Dünya üzrə tanınan məşhur fizik Stephen Hawking'in 2000 ci ildə ortaya atdığı qiyamət nəzəriyyəsi təbiətin öz-özünü məhv edəcəyini deyir. Marsa göndərilən kosmos robotu Curiosity ilə bu nəzəriyyəni gücləndirəcək bir çox dəlillər də tapılmışdır. Hawking'in qiyamət nəzəriyyəsini açıqladığı zaman maraqlı bir hadisə də yaşanmışdır. Televizor kanalında qlobal istiləşmədən bəhs etdiyi əsnada kanalın alt yazı xəbərlərində Antraktida da 17 kvadratkilometrlik sahəyə sahib böyük buzdağının qopduğu yazısı keçir. Bunu oxuyan spiker Hawking'in dediklərinin çox gerçəkci olduğunu və bütün xəbərdarlıqlara ciddi yanaşmaq lazım olduğunu bildirdi.
Hawking bu proqramda alimlərin cəld hərəkət etməli olduqlarını və dünyanın ən çoxu 1000 illik bir ömrünün qaldığını bildirir. Buna görədə insanlar yeni yaşanılabilinəcək planetə köçürülməlidir. Hawking bildirir ki, bu nəzəriyyəni ortaya atarkən axır 100 ildə ki, təbiət hadisələrini təhlil edib və nəticələrinin haralara çatacağını təxmini hesablayıb. Bu baxımdan bir çox alimlərin dəstəyini alan Hawking, Qiyamət Nəzəriyyəsinin dayandığı ən vacib hadisələri belə göstərmişdir:
1. Cənubi Amerikada meydana gələn fırtınalar.
2. Britanyada ki, sel hadisələri.
3. Qütblərdə baş verən buzların əriməsi hadisələri.
4. Asyada yaranan quraqlıq.
5. Orta Amerikada ki, fırtına və qasırğalar.
6. El Nino adı verilən iqlim dəyişigliyi.
7. Afrika və Asyada quraqlıq səbəbi ilə meydana gələn ölümcül yoluxucu xəstəliklər.Stephen Hawking'in illərə görə təxminləri isə aşağıdakı kimidir:
2000-2400 illəri arasında baş verməsini gözlədiyi dəyişikliklər: El Nino iqlim dəyişikliyi ilə əlaqədar bir çox yoluxucu xəstəliklər, xortum və qasırğalar artacaq. İstiliyin dəyişilməsi səbəbi ilə bitki örtüyündə dəyişikliklər yaranacaq. Qar uçqunları artacaq, buzlar əriyəcək, sellər artacaq. İstiləşmə bu cür davam etsə əgər 400 il ərzinfə Alp dağlarında qar qalmayacaq.
2400-2500 illəri arasında ki, təxmin olunan dəyişikliklər: bu illərdə cənub yarımkürəsində fəlakətlər yaşanacaq. Okeanların su səviyyəsi qalxacaq, Cənubi Avropa quraqlıq yaşayacaq, şimali Avropa isə sellərlə boğuşacaq. Şimal yarımkürəsindən cənub yarımkürəsinə böyük köçlər olacaq.
2500-2800 illəri arasında ki, təxmin olunan dəyişikliklər: yaşanan köçlər səbəbi ilə böyük müharibələr başlayacaq. Hər iki yarımkürədə ki, buzlar tamam əriyəcək və quru sahələri sular altında qalmağa başlayacaq, təbii qaynaqlar da tükənəcək.
2800 ilindən sonra ki, təxminləri: dünyanın atmosferi dəyişəcək kükürd turşuları dünyanı əhatə edəcək, canlılar məhv olacaq və eyni Mars kimi bir planetə çevriləcək.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
Ficción Generalبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...