Qapı açıldı.Gelen həkim Murad bəy idi.Ona içəri daxil olub,otağa keçməsini dedim və ardıyca mən də otağa daxil oldum.Murad bəyə baxdım,lakin o mənə baxmırdı.Gözləri Samanın ayaqlarında idi.Diqqətlə baxmağa başladım.Həqiqətən də Səmanın çox cazibədar ayaqları var idi.İncə,uzun və qüsursuz idi.Özümü ələ alıb həkimə baxdım.Hələ də gözlərini Səmanın ayaqlarına zilləmişdi. Artıq əsəbiləşmişdim.Mən bu adamı həkim olduğuna görə çağırmışdım,sevdiyimin ayaqlarına baxsın deyə yox.
+Dediyiniz kimi elədim.(başını hə mənasında yellədi və sözə başladı.)
-Ona bəzi dərmanlar yazacam.Hər gün qəbul etsin.(gülümsəməyə başladı, amma bu gülüş heç də səmimi deyildi.)(üzünü mənə tərəf tutub) Mövsüm də təhlükəlidir.Sadəcə diqqətli olsun.-deyə əlavə etdi.Siz də diqqət yetirin.(başdan aşağı su idim deyə bu cümləni qurmuşdu.)
Əlindəki vərəqə dərmanların adlarını yazıb mənə uzatdı.Vərəqə göz gəzdirib,telefonu əlimə alıb şəklini çəkdim və Tərlana göndərdim."Sənə zəhmət gələndə bunları da al"-deyə mesaj atdım və telefonu kənara tulladım.
Murad həkimlə sağollaşıb gəldiyi üçün ona təşəkkür etdim. Qapıya qədər onunla gelib onu yola saldım.Yenidən otağa keçdim.Üstümü dəyişdim.Səmaya yaxınlaşıb üstünü örtdüm.Alnından öpüb otaqdan çıxdım. O an qapı döyüldü.Addımlarımı artırıb qapını açdım.Gələn Tərlan idi.Əlindəkiləri alıb içəri keçməsinə icazə vermədən qapını üzünə örtdüm.Salona keçib divana uzandım.Olanlari bir daha düşünməyə başladım.Ya Səmaya zərər verərsəm? Ya atasının elədiklərinə görə məni günahlandırsa? Ya Səma bu olanlardan sonra məndən ayrılarsa? Offff!!! Beynim suallarla dolu idi.Dərindən nəfəs alıb Səmanın otağına keçdim.Qarşısındakı oturacağa əyləşdim.Əlimi alnına qoyub istiliyini yoxladım.Hərşey qaydasında idi,amma hələ də oyanmamışdı.Qollarımı çarpazlayıb arxama yaslanıb Ayseli düşünməyə başladım.Onsuz da heç ağlımdan çıxmırdı. Bəlkə də o qadın ona pis davranırdı və mən qardaşı olaraq buna müdaxilə edə bilmirdim.Ahhhhh....bu nə həyatdi belə,nə yaşaya bilirsən,nə də hərşeyi tərk edib gedə bilirsən.Fikirlərimə ara verib gözümü Səmaya zillədim.Qan-tər içində qalmışdı.Təlaşla ayağa qalxıb qoluna toxundum.Buz kimi idi.Qorxmuşdum.Biraz əvvəl isti idi,indi isə buz kimi.Pıçıldayaraq bir şeylər demək istəyirdi,lakin mən anlaya bilmirdim.
- "Ana,buraxma məni...."
Bu sözü anlamışdım.Hərhalda yuxu görürdü.Əllərini əlimin arasina alıb sıxıca tutdum.Özündən asılı olmayaraq o da əlimi bərk-bərk tutmuşdu və bu da gülümsəməyimə səbəb olmuşdu.Yavaşca yerə oturub kürəyimi çarpayıya yasladım.Gözlərimi yumub yuxuya getdim.
*Səma*
Gözlərimi açıb ətrafa baxdım.Qara və boz dizayn edilmiş otaq və fərqli çarpayı.Bunlar mənə tanış deyildi.Qorxmağa başlamışdım ki,ağlıma dünən gecə Elvinin yanında olduğumu xatırladım.Bura onun otağıydı.Yavaş-yavaş dikəlib yerdə oturaraq yatan Elvinə baxdım.Bir ona bir də özümə baxdım.Üstümdə mənə bir xeyli böyük olan Elvinin fudbolkasi var idi.Mən bu hallara düşəcək qız deyildim.Özümdən iyrənirdim.Görəsən Elvinlə aramızda bir şey keçmişdimi?Özümdə olmadığım üçün məndən istifadə etmişdimi?Offfff!!! Düşüncələrimdə boğulurdum.Dərindən nəfəs alıb əllərimi saçımın arasında gəzdirdim.Ayağa qalxıb Elvinin yanına oturdum.Ona baxdım.Yavaş-yavaş oyanırdı.Əlləri ilə gözlərimi ovuşdururdu.İlk dəfə idi ki,onun oyanmağına şahid olurdum və yatdıqda belə çox yaraşıqlı olmağı bacarırdı. Gözlərini acıb mənə baxdı.-(Səni üçün çox narahat oldum) oyandıqı an ilk sözü nu olmuşdu.
Susqunluğumu qorudum gözlərinə baxmaqla yetindim cavan verməyəcəyimi düşünüb sözə başladı "Anladım danışmaq istəmirsən" sadəcə bu olanlardan çox utanmışdım onunla nə danışacağımı bilmirdim ona görə atam tərəfinən döyüldüyümü necə deyğ bilərdim, amma ki, üzümün qızarıq və şişkinlikdən anlaya bilərdi."bəlkədə anlamışdı. Yənə də gecə nələrin baş verdiyini soruşmalı idim.Bütün cəsarətimi toplayıb sözə başladım. "Səndən bunları soruşmam yersiz ola bilər,amma ki gecəyə dair heç bir şey xatırlamıram. Gözlərini qısıb: "heç bir şey?"deyə soruşdu. Bu məni dahada şüphələndirdi "Hə heç bir şey!" Sənin paltarın niə mənim üsdümdədir? Mənə neynəmisən?!
Şaşqınlıqla mənə baxdı və sözə başladı: - Sən bu hərəkəti mənə necə yaraşdıra bilərsən? Səncə mən sənin o aciz olduğun anda sənə necə toxuna bilərdim? (Əsəblə vurğuladı) Səs tonu çox sərt çıxmışdı və bu məni qorxutmuşdu. Özümü arxaya çekib sadəcə ona baxmaqla yetindim. Qorxduğumu anlayıb mənə yaxınlaşmağa başladı. Səs tonunu azaldıb : - Qışqırdığıma görə üzr istəyirəm,ama sənin bu cür sualı mənə verməyin məni özümdən çxartdı. Xaiş edirəm bu söhbəti burada bağlayaq.Bu sözləri deyib otağdan ayrıldı.
Elvin: Səma bunu mənə necə yaraşdıra bilərdi axı,bunları necə düşünə bilərdi? Yenədə ona haqq verməliydim. Geriyə dönüb üstümü dəişdirməyə qərar verib otağa daxil oldum. Qapını açmağımla bağlamağım bir oldu. Gördüylərim qarşısında ürəyim surətlə döyünməyə başladı. Səmanı yarı çılpaq halda görməyim mənə qəribə hiss etdirmişdi. Söykənib düşünməyə başladım görəsən Səma məni görmüşdü? Mən bunları düşünərkən otağın qapısı açıldı. Səma üstünü dəyişib evdən çıxmağa doğru irəlilədi. Qolundan tutub bu sözləri dedim: -Bu qədər narahat olursansa mən gedə bilərəm.-"Səninlə burda qalmam düzgün olmaz,və burası sənin evindir gedəcək biri varsa oda mənəm".
-"Məndən belə qormamalısan sənə zərər vermək ağlımdan belə keçməz. Sən özünü bu evdə pis hiss etsən burası mənə dar gələr".(Sözümü deyib başını əllərim arasına aldım) Sən mən deyə bir şey var? Burası ikimizində evidir.
Heç gözləmədiyim anda Səma boynuma atladı və məni bərk-bərk qucağladı bir müddət keçdikdən sonra işlərimin olduğunu xatırladım. Artıq özümə bir iş tapmalı idim. Səmanın alnından öpdükdən sonra ondan ayrılıb -Mənim biraz işlərim var indi getməliyəm. Mən gələnə qədər heç yerə getmə! Universitetə belə!
-"Ona hələ baxarıq".
-"Xeyr! Elə şey yoxdu. Heç yerə getmə" deyib , evdən uzaqlaşdım.Səma: Elvin çıxdıqda dərhal hazırlaşıb evdən çıxdım. Ona qulaq asa bilməzdim. Dərslərim mənim üçün çox vacib idi. Maşına əyləşdim. Bir müddət yol getdikdən sonra çatmışdım. Universitetin həyətinə daxil olduqda bir anlıq dayandım. Atam gəlmişdi. Hansı üzlə gəlmişdi? Ona fikir vermədən yeriyirdim, lakin arxamca gəlib qolumdan tutdu :
- "Səma,qızım sənə görə çox narahat oldum".
- Mənə görə narahat olma,mən yaxşıyam.İndi çıx get.Necə olduğumu öyrəndin.
-"Günah səndə olsada mən böyüklük edib gəldim.Səndə bilirsən ki, bir ata qızını elə görüb sakit qala bilməz.
-Mən pis bir şey etməmişdim.Biz bir-birimizi sevirik.
-"Sevginizə bir şey demirəm,amma belə olmaz. İşi ciddiləşdirmək lazımdı. Belə çox sevirsə,gəlib istəsin. Yox,əgər gəlməsə onda mənə haqq verərsən.
Cavab belə vermədən universitetə daxil oldum. Beynimdə minlərlə fikir dolaşırdı. Mən ona necə deyə bilərdim axı bunu? Deyəsən həyatımın ən çətin anı bu idi.
ESTÁS LEYENDO
Taleyin Oyunu
RomanceHəyatında yeni bir səhifə açmışdı.Bütün çətinliklərə baxmayaraq mübarizədən qalib çıxdığını düşünürdü,lakin taleyin onun üçün hazırladığı plandan xəbəri yox idi.Bir gün *O* Səmanın əlindən hərşeyini: xəyallarını,ümidlərini,gələcəyini aldı.Səma 'xoşb...