Doğru insanla qarşılaşmaq istəyirsənsə, "düzgün yola" doğru addımlamalısan...
Dünyanın pisliklərindən və insanların ədalətsizliyindən cana doymuş səma, gözyaşlarını sel kimi ətrafa yayırdı. Elə bil göylərdə, dünyadakı haqsızlıqlara qarşı öz mübarizə gücünü ortaya qoymuşdu. Heç kəs dinib danışmır, yalnız səma ağlayırdı. O qədər hönkürtü ilə ağlayırdı ki, sanki var olduğu müddətdə, gördüyü, yaşadığı xatirələrini yad etməyi bu günə saxlamışdı. Bəlkə də sevgilisi tərəfindən skamyada tərk edilən gözləri görməyən, qızın halına acıyırdı. Onun yerinə ağlayırdı...
Skamyada nə qədər oturduğumu dəqiq deyə bilmərəm. Anası tərəfindən tərk edilmiş, körpəyə bənzəyirdim. Nə danışa, nə də görə bilirdim. Oturduğum yerdə donub-qalmışdım. Hərəkət edə bilmirdim. O an, deja vu yaşadığımı düşündüm. Çünki belə bir hadisəni uşaq vaxtı da yaşamışdım.
5 yaşım olardı, atamla İtaliyaya istirahətə getmişdik. Saatlarla şəhərin gözəlliyini tamaşa edəndən sonra sahilə gəlib çatdıq. Yaxındakı skamayaların birində əyləşdik. Uzaqdan pop-korn satanı gördüm. O dəqiqə atama pop-korn istədiyimi dedim. Atam pop-kornu çox sevdiyimi bildiyindən, elə həmin dəqiqə istəyimi yerinə yetirmək üçün skamyadan qalxdı. Atamın aldığı peçenyelərdən yeyərkən, balaca ayağımı nəyinsə yaladığını hiss etdim. Başımı önə əydim və özüm kimi balaca, ağappaq, şirin pişiyin mavi gözlərindəki o sevimli baxış ilə qarşılaşdım. Peçenyəmdən qoparıb ona vermək istəyəndə, qorxub skamya tərəfdən uzaqlaşdı. O dəqiqə arxasınca getdim. Onu qorxutmamaq üçün ehtiyatla peçenyeni yeməsi üçün daşın kənarına qoydum. Yeməyimdən pişiyə verəndən sonra atamın pop-korn almaq üçün getdiyini xatırladım. Gəldiyim yolu unutduğumdan, hara gedəcəyimi bilmədim. Atam həmişə deyərdi ki, "əgər yolunu azmısansa və yaxud bilmədiyin bir yerdəsənsə çalış olduğun yerdən tərpənmə". Çünki ordan uzaqlaşsan, səni tapmaq daha da çətin ola bilər. Atamın dediyi sözləri yadıma salıb, olduğum yerdə dayandım. Ailəm məni cəsur və qorxusuz böyütmüşdü. Bir şey olan kimi, göz yaşı axıdan uşaqlardan olmamışdım. Buna görə də, demək olar ki, qorxmamışdım. Bir neçə dəqiqədən sonra atamın əlində pop-korn mənə tərəf qaçdığını gördüm. Əlini mənə uzadaraq, yalnız başına qaldığım yerdən məni aparmışdı. Amma indi bu skamyada tək başına idim, atam yanımda yox idi. Bu da azmış kimi, uşaq vaxtı cəsur qorxusuz qız artıq mövcud deyildi. Qəza olan gün həyata vida etmişdi. Bəs indi kim mənim əlimdən tutacaq, kim məni burdan aparacaq? Ata, haradasan, niyə məni burda tək qoymusan, o gün ki kimi niyə əlimdən tutub, məni qaranlığımdan çıxarmırsan?
Uzaqdan ayaq səsləri eşidib ayağa qalxdım. Səlimin ola biləcəyini düşünüb adını çağırdım.
-Səlim, Səlim, sənsən?
-Xanım yaxşısınız?
Gözlərim görmədiyi kimi qulaqlarımda səsləri eşitməz hala gəlmişdi. Ancaq Səlim deyə qışqırırdım.
-Xanım, sakitləşin.
-Səlim hardasan, hardadı o?
-Bağışlayın, Səlim kimdir?
-Sevgilim, sarışın, hündürboy, oğlandır. Buralarda elə biri var?
-Təəssüf ki yox.
-Mən onu burda gözlüyürdüm, pop-korn almaq üçün getmişdi. Buralarda olmalıdır. Gəlməlidir.
Yöndəmsiz şəkildə irəliyə doğru qaçmağa başladım. Çox qaçmamışdım ki, sərt bir şeyə dəydiyimi hiss etdim. Qalın ağac gövdəsi. "O" qolumdan nəzakətlə tutub, məni kənara çəkdi. Sakit səslə:
-Ehtiyatlı olun, az qalsın yıxılacaqdınız.
Ona əhəmiyyət vermədən yenidən qaçmağa başladım. Hara və nə üçün qaçdığımı bilmirdim, bacardığım qədər tez bir vaxtda buradan uzaqlaşmaq istəyirdim. Hara getdiyimi bilmədən demək olar ki, metroya kimi qaçmışdım. Qapının hansı tərəfdə olduğunu xatırlayıb metroya daxil oldum. Bir kəlmə belə demədən "o" da arxamca gəlirdi. Ayaq səslərini eşidirdim. Kartı vurub keçdikdən sonra, platformada dayandım. Hələ də tam olaraq şüurum yerində deyildi. Bayaq eşitdiyim səs yenə danışdı.
-Xanım, siz harada yaşayırsınız? Harada yaşadığınızı desəniz, sizə kömək edə bilərəm, ya da heç olmasa, yaxınlarınızdan birinin nömrəsini verin, harada olduğunuzu deyək, yoxsa narahat olarlar.
-Ehtiyac yoxdur-dedim-Öz başımın çarəsinə özüm qalaram. Sizin köməyinizə ehtiyacım yoxdur. Kiməsə də zəng etmək lazım deyil.
YOU ARE READING
Ruh
Mystery / Thriller"Həyat hər zaman insanları çətinliklərə sınayır. Əslində bütün bu çətinliklər bir imtahandır. Kimisə bu imtahandan uğurla keçir, kimisidə bütün arzularından, xəyallarınından əl çəkib sonsuzluğa qərq olur. Başımıza gələn hadisələr bizim bu imtahandan...