Qəlblərdə yaşayan bənzərsiz və unudulmaz aktyor FUAD POLADOV məkanınız Cənnət olsun...
7 aprel 2019-cu il-Hər şeyin bitdiyi, zamanın durduğu, son nəfəsin verildiyi, ruhun bədəndən ayrıldığı vaxt. "SON MƏNZİL"- buradan o tərəfi yoxdur. Dünyada etdiyin əməllərə-yaxşılıqlara və pisliklərə cavab verməyin vaxtıdır. Sorğu-sual vaxtıdır...
Ərtaf insanlarla əhatələnmişdi. Kimi ağlayır, kimi fəryad edib, saçını başını yolur, kimidə hələ baş verənlərin təsirindən çıxmayaraq, olduğu yerdə donub qalmışdı. Sanki həyat durmuşdu. Heç kim nəfəs almırdı, qan uzun və keşməkeşli yollardan keçib bədəndə dövr etmirdi. Yalnız ağlaşmalar hökm sürürdü. İnsan toplusundan birtəhər sıyrılıb çıxmağı bacaran molla nəhayət yaxına gəldi. Əbasının cibindən kiçik Quran'ını çıxarıb "Yasin" sürəsini oxumağa başladı.
Dua bitmişdi. Artıq ediləcək heç bir şey yox idi. Yaxınları bu zamana kimi mərhum'un yanında olmuşdular. Bu gün də onu tək qoymamışdılar. Bəs bundan sonra nə olacaqdır? Onsuz yaşaya biləcəkdilər? İnsanlar hər zaman yaxınları öləndə bu ifadəni işlədirlər. "Niyə məni tək qoydun"? Bu cümlə insanın özünü nə qədər önəmsədiyini, o olmazsa yaşaya bilməyəcəyini göstərir. Yəni insan bu anda da özünü fikirləşir. "Mən sənsiz yaşaya bilmərəm"-sözləri bizim özümüzü nə qədər çox sevdiyimizin bariz nümunəsidir.
Bəs həqiqətən sevən insan nə deyir? "Sənin üçün edəcəyim şeylər çox idi, amma vaxtında bunların çox az qismini həyata keçirmişəm. Bağışla ki, sənə layiq olduğun dəyəri verə bilmədim"
-Allah rəhmət eləsin, başınız sağolsun-ortayaşlı hündürboy dolu bədənli kişi, digər insanlar kimi önə çıxıb mərhum'un ailəsinə dərin hüzn və başsağlığını bildirdi.
-Çoxsağolun-büsbütün qaralara bürünmüş yaşlı qoca sinəsinin üstündəki şəkli qoparıb, bağrına basdı. Övladın çəkdirdiyi son şəklə doyunca baxdı. Sanki bütün üz cizgilərini əzbərləmək istəyirdi. Şabalıd rəngli qıvrım saçlarına, uzun zümrüd rəngli gözlərinə, kiçik və nazik dodaqlarına saatlarla tamaşa edə bilərdi. Həyat ondan gözünün ağı-qarası, ürəyinin parası, övladı yerində gördüyü nəvəsini almışdı. Onun Kərim'i artıq yox idi...Ölümündən 24 saat əvvəl
-Baba, mənim boz rəngli kostyum'umu görməmisən?
-Yox, o dəfədən geyindiyindir. Heç yerinə də qoymamışdın.
-Ayda, dəli olacağam, hardadı ee, bu andıra qalmış. Baba, deyirəm bəlkə axtarmaqda kömək eliyəsən. Təyyarəyə gecikirəm axı.
-İndi elə vəziyyətdəyəm ki, yerini bilsəm də demərəm.
-Baba, qurtar da artıq, səninlə bu məsələni artıq neçənci dəfədir danışırıq, heç xatırlamıram da. Sən bu cür münasibət göstərib, məni də çıxılmaz vəziyyətdə qoyursan. Onsuzda əlim-ayağım dolaşıb bir-birinə, birdə sən məni sıxma nə olar, biraz mənə kömək elə.
-Yaxşı ay oğul, susdum.
-Aha, deməli belə, indi de görüm bu zəhrimara qalmış kostyum hardadır?
-Sən də elə danışırsan ki, elə bil o gün onu əynimdən soyunan mən olmuşam. Otağında əynini dəyişmisənsə, çox güman ki, ordadır.
-Baba zarafat eliyirsən, bəs bayaqdan evin içində dövrə vuran kim idi, otağımda olsa, görərdim də. Yoxsa sən?
Cəld addımlarla babasının otağına yönəldi. Qarderobu açıb, kostyumu babasının paltarlarının arasında görəndə, gülməkdən özünü saxlaya bilmədi. İçəridən gülüş səsləri eşidən Hafiz kişi maraqla otağa boylandı. Nəvəsinin hələdə gülməkdə olduğunu görüb özü də ona qoşuldu.
-Ay Allah, ay baba, Allah səni güldürsün. Neçə illərdir, heç bu qədər gülməmişdim. Uşaq kimisən eee, vAllah, heç belə şey mənim belə ağlıma gəlməzdi. Guya mən bu kostyumu tapmasaydım, Kaliforniya'ya getməkdən imtina edəcəkdim. Yenə passportum'u gizlətsəydin, deyərdim hə, getməyimi istəmir. Amma kostyumu gizlətmək məni əsəbiləşdirməkdən savayı heç bir nəticə verə bilməzdi.
-Neyniyim ay bala, mənim səndən başqa kimim var ki, sən də getsən heç bilmirəm necə olacaq?
-Ay baba, ay sənə qurban olum, elə danışırsan ki, görən deyər ömürlük gedirəm. Bir həftəlik gedirəm də. İşlərimi görüb, qayıdacağam.
-Nə bilmək olar, bəlkə oralar xoşuna gələr, deyərsən ki, daha qalım burda, neynirəm oranı. Bəlkə də, bir amerikan qızı ilə tanış olarsan orda, oda deyər, yox getmə, yoxsa özümü öldürərəm-uşaqlara xas üz ifadəsi ilə Hafiz kişi deyindi.
-Ha, ha, ha-Kərim ucadan qəhqəhə çəkdi-Öldürərəm ee özdə özümü, baba birincisi, Amerikan qızları bəzi " bizimkilər" kimi deyillər. Ağlın burdakılara getməsin. Onlar daha vacib məsələləri özlərinə dərd edirlər. İkincisidə ki, mən ürəyimi burda təslim etmişəm. Yəni, o dediyin heç vaxt baş tuta bilməz. Bax sənə söz verirəm, 1 həftəyə gedib qayıdacağam. Kərim sözüdür aa bu. Bilirsən ki, mən sözümdən dönən deyiləm.
-Ona heç şüphəm yoxdur-deyərək yaxına gələn nəvəsini bağrına basdı, sonuncu dəfə qoxusunu içinə çəkdi, sonuncu dəfə qıvrım saçlarını oxşadı. Bir yanı getməsinə icazə verir, bir yanı isə "yalvarıram getmə" deyirdi. Bu günün sonucu görüş olacağını kim bilə bilərdi ki??Aylin kiçik divanda əyləşib bu günün təsirindən çıxmaq istəyirdi. Amma bacarmırdı. Hər dəqiqə, hər saniyə Kərimlə olan son görüşlərini xatırlayırdı. O an heç cürə yaddaşından silinmirdi. Qan yaddaşı kimi beyninin bir tərəfinə yazılmışdı. Kərim həmişə onun üçün pis vaxtlarında başını çiyninə qoyan bir dost olmuşdu. Onu sevəcəyini heç vaxt ağlına belə gətirməmişdi.
Universitetin qurtarmasına çox az qalmış qızmar yay günlərinin birində universitet həyətindən qışqırıq səsləri eşidildi. Hər kəs maraqlanıb nə baş verdiyini öyrənmək üçün həyətə düşdülər. Skamyaların birində oturmuş qızın əl hərəkətlərindən hiss olunurdu ki, çox əsəbidir. Ayaq üstə dayanmış oğlan isə ona əhəmiyyət vermədən daha da bərkdən qışqırırdı. Kərim də həmin maraqlanıb həyətə düşənlərdən idi. Biraz yaxına gəldi və bayaqdan bütün universitetin marağına səbəb olan bu qız və oğlanın çox yaxşı tanıdığı Aylin və Səlim olduğunu gördü. Arxasını dönüb böyük izdihamla qarşılaşan Səlim-"Super, izləyicilərimiz də var imiş. Hədə, insanın aktiv və həyəcan dolu həyatı olmayanda o da başqalarının həyatları ilə özünü təsəlli edir. Belə davam eliyin, gənclər"-deyərək cəld addımlarla həyət qapısından çıxdı. Aylin isə əsəbi halda izdihamın içindən keçərək universitetə daxil oldu. Kərim də onu tək qoymayaraq arxasından getdi.
Pilləkənlərlə qalxan Kərim, Aylinin boş otaqlardan birində olduğunu görüb qapını açdı. Aylin həmin an telefonla danışırdı.
-Aylin, hər şey qaydasındadır?
Aylin əlindəki telefonu masanın üzərinə qoyaraq, hər şeyin yaxşı olduğunu söylədi.
-Amma gözlərin heç elə demir-deyə Kərim dilləndi.
-Bilmirəm, hər şey üstümə gəlir, artıq yorulmuşam.
-Həyətdə gördüklərimdən başqa nəsə olub?
-Yox, elə də böyük problem deyil. Sən narahat olma, həll edə bilməyəcəyim bir şey deyil.
-Aylin, əgər xətrinə dəyən, ya da sənə problem yaradan biri varsa, mənə deyə bilərsən. Mən həmişə sənin yanındayam. Sənə hər cür köməkliyi eləməyə hazıram.
-Çox sağol Kərim, xətrimə dəyən və mənə problem yaradan insanları ətrafımda saxlamıram. Yenədə kömək etmək istədiyin üçün çox sağol. Sən çox yaxşı dost'san.
DOST-Bəlkə də bu söz onun qəlbini paramparça etmişdi.Günəş işıqlarının böyük otağı aydınlatdığı bir səhərdə Aylin anasının səsindən ayıldı.
-Aylin qızım, Fərəh telefondadır, səninlə danışmaq istəyir.
-Nə Fərəh??- yatağın o başından bu başına dönən Aylin yarıxulu halda soruşdu.
-Qrup yoldaşın Fərəh.
Bir təhər yerindən qalxmağı bacaran Aylin telefonu əlinə aldı.
-Alo, eşidirəm.
-Aylin, gözəlim necəsən? neynirsən?
-Yaxşıyam sağol, səhərin gözü açılmamış zəng vurmağının səbəbi nə ola bilər deyə düşünürəm əslinə qalsa.
-Aylin, sabah mənim üçün çox böyük bir gündür, neçə illərdir gözlədiyim ilk böyük sərgim nəhayət baş tutacaq.
-Lap yaxşı, xeyirli olsun, xəbər vermək üçün zəng vurmuşdun elə.
-Əslində yox, istəyirəm bu xoşbəxtliyimi səndə mənimlə bərabər bölüşəsən.
-Nədir, yoxsa dostların səni tək qoyacaq deyə məni çağırmağı düşünmüsən.
-Yox, onlarda iştirak eləyəcəklər.
Sadəcə sənin də iştirak etməyini istəyirəm, sən məndən daha təcrübəlisən belə sərgilərin çox olub, həm məsləhət falan da verərsən mənə.
-Deməli, mənim səndən daha yaxşı çəkdiyimi boynuna alırsan.
-Boynuna almaq deməyək də ona, sadəcə sənin təcrübən daha çoxdur. Pis çəksəydim sərgilərim də olmazdı.
-Pis çəkirsən demədim, mənim səndən daha istedadlı olduğumu dedim.
-Onu hələ sabah görəcəyik-qısıq səslə dedi.
-Necə?
-Aa, heç nə, öz-özümə danışıram, yəqin həyacandandır, hə nə deyirsən gəlirsən?
-Okey gələrəm.
-Ahhh, çoxsağol Aylin məni nə qədər xoşbəxt etdiyini bilə-bilməzsən.
-Aha, mənim işim var, getməliyəm, sağol.
Qarşı tərəf sağol demədən dəstəyi yerə qoydu-Axmaq, kim bilir, indi nə planlıyıb.
YOU ARE READING
Ruh
Mystery / Thriller"Həyat hər zaman insanları çətinliklərə sınayır. Əslində bütün bu çətinliklər bir imtahandır. Kimisə bu imtahandan uğurla keçir, kimisidə bütün arzularından, xəyallarınından əl çəkib sonsuzluğa qərq olur. Başımıza gələn hadisələr bizim bu imtahandan...