1900-cü illərdə Charlie Sparks adlı şəxsin şəhər-şəhər gəzən sirki varıydı və bu sirkin ən vacib oyuncusu da Asya fili olan Mary idi. 1916 cı ildə Mary'nin baxıcısı işdən çıxır və 5 tonluq filə təcili yeni baxıcı tapılır, amma yeni baxıcı təcrübəsiz olur. Təcrübəsiz baxıcı Mary'ni bilmədən yaralayanda ağrılar içərisindəki fil buna əsəbləşərək baxıcısını əzərək öldürür. Sirkin həmin an yerləşdiyi Erwin kəndinin sakinləri Mary'ni məhkəmə qarşısına çıxarırlar və məhkəmə də Mary'nin cinayətkar olduğu qərarına gəlib, ona EDAM cəzası verir.Təbii ki, 5 tonluq bir fili asmaqda asan olmayıb. Mary, Erwin kəndindən 40 km uzaqlıqda yerləşən Kingsport kəndinin meydanında yuxarıda yerləşdirdiyim şəkildəki adını bilmədiyim dəmir yolu üçün istifadə olunan maşının zincirləri boynuna keçirilərək asılmağa çalışılıb amma tebii ki, zincir tab gətirə bilməyib qırılıb. Zincirin qırılması ilə yerə düşən Mary'nin çanağı və qılçaları qırılıb. Daha sonra möhkəmləndirilən zincirlə təkrar asılıb və bu dəfə edam gerçəkləşib.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
General Fictionبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...