Dənizə salam ver...

213 12 0
                                    

Dünyaya necə göründüyümü bilmirəm; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir dənizin sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm... 

-Xanımlar və cənablar, indi isə səhnəyə, bura yığışmağımızın əsas səbəbkarını və saatlardır tamaşa etdiyiniz əsərlərin müəllifini dəvət etmək istəyirəm. Qarşınızda Hümbətova Aylin.

-Çoxsağolun, öncəliklə hamıya təşəkkürümü bildirmək istəyirəm, məni bu gözəl gecədə tək qoymadığınız üçün. Mənim dünyamda hər kəsə yer var, xüsusilədə Dəniz'i sevən və ona vurğun olanlara. Əslində dənizi bu qədər çox sevməyimin önəmli bir səbəbi var.

14 yaşım olanda, ağır xəstəliyə düçar olmuşdum. Valideynlərim mənə görə çox narahat olurdular. Hər gecə yan otaqdan anamın hönkürtüsünü eşidirdim. Həyatı kifayət qədər dərk etməsəmdə, bütün bu yaşananlar mənə heç də xoş təsir bağışlamırdı.

dəniz'lədə tanışlığımız elə o günlərdən başlamışdı.

Xəstəliyimə görə həkimlər dənizə getməyimə icazə vermirdilər. Dənizin havası belə ölümümə səbəb ola bilərdi. Xəstəliyim müddətində, ilk dəfə atamla dənizə getdiyimizdə, dalğaları yalnız maşının güzgüsündən seyr edə bilirdim. Onda belə, bu möhtəşəmliyin ruhuma necə təsir etdiyini duyurdum. Ləpələrin səsi məni sanki başqa bir dünyaya aparırdı. Dəniz ilham mənbəyim olmuşdu. O gündən sonra, vaxtaşırı olaraq gizlincə dənizə gəlib rəsm çəkməyə başladım. Elə bir vəziyyətdə idim ki, artıq yaşamaq və həyat mənim üçün heç nəyə bərabər idi. Sadəcə sadiq dostum dəniz'i görmək istəyirdim.

Beləcə düz 1 il keçdi. 1 il mən dayanmadan, ilham pərimə qovuşmaq üçün yola çıxırdım. Maraqlısıda bu idi ki, bu 1 il ərzində dəniz mənə çox yaxşı təsir etmişdi (vaxtaşırı olaraq həkim müayinəsində olduğum üçün bunu tibbi cəhətdən də bilirdim). Dəniz daha gümrah, daha pozitiv hiss etməyimə səbəb olmuşdu.

Dəniz ölümüm yox, ilham mənbəyim olmuşdu.

Əgər bu gün burdayamsa, bunu dənizə borcluyam. O məni yenidən həyata qaytardı. Mən ona salam verdikcə o da məni öz ağuşuna alırdı. Bu bəzən əsəbi və çılğın, çox zaman isə sakit və həlim ağuş idi.

Bəs siz necə mənim Dəniz'imə salam vermək istəyirsiniz??

RuhWhere stories live. Discover now