1869 cu ildə New York'da yaradılan Willard Ruhi Xəstəxanası, 116 il ərzində 54.000 xəstəyə ev sahibliyi etmiş və 1995 ci ildə bağlanmışdır.
Bu xəstəxananın fərqliliyi isə 116 il ərzində heç bir xəstənin xəstəxanadan buraxılmaması və 1900 cü illərdə ağlı yerində qadınlarla dolu olmasıdır. Qadınlar, həmin dövrün New York'unda dövlət sisteminə və ya ərlərinə qarşı çıxdıqları üçün burada tutulurdular. Hər şey bununla da bitmir, bu sözdə "xəstə" qadınlara həyatlarının sonuna qədər "müalicə" adı altında bir çox işgəncələr edilirmiş. Bu qadınlardan bir çoxu qulluqçu kimi işlədilirmiş, bir çoxu isə həkimlərin taciz və təcavüzlərinə məruz qalırmış. "Müalicə" adı altında Buz vannaları, qısırlaşdırma, lobotomi, elektroşok kimi şeylərində tətbiq olunması sözün əsl mənasında insanın qanını dondurur.
Nəhayət susdurulmuş, əzablar verilmiş, bütün haqlari əllərindən alınmış qadınların qışqırıqları bir gün tapılan 400 çamadanın içindən çıxdı. Binanın ən üst mərtəbəsində tapılan bu çamadanlar, ağılları yerində olduğu halda bu xəstəxanada həyatlarını keçirən və dəli kimi göstərilən qadınların yaşadıqlarına dair tək dəlildir.
Fotoqraf Jon Crispin, köhnə çamadanların içində olanları ortaya çxarmaq üçün Willard Çamadan Layihəsi başlatmışdır və çəkdiyi şəkillərdə bu xəstəxanada yaşayanların həyatlarından izlər göstərmişdir.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
General Fictionبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...