxt bağışlamayacam.O mənim əlimdən hər şeyi aldı.Ona qarşı güvənimi belə parçalara ayırdı. Sevdiyim qıza yaxınlıq qurmaq istəyən oğlanlarını yox məni qınadı. "Sevdiyim qız" deyə andım.Telefonumu əlimə alıb Səmaya zəng elədim amma açmırdı. Yatmış olardı.Saat çox gec idi.Bir daha zənh edib gözlədim. Açıb təlaşla yaxşı olub-olmadığımı soruşudu. Səmanın qayğısı məni kövrəltmişdi.Gözlərim dolmuşdu. Özümdən asılı olmayaraq ağlamağa başladım.Bunu səmaya bildirməməyə çalışırdım.
YOU ARE READING
Taleyin Oyunu
RomanceHəyatında yeni bir səhifə açmışdı.Bütün çətinliklərə baxmayaraq mübarizədən qalib çıxdığını düşünürdü,lakin taleyin onun üçün hazırladığı plandan xəbəri yox idi.Bir gün *O* Səmanın əlindən hərşeyini: xəyallarını,ümidlərini,gələcəyini aldı.Səma 'xoşb...