Vietnamda yerləşən Son Doong mağarası 1991 ci ildə Vietnamın balta girməmiş meşəliklərində bir kəndli tərəfindən tapılmışdır. Mağaranın içindən gələn qəribə səslər səbəbi ilə insanlar uzun müddət buraya yaxın durmamışdırlar.
2009 cu ildə aparılan geniş araşdırmalar nəticəsində Son Doong mağarasının dünyanın ən böyük mağarası olduğu müəyyən olunmuşdur. Mağara o qədər böyükdür ki. İçinə həttə 40 mərtəbəli bina belə yerləşə bilər.
6,5 km uzunluğa sahib bu mağaranın özünə aid ekolojisistemi və iqlimi vardır. Beləki Son Doong mağarasının içərisində meşə, sürətli axan böyük bir çay, kiçik dağlar və heyvanlar yerləşir.
Kiçik bir dünya olan bu mağaranın hələdə böyük bir qismi kəşf olunmamışdır.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
General Fictionبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...