Qorxu qaranlıq tərəfə gedən yoldur. Qorxu hirsə; hirs kinə; kin isə ağrıya gətirib çıxarır...
6il bundan əvvəl
Çəkil ordan, çəkil görüm-cəld addımlarla yeriyən Fərəh aylardır gözlədiyi möhtəşəm yarışmaya kimin aparılacağını görmək üçün səbirsizliklə cədvəlin olduğu tərəfə gəldi. Axtardığı elanı tapdığından əmin olub, səbirsiz halda gözlərini yumdu və əli ilə yarışmaya gedəcək adın üstünü tutdu, bir iki saniyə bu vəziyyətdə duraraq böyük həyacan və ümid içində əlini adın üzərindən çəkdi. Gözlərinə inana bilmədi. O an bir dəqiqəliyinə həyat onun üçün dayandı. Nəfəs almağı ağırlaşmışdı, göz bəbəkləri isə qəzəbdən qıp-qırmızı olmuşdu. Çünki vərəqdə onun adı yox, Aylinin adı yazılmışdı. İlk nifrət qığılcımı o an alovlanmışdı.-Çox həyacanlıyam, görəsən kimin çəkdiyini bəyənəcək, İlqar bəy?
-Hah, əlbəttə ki mənimkini, mən olan yerdə heç kimin şansı yoxdur.
-Fərəh onsuzda Aylinlə ikiniz iştirak edirsiniz yarışmada. Yəni iki nəfərsiniz. Bütün univetsitetə qarşı "vuruşmursan".
-Aaa, amma Aylinə rəqib olmaq bütün universitetə qarşı oynamaq kimi bir şeydir-bəstəboy, arıq qız dedi.
-Sən nə danışırsan ay axmaq, ömründə əlinə fırça, qələm almamış adamlar mənimlə söz güləşdirirlər, gedin işinizlə məşğul olun. Birdəki canım, sənə heç məsləhət görmürəm, kimin qalib gəldiyinə gəlib baxmağa.
-Niyə ki?
-Çünki bayaq dediklərinə görə çox pərt olacaqsan.
-Dəlidiyeee, mən nə dedim ki, axmaqdır nədir.
-Nəysə, mən getdim, sizə maraqsız həyatlarınızda uğurlar. Bye-bye.Zala toplanmış hərkəs səbirsizliklə qalibin adını gözləyirdi. Nəfəslər tutulmuşdu. Bütün gözlər maraqla İlqar bəyə dikilmişdi. Həmin bu nəfəslərini tutan insanlar İlqar bəyin ağzından çıxan sözə uyğun olaraq hərəkət edəcəklərdi. Qalib olana daha da yaxın olmaq. Çünki şöhrət hər zaman insana yeni şeylər gətirir. Bəzən isə ətrafındakıları sənə daha sıx tellər ilə bağlıyır. Şöhrətin varsa bizdə varıq. Zalda oturan 90% tələbə bu ideologiya ilə yaşayırdı. Qalan 10% isə bu "şöhrətpərəstciklər'in" gözündə ya dəli olanlar, ya da yarışmada iştirak edənlərin heç birini tanımayan, onlardan heç bir mənfəət güdməkdə marağı olmayan insanlar idilər.
Nəhayət gözlənilən an gəlib çatdı. Yarışmanın təşkilatçısı, məhşur və istedadlı rəssam İlqar bəy əlinə mikrofonu alıb danışdı.
-Əziz tələbələr, bu vaxta qədər səbirlə gözlədiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Sizi daha da intizarda saxlamaq istəmirəm, bilirəm ki, indi bu dəqiqə hamınız çox həyacanlısınız və qalibinin kim olduğunu eşitmək istəyirsiniz. Əziz Aylin və Fərəh, ikinizdə çox istedadlı, qabaqcıl gənclərsiniz. Hər ikinizi alqışlamaq istəyirəm. Sizə bol-bol uğurlar gələcək sənət yolunuzda müvəffəqiyyətlər arzu edirəm. Ölkəmizin sizin kimi bacarıqlı gənclərə çox böyük ehtiyacı var. Bu bir yarış olduğuna və 1 qazanan olacağına görə, yalnız 1nəfəri seçmək məcburiyyətində idim. Çox fikirləşdim, çox baş sındırdım. İnanın ki, qərar vermək hədsiz dərəcədə çətin idi. Əsərlər o qədər ustalıqla kətan üzərinə keçirilib ki, insan baxmaqdan doymur. İzlədikcə izləmək istəyirsən. Deyəsən çox danışdım. Qalibi elan etməyin vaxtıdır. Belə əzizlərim, Gənclərarsı Beynəxalq Rəsm Yarışması'nın qalibi Hümbətova Aylin. Alqışlarla Aylini səhnəyə dəvət edirik. Aylin özündən əmin halda səhnəyə doğru irəliləməyə başladı. Heç təəccüblənməmişdi. Elə bil bu anı çoxdandır gözləyirdi. Fərəh isə həmişəki kimi küdurət və paxıllıq hissi ilə olduğu yerdə mıx kimi dayanmışdı. Nə danışır, nə də hərəkət edirdi. İmkanı olsaydı, Aylinin saçlarını böyük məmnuniyyətlə əlinə keçirib bütün universitet boyu sürüyərdi.Fərəh Aylin'ə olan paxıllığını açıqdan-açığa göstərmirdi. Yalnız Aylin olmayan məkanda və zamanda onun haqqında danışırdı. Ürəyində gizlətmiş bütün qəzəbi başqa insanların üstünə tökürdü. Aylin diplomu alıb, çıxışını etdikdən sonra yerinə gəlib Fərəh'ə dedi: Aaa canım pis olma, sən də başqa vaxt qazanarsan, mən olmadığım vaxt. Amma biz bir yerdə oxuduğumuza görə qazanmaq ehtimalın təəssüf ki 0%-ə bərabərdir. Deməli neynirsən, mən iştirak etmədiyim yarışlara qatılırsan ki, qazanmaq ehtimalın olsun. Hələlik-deyərək oradan uzaqlaşdı. Və özünü sonuncu dəqiqədə komandasını qələbəyə aparan futbolçunun rəqib komandanın qapısına sol ayaq ilə atılmış top kimi hiss edərcəsinə oradan uzaqlaşdı.
Zaldakıların hamısı gözlərini Fərəhə dikmişdilər. Necə hərəkət edəcəyini necə reaksiya verəcəyini görmək istəyirdilər. Amma Fərəh qışqır-bağır salmadan, bir kəlmə belə demədən oradan uzaqlaşdı. Üçüncü zərbə isə Aylinin təhsilini davam etdirməsi üçün Fransa'ya getməsi olmuşdur. Hər ikisini arzusu Fransa'ya getmək idi, amma orada təhsil çox baha başa gəldiyindən Fərəh gedə bilməmişdi. Bütün bunlara görə bu iki qız bir-birini heç vaxt sevməmişdi, amma üzdə bir-birlərinə heç də elə münasibət göstərmirdilər. Bəklə də, hər şey insanların diqqətini özlərinə cəlb etmələri üçün idi. Nə bilmək olar.
YOU ARE READING
Ruh
Mystery / Thriller"Həyat hər zaman insanları çətinliklərə sınayır. Əslində bütün bu çətinliklər bir imtahandır. Kimisə bu imtahandan uğurla keçir, kimisidə bütün arzularından, xəyallarınından əl çəkib sonsuzluğa qərq olur. Başımıza gələn hadisələr bizim bu imtahandan...