17 iyun 1972 ci ildə beş nəfər sözdə oğurluq məqsədilə Watergate binasına, yəni Demoktariya partiyasının mərkəzinə girmişdir. Bu hadisə hərkəsdə şok təsiri yaratmışdır. Hadisənin geniş araşdırılması üçün Ədalət Naziri Elliot Richardson prokuror Archibald Cox'u görəvləndirmişdir. Cox'un bu beş nəfərlə əlaqədar apardığı araşdırmalar nəticəsində daha böyük bir şok ortaya çıxmışdır. Bu beş nəfər Amerikanın 37 ci prezidenti Richard Nixon'un (Nixon prezident olmazdan əvvəl 1952 ci ildən başlayaraq 8 il ərzində 35 ci Amerika prezidenti Dwight Eisenhower'in köməkçiliyini etmişdir. Amerika prezidentliyi üçün girdiyi ilk liderlik müharibəsində Demokratiya partiyasının üzvü John F. Kennedy'yə məğlub olmuşdur. 1968 ci ildə Respublika partiyası tərəfindən prezidentliyə aday kimi seçilmişdir və nəhayət 1969 cu ildə Amerikanın 37 ci prezidenti seçilmişdir.) düşüncələrini əks etdirən Respublika partiyasının üzvüdür. Hadisənin üstünü örtmək üçün Nixon, Cox'u vazifəsindən kənarlaşdırmağa çalışsada Elliot Richardson buna imkan verməmiş və özü vəzifədən kənarlaşdırılmışdır.
Nixon nə qədər çalışsada bu xəbərin medianın əlinə düşməsinə maneə ola bilmədi. Media tərəfindən xalqa verilən xəbərlərdə Watergate binasına sözdə oğurluq adı altında girən bu beş nəfərin əslində məqsədi Demokratiya partiyasının gizli sənədlərinə baxmaq və telefonlara dinləmə cihazlarını yerləşdirmək olduğu deyilirdi.
Bir müddət sonra Prezident Nixon öz telefon danışıqlarınıda qeyd altında tutduğu üçün özü özünü ifşa etdi. Nixon'un öz əmri ilə qeyd altında tutulan telefon danışıqlarına qulaq asıldıqda onun bütün karrupsiya zənciri ortaya çıxmışdır. Bu hadisədən sonra hətta Respublika partiyasıda ona üzünü çevirmişdir. 8 avqust 1974 cü ildə istefasını açıqlayan Nixson yeni prezident seçilənə kimi yenədə çox çalışsada heç bir faydası olmamışdır.
Prezidentlikdən istefa etsədə sivil olaraq məhkəməyə çıxıb həbs oluna bilərdi, ancaq ondan sonra seçilən 38 ci prezident Gerald Ford 8 sentyabr 1974 tarixində onu bağışlayır. Amma bu bağışlama onların müqavilə bağladığı düşüncələrini artırmış və hətta Fordun 1976 ci ildə preziden seçimlərini qazana bilməməsinə səbəb olmuşdur.
Richard Nixon 22 aprel 1994 tarixində beyin qanaması səbəbilə 81 yaşında vəfat etmişdir.
YOU ARE READING
Beynimin içindəkilər 🚷
General Fictionبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ Kitab 20.12.2017 tarixindən etibarən yazılmağa başlanmışdır. Hardasa rastlaşdığım hadisələri, mənim üçün maraqlı olan məlumatları, yazıları paylaşacam. *hansısa yazını səhv yazdığımı düşünürsüzsə rəy olaraq bildi...