Niyə...

46 4 0
                                    


Qorxuram, yağış dünyanın hər yerinə yağsın,

və sən olmayasan...

Yağış arzum vardır, sən gedən gündən....

Niyə getdin axı niyə tərk etdin bizi?
Belə mi qarşılayacaqdı səmalar bizi?

                    ♥♥♥♥♥

Tanınmış işadamının oğlu itkin düşdü.

"Bakı şəhərinin Nəsimi rayonunda azərbaycanlı sahibkar Nazim Muradovun oğlu yoxa çıxıb. Unikal. org-un APA-ya istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Səlim Muradov aprel ayının 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Sahil istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu axtarışlara başlayıb"

Göstərişli və təkcə quş südünün əksik olduğu, palıd qozasından hazırlanmış stolun ətrafında əyləşən Taleh, hirslə əlində tutduğu qəzeti kənara qoydu. Dərindən ah çəkərək, çayından 1 qurtum içdi. Ondan artığını içə bilmədi, sanki boğazı düyünlənmişdi. Əlini də heç nəyə vurmamışdı. Stolun üstündəkilər olduğu kimi qalırdı.
-Xəbər tez yayılıb. Pilləkənlərdən düşən Sürəyya ərinin üzünə təəccüblə baxdı-Nə xəbər?
-Səlimin xəbəri, nə xəbər olacaq?
-Artıq qəzetdədir?
-Hə, jurnalistlər vaxt itirməyiblər.
-Dedikləri kimi danışıblar?
-Hə, Aylini işə qatmayıblar. Onun haqqında heç nə yazmayıblar-deyərək qəzeti xanımına uzatdı.
-Yaxşısı elə bu idi, Aylinin bir də buna görə başının ağrımasını istəmirəm. Onsuzda o qədər problemi var.
-Mən nədənsə bütün bu olanlara inamıram-Taleh ciddi şəkildə dedi.
-Tam olaraq nəyə?
-Belə fikirləşirəm ki, Səlim hardasa gizlənir, itib eləmiyib.
-Yəni, deyirsən ailəsi yalan danışır?
-Bəlkə də, nə bilmək olar. Bu qədər təsadüf ola bilməz. Aylinlə bir yerdə gəzməyə çıxırlar, sonra pop-korn almaq adı ilə oğlan ortadan yox olur. Bu günə kimi də izi-tozu görünmür. Valideynləri də hara getdiyini bilmirlər. Nəsə burda başqa bir şey var. Bunun axırına çıxmaq lazımdır.
-Əşi, sən Allah, baş qoşma. Polisə xəbər veriblərdə. Yalandır, həqiqətdir, hər nədir əvvəl axır, ortaya çıxacaq. Onda hər şey aydın olacaq. Sən öz işinlə məşğul ol, dedektivlik sənlik deyil. Biz indi tam gücümüzlə Aylinə dəstək olmalıyıq. Onu tək qoymamalıyıq.
-Qızım mənim üçün hər şeydən dəyərlidir. Elə buna görə də, bu işi mən özüm araşdıracağam.

Aylin pəncərəsinin önündə əyləşmişdi. Quşların həzin nəğmələri, yazın xəbərçisi olan ağacların və valehedici güllərin çiçəkləməsi insanı bihuşt edirdi. Amma Aylin bütün bu dəyişiklikləri görə bilmirdi, yalnız hiss edib, duya bilirdi. Aldığı hər nəfəs, eşitdiyi hər səs onun üçün yaşam mənbəyi idi. O sanki xəyallar aləminə dalmışdı. O xəyallar aləmi ki, bir vaxtlar onda kainatın ənginliklərində var olmayan varlıqların və məkanların, heç bir insanoğlunun görmədiyi, duymadığı bir çox şey toplanmışdı. İndiki xəyallar aləmi isə boş bir vərəqdən ibarət idi. Əgər ona da xəyallar aləmi demək mümkün idisə...

Aylini düşmüş olduğu trans vəziyyətindən tanış səs oyatdı. Bu anasının səsi idi.
-Aylin qızım, Kərim gəlib.
-Ana, de qalxsın yuxarı.
Bir neçə dəqiqədən sonra Kərim qapıda göründü.
-Aylin, gələ bilərəm?
-Hə, əlbəttə gəl.
Qapını arxasından örtərək içəri daxil oldu. Yaxına gəlib, Aylinin oturduğu geniş divanda əyləşdi.
-Bu gün hava çox gözəldir. İnsan heç evdə oturmaq istəmir.
-Hə, həqiqətəndə gözəldir. Yaz ən sevdiyim fəsildir. Təbiətin oyanmasından gözəl bir şey ola bilər. Sən necəsən, nə işlə məşğulsan?
-Həmişəki kimi işlərimə davam edirəm. Aylardır üzərində çalışdığımız layihə çox uğurla sona yetdi. Amma indi ondan da böyük iş hələ qabaqdadır. Gələn ay məni Kaliforniya'ya dəvət ediblər. Orda bundan da çətin və yorucu layihə üzərində işləməliyəm. Aylin əslində mən bura özüm haqqında danışmağa yox, başqa bir məsələ üçün gəlmişəm.
-Nə məsələ?
-Aylin söhbəti uzadmayacağam, istəyirəm mənimlə Kaliforniya'ya gələsən-bunu deyərkən Aylinin incə və zərif əllərini ovcunun içinə aldı. Aylin istəmsizcə əlini çəkdi.
-Sən nə danışırsan Kərim, zarafat eliyirsən?
-Aylin, mən çox ciddiyəm.
-Bunun üçün gəlmişdin bura-onun sözünü kəsərək.
-Aylin xahiş eliyirəm, əsəbiləşmədən mənə qulaq as.
-Sən hansı haqla mənə belə bir şey deyə bilirsən? Mən sənin nəyinəm hə?
-Aylin sadəcə səni burdan uzaqlaşdırmaq istəyirəm. Səni bura bağlayan artıq heç qalmayıb. Burda qala-qala gündən-günə zəifləyir və solursan. Səni bu vəziyyətdə görmək istəmirəm. Tanıdığım O şən, nikbin, gülərüz qızı görmək istəyirəm. Aylin "mən səni sevirəm", və bundan sonrakı həyatını mənimlə keçirməni istəyirəm.
-Mən ömrümdə sənin kimi zəif insan görməmişəm. Nə oldu, bu sözləri əvvəl niyə demirdin? Səlim yoxdur deyə, meydanı boş görmüsən? Əvvəl niyə yox idin? Səlim yoxa çıxan kimi peyda oldun!!
-Aylin qulaq as, mən sadəcə...
-İndi də guya sevdiyindən mənimlə birlikdə olmaq istəyirsən, sənə bir söz deyim, mənə acıyırsan ona görə, özün dedin, səni bu vəziyyətdə görmək istəmirəm.
-Aylin sənin bilmədiyin çox şeylər var.
-Heç birini də bilmək istəmirəm, başa düşdün heç birini-axırıncı sözü qışqıraraq demişdi.
-Səlim səni heç vaxt sevməyib, sırf mənimlə rəqabət apara bilmədiyi üçün səninlə birlikdə olub. Amma mən səni sevirdim. İndi də sevirəm.
-Ona görə, Səlim yoxa çıxanda sevgini etiraf etməyə qərara aldın?
-Aylin bütün bunların nə önəmi var?
-Kərim, çıx get evimdən, heç birinizi görmək istəmirəm, nə səni, nə də Səlimi. İkiniz də mənim üçün ölmüsünüz. Səlim məni skamyada tərk etdiyi gün öldü, səndə bu sözləri dediyin vaxt. Kimsənin köməyinə ehtiyacım yoxdur, əgər biraz özünə hörmət edirsənsə, get, yoxsa polis çağıracağam.
-Aylin niyə belə eliyirsən axı?
-Sənə dedim get.
-Yaxşı indilik gedirəm, amma...
-Get deyirəm, get, çıx get.
Ağır addımlarla qapıya doğru yönəldi, son bir dəfə sevdiyinin üzünə baxıb, qapını astaca örtdü. Bu onların son görüşləri idi, çünki bir-birilərini bir də heç vaxt görməyəcəkdilər.

Həyatın işinə bax, bir günün içində nə qədər həqiqətlə üzləşirsən. Həyatının yalandan ibarət olduğunun fərqinə varırsan. Neçə illərdir yanında olduğun, səni sevdiyinə inandığın insanın sevgisinin yalan olduğunu öyrənmək necə hissdir? Dostun dediyin, hər dərdini bölüşdüyün insanın sevgi etirafı bəs necə? İkisi də bir-birindən faciəlidir. Acımasız və dəhşətli...

Aylin notbuk'unu əlinə alıb, video'nu oynatdı. Kitab oxumağı çox sevdiyindən, indiki vəziyyətdə səsli kitab onun köməyinə yetirdi. Yumuşaq və həlim səs bütün otağa yayılmışdı. "Stefan Sveyqdən-Naməlum qadının məktubu"

Novella çox fərqli süjet xəttinə malikdir. Hansısa R. adlı məşhur bir yazıçı (novellada obrazların adı çəkilmir) naməlum qadından qalın bir məktub alır. Novella bitənə qədər həmin yazıçı bu məktubu oxumaqla məşğul olur. Yazıçı məktubu oxuyarkən məlum olur ki, adı, üzü məlum olmayan naməlum bir qadın özünün bütün həyatı boyu yalnız onu sevib və məktubda da onların həyat yollarının kəsişdiyi bütün anlar təsvir edilib. Məktubda danışılır ki, qadın ilk dəfə onu 13 yaşında o, qonşu evə köçərkən görüb. İki il onunla eyni binada yaşayıblar, sonra qız ailəsi ilə başqa şəhərə köçməli olub və orda aşiq olduğu qonşu olan həmin yazıçısız keçirdiyi illər cəhənnəm əzabına dönüşüb. İllər sonra qadın yenidən Vyanaya qayıdır, ora gəldiyi üçün xoşbəxtdir, çünki sevgilisini yenidən görməyə ümidlidir. Bir il sonra onların arasında qısa bir "üç günlük roman" yaşanır, yazıçı qonşu qızı tanımır, qız isə ondan hamilə qalır. Qadın hamiləlik barədə sevgilsinə xəbər etmir, uşaq doğulur və onu təkbaşına böyüdür. 11 il sonra qadınla yazıçı arasında yenidən bir "roman" yaşanır, yazıçı yenə də qadını tanımır. Bir il sonra qadının uşağı ölür və özü də ağır hərarətli xəstəlikdən əzab çəkərək məktubu yazmağa qərar verir, bunu ruhunun sakitləşəcəyinə ümid edərək yazdığını bildirir. Qadının vəsiyyətinə görə məktub yazıçıya çatdırılır. Yazıçı məktubu oxuduğu zaman qadın artıq həyatda yox idi.

108 dəqiqədən sonra video bitmişdi. Aylin isə video bitmədən kiçik kresloda yuxulamışdı. Dünyanın bütün dərdlərini, acılarını unudaraq rahat kreslosunda gözlərini yummuşdu.

RuhWhere stories live. Discover now