Bir rəssam doğulur...

159 7 3
                                    

Rəsm kəlməsiz bir şeir'dir...

Mən Hümbətova Aylin, 1995-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam Hümbətov Taleh işadamı, anam Hümbətova Sürəyya hüquqşünasdır. Uşaq yaşlarımdan incəsənətə böyük həvəsim olduğundan, elə məktəbi bitirəndən sonra "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət üniversitetinin" rəssamlıq fakültəsinə qəbul olmuşam. Bakalavr təhsilimi aldıqdan sonra, incəsənətin beşiyi sayılan Fransanın (Ecole nationale superieure des beaux arts) üniversitetində təhsilimi davam etdirmişəm. Fransada oxuduğum müddətdə müəllimlərin sevimlisinə çevrilmişdim. Qrupumuzda hamı məni qısqanırdı. Çünki aralarında ən gözəl rəsmləri mən çəkirdim.

Portret çəkmək  xoşuma gəlirdi.
Gözlərim çox iti idi, modelə baxan kimi yadda saxlayıb onu kağıza köçürürdüm. Bütün bu bacarıqlarıma və istedadıma görə hələ üniversitetdə oxuduğum illərdə Fransada mənə iş təklif etdilər. 2il müddətində Fransada daxil olmaqla dünyanın bir çox ölkələrində əsərlərim nümayiş olunub, ən prestijli qalereyalarda rəsmlərim sərgilənib.

Bu gün isə Azərbaycanda ilk dəfə olaraq böyük miqyasda öz dünyamın qapılarını pərəstişkarlarım və izləyicilərimin üzünə açmaq üçün gəlmişəm. Düzünü desəm mənə söz veriləndə çox həyacanlanmışdım, düzdür belə tədbirlərim çox olmuşdu(bəlkə də bundan da daha möhtəşəmləri belə olmuşdu). Amma öz ölkəmdə, öz ana vətənimdə minlərlə insanın, medya nümayəndələrinin və valideynlərimin qarşısında çıxış etməyin ayrı bir həyacanı və bununla da bərabər qürur hissi də var idi. Bacardığım qədər səmimi danışmağa çalışırdım ki, insanlarda mənfi aura oyatmıyım. Nə də olsa bu mənim Bakıda təşkil olunan ilk sərgim idi. Hamının əsərlərimi bəyənmələrini və məni tanımalarını istəyirdim.

-Nəhayət sizi boş tapa bildim- 45 yaşlarında hündürboy, son dərəcə dəblə geyinmiş, arıq qadın yaxına gəldi. Yanında 90'cı illərin havasını andıran tərzdə geyinmiş, təxminən 70 yaşlarında, ortaboy, qıvrımsaçlı, üzünə diqqətlə baxanda həyatın şən və nikbin tərəfini daha çox gördüyü sezilən bir kişi də var idi.
-Aylin xanım bu sizə həmişə sözünü etdiyim cənab Adil Məmmədovdur-deyə qadın dedi.
-Sizi gördüyümə çox şad oldum, Fransada olanda Məryam xanım burdakı fəaliyyətlərinizdən mənə çox danışıb. Həmişə sizi görmək istəmişəm.
-Məndə çox şad oldum, sizin kimi gənc istedadların olduğunu eşidəndə çox sevinirəm. Sizlər bizim gələcəyimizsiniz və iləridə sizlər bizi xarici ölkələrdə təmsil edəcəksiniz. Amma siz indidən edirsiniz artıq.-deyə qoca kişi xəfif gülümsündü.
Onun bu süni gülüşünə qarşılıq olaraq sadəcə gülümsədim.

Əslində bu qoca kişi haqqında ətrafda o qədər də yaxşı söhbətlər gəzmirdi. 70 yaşında olmasına baxmayaraq qızı yaşında bir xanımla ailə qurmuşdu. Təbiətən kinli, xudbin, tərs, eqoist bir insana bənzəyirdi. Söhbətimiz o qədər bayağı idi ki, kiminsə gəlib məni çağırması üçün az qalsın dua edəcəkdim ki, məni hər zaman vəziyyətdən çıxaran qəhrəmanım Səlim köməyimə gəlmişdi.

Səlimlə üniversiteti Bakıda birlikdə oxumuşduq.( amma fakültələrimiz ayrı idi). Çox gülərüz, canayaxın, səmimi insan idi. Birinci kursda oxuyanda bir-birimizdən çox xoşumuz gəlirdi. Amma etiraf etməyə nədənsə cəsarətimiz çatmırdı. Axır ki, ilk addımı atan o, oldu. O gündən etibarən bərabərik və heç vaxt ayrılmayacağımıza da söz vermişik.

-Adil bəy, rəssam xanımımızı birazda mən məşğul edə bilərəm?-Səlim soruşdu.
-Mən belə başa düşdüm ki, bu məşğul etmək nəsə başqa bir şeydir. Bu daha çox mənə iki aşiqin bir-birinə qovuşması üçün aralarındakı əngəl olan bu qoca kişini dəf etmək istəyinə bənzəyir,-iyrənc gülümsəmə ilə dişlərini ağartdı.
-Yox əsla belə başa düşməyin, sizinlə vaxt keçirmək hər bir gənc üçün böyük qürurdur. -Səlim dedi.
Mən isə əsəbimdən yerimdə dura bilmirdim. Bu qoca kaftara niyə ağzının payını vermirdi. Qürur aaa,  bu ancaq absurd bir vəziyyət ola bilər.

Nəhayət bizdən uzaqlaşanda və mən rahat nəfəs alanda: Bu insana heç qanım qaynamır, ağzına gələni danışdı, heç qulaq da asmırdım. Sən niyə dayanıb ona qulaq asırdın niyə ona nəsə demədin?
-Mələyim, sən niyə belə insanlara fikir verirsən? Bir iki danışacaq, sonra ağzını yumacaqda.
-İş orasındadı da, ağzını yummur, elə bil bu insana susmaq qabiliyyəti verilməyib.
-Nəysə, ona görə qanını qaraltma, bu gün sənin ən xoşbəxt günlərindən biridir. Mələyimin üzünün düşməsini istəmirəm.
-Yaxşı, sənə görə bütün gecəni güləcəyəm.
-Mənimdə istədiyim elə məhz budur.

Artıq yavaş-yavaş insanlar evlərinə getməyə başlamışdılar. Sərgi gözlədiyimdən də möhtəşəm keçmişdi. Gecənin sonlarına doğru, ailəmin böyük surprizi ilə qarşılaşmışdım. Mənə Toyoto Yaris markalı avtomobil hədiyyə etmişdilər. Düzdür avtomobil idarə etməyi o qədər də sevməsəmdə, bu hədiyyə mənim üçün inanılmaz bir surpriz olmuşdu.
-Qızım Aylin, biz atanla gedirik, bizimlə gəlirsən yoxsa Səlimlə bir yerdə gələcəksiniz?
-Yox, ana siz gedin biz uşaqlarla yeni  avtomobilimlə gəzməyə çıxacayıq.
-Yaxşı, sizə əyləncələr.
-Çoxsağol ana-deyərək üzündən öptüm.
-Hə, kim gecənin qəhrəmanı olmaq istəyir??-Səlim soruşdu.

Təxminən yarım saatdan sonra Səlimin atasının restoranına çatmışdıq. Bütün gecəni deyib-gülüb, köhnə xatirələri yada salmışdıq.
-"Uşaqlar yadvıza gəlir, Səlimin borzu vaxtları nəyi var içirdiyaaa hə Səlim, indi nöşün içmirsən"? Yoxsa komandir tapşırıb, içib eləməginən, aa başuva oyun açaram"-həmişə nə danışdığına fikir verməyən, danışığına və ləhcəsinə görə bizdən  fərqlənən, özü bir ipə-sapa yatmayan, başqalarının işinə isə həmişə burnunu soxan, Səlimin dostu Cəlal dilləndi.
-Səni nə narahat edir?-Onsuzda ondan heç xoşum gəlmirdi, vəziyyətdən istifadə edib, onu sancmağa bəhanə axtarırdım.
-"Məni heçnə, prosta deyirəm ki, hamımız içirik, Səlim nöş içmir?? O maraqlıdı mənə".
-Cəlal, köhnə dəftərləri açdırmada mənə, Həlimə bilsə heç də yaxşı şeylər olmaz.
-"Nə kö'nə dəftər"?
-Mən sözümü dedim.
-"Məndə sənə dedim nə kö'nə dəftər? Əəə kişiliydəndi söz atıb, arvad kimi sevgilüvün qucağında gizlənmey"??
-Sən istədin.

Hər şey o qədər tez baş vermişdi ki, başımı yana çevirəndə Cəlalı yerdə uzanmış vəziyyətdə gördüm. Fiziki cəhətdən Cəlalın Səlimdən qat-qat güclü olmasına baxmayaraq, yerdə uzanan Səlim yox, Cəlal idi. Səlim çox əsəbiləşmişdi, ömrümdə ilk dəfə idi ki onu bu vəziyyətdə görürdüm.
-Səlim, siz getsəz artıq yaxşı olar, Cəlal ayılanda səni burda görməsin.
-Yaxşı.
-Vəziyyəti necədir?
-Narahat olma Aylin, birazdan özünə gələr, sadəcə Səlimi hələlik görməməsi daha yaxşıdır.-insanlara hər zaman yardım etməkdən böyük məmnuniyyət duyan Kərim dedi.

Yol boyu Səlim bir kəlmə belə danışmadı. Elədiklərdindən çox peşman olduğu üzündən görünürdü. Ona sual verib, daha da əsəbləşməsini istəmirdim, ona görə də yalnızca susmuşdum.

-Çək qırağa!!
-Nə?
-Aylin, sənə deyirəm maşını çək qırağa.
-Səlim nə olub?? Yaxşısan?
Aylin, dediyimi elə,-bacardığı qədər ucadan qışqırdı.
-Qışqırma üstümə qabağında uşaq yoxdur. Elədiyini elə, sonra da qışqır.
-Sənə söz dedim, havaya danışıram mən?? çək qırağa!!
-Burax sükanı, sərxoşsan sən??
Var gücü ilə sükanı əlimdən almaq istəyirdi. Amma buna imkan vermək istəmirdim. Bir saniyəliyinə ona tərəf baxanda, artıq bütün həyatım dəyişmişdi.

Gözlərimi açmaq istəmişdim, amma hər yer zil qaranlıq idi.

RuhOnde histórias criam vida. Descubra agora