14'ci bölüm

54 13 0
                                    

Elvin: işlərimi bitirib evimə yol aldım.Bir müddətdən sonra qapını açıb içəri daxil oldum "Səma" deyə səsələndim, amma evdə heçkəs yox idi.Bilirdim ki belə olacaq off..Mən sənlə nə edəcəm (asta səs tonu ilə vurğuladım) telefonumu əlimə alıb Gök yüzüm deyə qeyd olunmuş nömrəyə toxunub,zəng etdim. Telefonu bağlı idi. Narahat olmağa başladım.Harda ola bilərdi ki bu qız? Özünü də pis hiss edirdi. Ya yenə başına bir iş gəlsə? Bəlkədə atası ilə qarşılaşıb. Ona görədə telefonu bağlı idi. Ahhh Səma ahh. Özümü cilovlamağa calışsamda alınmırdı. Əsəbim,qorxum məni ələ almışdı. Bu qız başına bəla açmaqdan başqa heçnə bilmirdi. Sanki onu qorumağa çalışdıqca özünü hər cür bəlaya salırdı. Mən indi onu necə tapacam? Gedəcəyi tək bir yer var oda unidir. Vaxt itirmədən evdən çıxıb maşına əyləşib unisinə doğru yol aldım. Surətimi artırdıqdan sonra çatmışdım. Maşını dayandırıb,enib ətrafa baxınmağa başladım. İlk günü xatırlamağa başladım. İlk günümdəki kimi həyacanımda artmışdı. Ona hazırladığım hədiyyəni gördükdə üz ifadəsi necə olacaqdı görəsən? Və budur...O gəlir...Ürəyim daha sürətlə döyünürdü. Yavaşca ona tərəf addımlamağa başladım. Məni görəndə birdən gülümsəməsi üzündən düşdü daha çox narahat olmağa başladım. Üz-üzə gəldikdən sonrabir müddət baxışdıq və birdən ikimizdə eyni anda sözə başladıq : "Danışmalıyıq!". Öncə Səmanın başlamasını istədim.

-"Sözü çox uzadmayacam,ayrılmalıyıq!"

-Donub qalmışdım. Mən onun haqqında başka şeylər düşünərkən,onu bu qədər sevərkən məndən bunu necə istəyə bilərdi? Amma mənim hədiyyəm onun fikrini dəyişə bilərdi.

-"Mənim daha yaxşı bir fikrim var,əlimi cibimə apararaq qutunu cibinmdən çıxartdım. Diz çökərək

-"Выйди за меня " (  mənimlə evlənərsən ) deyə qışqırdım.
Ətrafdan alqışlar qışqırıq səsləri gəlirdi. Məni isə yalnız Səmanın cavabı maraqlanırdı. O isə donub qalmışdı. Yəqin ki,bunu gözləmirdi və mən buna heç təəccüblənmədim , çünki məndə gözləmirdim.

-" Даа на всегда " (hə sonsuza gədər)

Ayağa qalxaraq onu bərk-bərk qucağladım və maşına doğru ilərlədik.

Səma: Universitetdən çıxdıqdan sonra yavaş-yavaş və fikirli bi şəkildə qapıya doğru iləriləyirdim. Birdən birinim mənə doğru gəldiyini gördüm. Ahh... bu Elvin idi. Ən olmayacaq vaxtda ondan başka kim ola bilərdi ki?. Amma artıq qərarımı vermişdim. Ondan ayrılacaqdım. İndiyə kimi bir dəfə belə evlilikdən danışmamışıq birinə necə "gəl evlənək" deyə bilərdim ki? Ayrılmaq doğru qərar idi. Və budur.. Qarşımda idi. Sözə necə başlayacağımı,nə deyəcəyimi bilmirdim ama qərarlı idim sözü uzatmayacaqdım. Qərarımı ona bildirdikdən sonra təəccübləndi,beynimdə nəyi isə götür qoy etdikdən sonra,
-"Mənim daha yaxşı fikrim var "deyə bildirdi. Heçə başa düşməmişdim. Ta ki diz çökənə qədər. Gözlərimə inana bilmədim ürəyim yerindən çıxacaqmış kimi idi. Ən çətin vaxtımda gələn yenə o oldu. Ən olmadıq vaxtda gələn kimi..Heç düşünmədən qəbul etdim çünki onu çooxx sevirdim. Maşınla bir müddət getdikdən sonra evə çatdıq.Evə girib yemək yedim və otağıma çıxıb yatdım. Çünki bugun çox yorğun bir gün idi.

Elvin: Səmanı evinə qoyduqdan sonra öz evimə doğru yol aldım. O evə heç getmək istəməsəmdə Səmanı istəyə tək gedə bilməzdim. Onsuzda atası mənə əsəbi idi. Ailəmlə getməsəm vəziyyət daha pis ola bilərdi. Artıq çatmışdım. Ayaqlarım geri-geri gedirdi,ama getməli idim. Qapını döydüm. Biraz sonra "o qadın" açdı.

-"Salam,Elvin xoş gəlmisən"

Heçnə demədən salona keçib oturdum. Təxminən bir saat keçdi. Hər halda atam evdə yox idi. Olsaydı indiyə qədər gələrdi. Artıq səbrim tükənmişdi. O qadın sözə başladı:
-"Atan gec gələcək. Vacib sözün varsa mənə deyə bilərsən"
Mən isə yenə cavab vermədim.
-"Sən hər şeyə görə məni günahlandırırsan, amma mənim heç bir günahım yoxdu"
-"Ona görə evli kişiylə bir yerdə oldun" (əsəblə)
-Mən atanın evli olduğun bilmirdim,sonradan öyrəndim, onda isə artıq gec idi,bir oğlum var idi (kədərlə)
-"Anam da sizin üzünüzdən öldü" (üzgün ifadəylə)
-Ananda öyrəndi hər şeyi, heçnə demədi.
Bir müddətlik sükut çökdü. Həmin sükütü yenə "o qadın" pozdu.

Taleyin OyunuWhere stories live. Discover now