Sükut...

127 8 2
                                    

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda,
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

   ♥♥♥♥ ♥♥♥♥ ♥♥

Həkim Zeynalov, 7-ci palataya.

Bütün xəstəxanada sakitlik və sükut hökm sürürdü. Operatordan savayı heç kim bir kəlmə belə danışmırdı.

-Ah, mənim yazıq balam, bu nədi gəldi bizim başımıza-orta yaşlı, yaxşı geyimli, fransız xanımlarına xas yerişə və oturuşa malik, özünü cəmiyyətdəkilərdən qat-qat üstün tutan qadın dedi.
-Həkim nə deyib? Vəziyyəti necədir?
-Hələki heçnə-Aylinin atası cavabında dedi.
-Harada baş verib? Necə olub?
-Bilmirəm, təkcə bildiyim Səlimin yanında olmasıdır. O da bir balaca zədələnib. Qoluna tikiş atırlar. Həkimlərin dediyinə görə Aylinin vəziyyəti onunkindən pisdi. Sürəyya özünə gələ bilmirdi, axır həkimlərə dedim ki, aparsınlar onu burdan, yoxsa daha da pisləşəcəkdi.

-Taleh əmi, Aylin necədir?-Kərim təlaşla soruşdu. Yanında dostu Mələk də var idi.
-Hələki gözlüyürük Kərim, biz də heç nə bilmirik-biraz əsəbi və həm də qəmli şəkildə cavab verdi.
-Kərim, siz birlikdə deyildiniz, bəs necə oldu indi ayrı-ayrı gəlirsiniz?
-Bəli, hamımız birlikdə Səlimin atasının restoranına getdik və sonra...
-Sonra?
-Şey sonra, Aylin birdən-birə fikrini dəyişib evə getmək istədiyini dedi, ona görə də onlar birlikdə getdilər-Mələk söhbətə müdaxilə etdi.
-Neynirsən sən?-qısıq səslə Kərim-niyə onlara yalan danışırsan?
-Həqiqəti söyləməyin nə mənası var ki, hə? Sən elə danışırsan ki, elə bil bütün bunların günahkarı Cəlaldır.
-Mən demirəm odur, amma Səlim əsəbi halda çıxmışdı restorandan və səbəbinində nə olduğunu hamımız bilirik.
-Nə olsun ki, maşını ki Aylin sürürdü, özün tapşırmamışdın ona?
-Mən Səlimlə mütləq danışmalıyam, bu işi belə qoya bilmərəm.

-Baxıram, Aylin sənin üçün dəyərli olub, nə çətinliyi olsa başda sən gəlirsən.
-Mələk, sən nə danışdığını bilirsən, orda yatan ikimizində dostudur, sən necə bu qədər eqoist ola bilirsən. Onun pis günündə əlbəttə yanında olmalıyıq.
-Mənim dostum deyil o, öz adından danış.
-Dostun deyilsə burda nə işin var?
-Mən sənə görə gəlmişəm.
-Mənə görə niyə?

-Sən yəni ətrafında baş verənləri dərk edəcək qədər aciz olmusan, yoxsa elə əvvəldən belə idin? Guya başa düşmürəm bura niyə gəlmisən? Sözdə Aylinin valideynlərinin gözündə özünü yaxşı göstərmək üçün, guya ki, həmişə Aylinin yanında olmusan. Başa düşdə ay axmaq, bu qız sənə baxmır, sırf ağıllı və savadlısan deyə səni sevəcəyini fikirləşirsənsə, yanılırsan.
-Kəs səsini, sən nə haqqla mənimlə bu tərzdə danışırsan?

-Görmürsən, korsan? İllərdir gözünün önündəki fürsətləri bir-bir qaçırırsan. Özünü ona sevdirmək üçün hər hoqqadan çıxmısan, tutmusan ancaq onun yaxasından. O özündən razı, eqoist, başına buyruq qızdır. Özünü hamıdan üstün tutur, Fransaya gedib 1, 2 dəfə çəkdikləri sərgilənib deyə caamata oxuduğu leksiya qalmıyıb. Allah bilir, özü vurub, maşını.
-Mələk, bəsdir, çıx get, burdan, qəlbini qırmamış çıx get.
-Sən illərdir ki, mənim qəlbimi qırırsan. Və hər keçən gün də qırmağa davam edirsən.-son cümləni qısıq səslə dediyi üçün Kərim eşitməmişdi.
-Çıx get, səni görmək istəmirəm.

Həqiqət... O bəzən bizim yaralarımıza məlhəm olur, çox vaxt isə unutduğumuz, illərdir yada salmağa çəkindiyimiz, qorxduğumuz sirrlərimizi gün üzünə çıxarır. Hər insanın qəlbində gizli tutduğu, heç kimin bilməsini istəmədiyi, yalnız tək qalanda onunla üzləşdiyi sirri var. Heç fikirləşmisən illərdir gizli saxladığın sirrini bir gün birisi aşkara çıxarsa, və öz mənfəəti üçün bundan istifadə etsə, onda sən hansı addımı atardın? Ümumiyyətlə yaşaya bilərdin, heç nə olmamış kimi həyatına davam edə bilərdin?

-Biraz uzanın, dincəlməlisiniz, yoxsa vəziyyətiniz daha da ağırlaşacaq-tibb bacısı söylədi.
-Səlim, həkimin sözünə qulaq as, necəsən, daha yaxşı oldun?
-Ürəyim ağrıyır, Taleh əmi, mən burda Aylin isə...

-Səlim, hara gedirsən?-Kərim qaça-qaça yanına gəldi.
-Bufetə düşürəm, kofe içib özümə gəlim.
-Hə gedək, səninlə danışmalıyam.
-Nə haqqında?
-Gedək, bilərsən.
Kofelərini alıb yerlərini tutduqdan sonra:
-Hə danış görüm.
-Nə danışım?
-Olub bitənləri.
-Kərim polisə danışanda sən də yanımda idin, başa düşmürən daha nə bilmək istəyirsən?
-Polisə danışdıqlarınla qram maraqlanmıram, mən həqiqəti bilmək istəyirəm.
-Nə olubsa, danışmışam, artıq nəsə gözləmə məndən, özümdən yalandan hekayə uydura bilmərəm.
-Səlim, mənə özünü tanıtdırma, sənin bütün zibillərini bilirəm, elə eləmə ki, başqaları da bilsin.
-Hamının köməyinə qaçan, safürəkli, qızılqəlbli Kərim məni təhdit edir, bu günləridə gördük, Allah başqa dərd göstərməsin bizə.
-Mənimlə oyun oynama, axırıncı dəfə deyirəm sənə, hər şeyi danış, yoxsa..
-Yoxsa nə? Neyniyərsən hə? Səninləyəm, eyy, cəngavər.

Cəngavər, bu söz onun qəlbinə necə də dərin və sağalmaz izlər salmışdı.

6 il bundan əvvəl.
-Ay kişi bu qədər də məsuliyyətsizlik olmaz axı, sənə neçə dəfə demişəm ki, işini düzgün gör, mənim guya ki işim azdır, da birdə bu xırdaçılıqla məşğul olmalıyam?Belədi ki, mən sənə havayı yerə maaş verirəm?
-Bağışlıyın siz Allah, söz verirəm birdə bu təkrarlanmayacaq.
-Görəkdə, həmişə belə deyirsən, amma hər dəfə də eyni şey olur, nəysə.

-Salam baba, necəsən?
-Yaxşıyam oğlum sən necəsən Kərim?
-Şükr məndə yaxşıyam.
-Səlim hardadı? Bir gəlmirdiniz siz?
-Nə bilim işi var idi, harasa getdi.
-Buradayam Kərim, heç yana getməmişəm.
-Salam, Hafiz baba necəsiniz?
-Yaxşıyam oğlum çoxsağolun.
-İcazə versəydiniz Kərimdən dərs barədə söz soruşardım.
-Hə əlbəttə siz söhbətinizi eliyin, məndə gedim ağacları suluyum.

-Özünu yaxşı göstərə bildin, yoxsa başqa performanslarında var idi, həə onu da yəqin saxlamısan o birsi həftəyə.
-Nə çərənliyirsən?Açıq-açıq de nə demək istədiyini.
-Sənin deyəsən görmə problemin var?
-Yox necə beyəm?
-Kərim səninlə açıq danışacam, kişi kimi əgər bir qram varsa səndə ondan, sözlərimə qulaq asarsan, yoxdusa onda olacaqların günahkarı mən deyiləm.
-O baxır qarşımdakının kişiliyinə.
-Birinci və axırıncı dəfə deyirəm, Aylindən uzaq dur, eşitdin.
-Sən onu sevmirsən, hissləri ilə oynuyursan, buna imkan verə bilmərəm.
-Sevirəm, sevmirəm, o mənim problemimdir, bunun sənə heç bir dəxli yoxdur.
-Necə yəni sənə dəxli var? Yalandan qızı aldadacaqsan, məndə qıraqdan baxıb göz yumacam.
-Kimsən ee sən? Özünü nə sayırsan? Cəngavərsən yoxsa qəhrəman?
-Ən azından sənin kimi şərəfsiz deyiləm.

-Dadada damm, son nöqtəni qoydun, bağbanın nəvəsi-son sözü iyrənərək demişdi.
-Yolumdan çəkil, sən məni hələ yaxşı tanımırsan.
-Yo tanıyıram, bağban Hafizin nəvəsisən, valideynlərin kiçik yaşlarında vəfat etdiklərinə görə, baban bütün əziyyətini çəkib, səni boya-başa çatdırıb. Ona görə də o, sənin hər şeyindi, canından bir parçandı.
-Nə demək istəyirsən?
-Deyirəm ki, əziz dostum, bax özün ağıllı, savadlı oğlansan, sən məndən daha yaxşı başa düşərsəndə bütün bunları. Dediyim odur ki, quyruğuma basma ki sancmıyım.
-Mənim ilanlarla işim yoxdu, hələ o qədər səviyyəmi aşmamışam.
-Yox, sən elə dediyini deyəcəksən, yaxşı belə bir təklif irəli sürüm. Əgər bu 4 ili heç bir problem olmadan universitetə getmək istəyirsənsə, dediklərimi bir də gözdən keçirərsən, babanda yazıq gecə-gündüz işləyir, özünə acımırsan ona acı heç olmasa. Sabah o biri gün küçələrə düşsəz, keçmiş məhkum və sərxoş birinə kim iş verər hə, heç fikirləşmisən?
-Sən necə şərəfsizsən əə, utanmırsan, qoca kişi ilə nə işin var?
-Özün bil, onsuzda qocalıb, normal iş də görə bilmir, atam bir sözümə bələddir, artıq əksik danışsan və ya hərəkət etsən, yəqin bilirsəndə olacaqları, hə cəngavər??

İndiki zaman
-Sən birdə mənə o sözü desən özünü ölmüş bil-Kərim gözləri qızarmış halda cavab verdi.

Cəld addımlarla ayağa qalxdı, tez bir zamanda oradan uzaqlaşmaq istəyirdi. Keçmişi ilə bağlı danışmağı sevmirdi, bu barədə söhbət açılsa, həmişə ordan uzaqlaşardı.

İnsan keçmişindən qaça bilərmi? Hər şeyi bir kənara atıb yeni həyata qədəm qoya bilər mi?,insan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?

RuhWhere stories live. Discover now