Harakiri Nədir?

44 4 0
                                    

    Harakiri- hər zaman ölümü gözləyən samurayın qarnını xaç formasında kəsməsi və daxili orqanlarını çölə çıxararaq öz əlləri ilə acılar içində ölümə qovuşmasıdır.

     Xalq arasında harakiri, rəsmi dildə isə seppuku adlandırılan bu intihar adəti əfəndisinə düzgün xidmət edə bilməyən samurayın, onu onurlandırmaq üçün özünü cəzalandırma üsuludur. Harakirini daha çox müharibədə uduzulduğu zaman sağ qalan samuraylar edirdi. Vaxt keçdikcə harakiri edən samurayların ən yaxın dostlarına, qarınlarını kəsdikdən sonra samurayın başını kəsmə vəzifəsi verilmişdir. Bu vəzifəni yerinə yetirənlərə isə "kaishakunin" deyilirdi. Bu insanlar samurayların ən güvəndiyi və yaxın dostları olurdular.

    Harakiri vəya seppuku yapon dilində qaçmaq yox məsuliyyət almaqdır. İki növ harakiri vardır:

1) Klassik harakiri
    Bıçaq qarın bölgəsinə soxulduqdan sonra sağa və sola hərəkət etdirilərək difraqma və mədə parçalanılır. Bundan sonra ya samurayın acı çəkərək ölməsi gözlənilər, ya da kaishakunin tərəfindən başı kəsilər.

2) Juun-Buun seppuku
    Bıçaq qarın bölgəsinə soxulduqdan sonra sağa və sola hərəkət etdirilərək yenə diafraqma və mədə parçalanılır, daha sonra bıçaq yuxarı doğru çəkilərək xaç işarəsi çəkilir. Bundan sonrada daxili orqanların torpağın üzərinə qoyulur və samuray acı çəkərək ölür. Bu növdə kaishakunin yoxdur.

    Harakiri hər nə qədər hal-hazırda Yaponiyada qadağan olunsada hələdə bəzi yerlərdə rast gəlinir.

Beynimin içindəkilər 🚷Where stories live. Discover now