Menora, Menorah və ya Yeddi qollu şamdan yahudilər üçün əsas dini simvollardan biridir. Yahudi inanclarına görə Allah, Sina dağında Musa peyğəmbərə ilk yahudi məbədi olan Çadır Məbəd'in (Mişkan) içərisində nələrin olacağını demişdir. Bunlardan biri də Yeddi Qollu Şamdandır. Şamdanın hansı materialdan və necə hazırlanacağını alovlarla göstərərək demişdir. Musa peyğəmbər dağdan endikdən sonra usta olan Yeuda qəbiləsindən Ben Hur'a şamdanın quruluşunu və hazırlanış qaydasını demişdir.Yeddi Qollu şamdanın hündürlüyü ortaboy bir insan qədər və ya daha hündür olmalı, ortadakı mərkəz qolun hər iki tərəfində üç qol daha olmalı, mərkəz qolla iki tərəfdəki qollar arasındakı məsafə eyni olmalı, qolların uzunluqları bərabər olmalı, qolların başlarında badam çiçəyi quruluşunda kasalar olmalı və kasaların içi saf zeytun yağı ilə dolu olmalıdır. Saf qızıldan badam çiçəkləri quruluşundakı kasalar daxil tək parça olaraq təkcə çəkiclə döyülərək hazırlanmalı idi.
Şamdan Kohen tərəfindən hərgün yadırılır və söndürülürdü. Şamdanın özü cənubda kölgəsi isə şimalda olurdu.
Yeddi Qollu Şamdanın bir çox simvolik mənası vardır. Bunlardan ən birincisi "Daimi İşıq" mənasıdır. Yahudi inancında Allah yeri və göyü yaratdıqdan sonra ilk olaraq "Yei Or-İşıq Olsun" demişdir. Bu işıq kainatın və ruhların aydınlığını bildirərkən eyni zamanda elmin aydınlığınıda bildirir. Buna əsasən Menoranın ikinci bir mənasıda elmin davamlılığı və sonsuzluğudur. Bundan başqa onun yeddi qolu qədim dövrün yeddi əsas elmine de işarədir.
Menoranın digər bir mənasıda şamdanın yeddi işığı yaradılışın yeddi gününü bildirir. Yəni altı işləmə gününü və yeddinci dincəlmə günü olan şabat'ı. Menora eyni zamanda Musa peyğəmbər ilə yahudilərin Misirdən Sina dağının ataklərindən Tora'nı aldıqları ana qədər keçən yeddi həftəni ( Şeva Şavuot) də bildirir.
Menoradakı mərkəz qolla digər qollar arasındakı məsafə və hündürlüyün eyni olması, ədaləti göstərən mərkəz qola görə yanındaki digərlərinin ədalət qarşısında bərabərliyini göstərir.
Daha sonralar Yerussəlimdə yəni Qüdsdə Süleyman Məbədi (Bet-Amiktaş) tikildikdən sonra Çadır Məbədin içərisində olan bütün müqəddəs əşyalar eləcədə Yeddi Qollu Şamdan da buraya daşınmışdır. Burada Şamdanın hər iki tərəfinə beş şamdan daha qoyulmuşdur. Bunun səbəbi həm gerçək şamdanı qorumaq, həm də məbədi daha çox qızılla doldurmaq idi. E.ə birinci Süleyman Məbədi dağılandan sonra bütün müqəddəs əşyalar Babilə daşınmışdır. Daha sonralar Babilin də farslar tərəfindən işğal edilmişdir və müqəddəs əşyalar geri qaytarılaraq təkrar Süleyman məbədi tikilmişdir. Ancaq bu zaman həqiqi Menora ya təmir edilmişdir ya da yenisi hazırlamışdır böyük ehtimal.
Yeddi Qollu Şamdan hətta Bizanslar tərəfindən də bir müddət saxlanılmışdır. Bizim eranın 638ci ilində ərəblərin Qüdsü işğal etməsindən sonra şamdan tamamilə yoxa çıxmışdır. Bəzi fikirlərə görə şamdanı bizim eranın 614 cü ilində Qüdsdən çıxmaq məcburiyətində olan farslar özləri ilə aparmış ola bilərlər.
Əfsanəyə görə Yeddi Qollu Şamdan ya Qüdsdə ya da Şilo da basdırılmışdır. O Mehdinin gəlməsini və ya Süleyman Məbədinin təkrar tikilməsini gözləyir.
Menora və Hanukiya səhv salınmamalıdır. Hanukiya doqquz qollu şamdandır və hər ilin dekabrında Hanuka adı verilən bayramda yandırılır. Bu bayramın keçirilmə tarixi isə belədir, Qüdsdəki Süleyman Məbədinin idarəsini təkrar ələ keçirən yahidilər vaxt itirmədən şamdanı yandırmaq istəyirlər amma şamdanı yanılı saxlamaq üçün bir günlük zeytun yağı vardır və təkrar zeytun yağı səkkiz gündən sonra əldə olunacaqdır. Yahudilər yenədə şamdanı yandırırlar və bir möcüzə baş verərək şamdan səkkiz gün ərzində sönmədən yanır. Yahudilərdə bunu Hanuka bayramı olaraq qeyd edirlər.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
Ficción Generalبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...