Qaranlıq...

101 5 2
                                    

Qaranlığın hökmü günəş doğana kimidir. Nə vaxt ki, günəş öz  yuxusundan ayılıb, al şəfəqlərini dünyaya saçıb, insanoğluna "Sabahınız xeyr" deyəndə, qaranlıq öz məğlubiyyəti ilə rəqibinin qarşısında kölə vəziyyətinə düşür və ondan sonra nə qaranlıq qalır nə də hökm...
Amma insanın içinə qaranlıq düşdüsə, bax o zaman həyacan təbili çalınır, o qaranlıq sənin daxilini yeyir, yeyir, yeyir və sonda səni məhv edir. Bundan sonra sənə heç günəş də kömək ola bilmir...

İnsan həyatı 1 dəqiqə ərzində dəyişə bilər mi? Təsəvvür elə, hər şeyə normal başladığın bir günün içərisində birdən-birə ayılırsan və birdə görürsən ki, bütün həyatın dəyişib. Sən əvvəlki sən deyilsən.

-Axı mən nə günah işləmişəm ki, ailəmin başına bunlar gəldi. Niyə axı niyə?
-Taleh, sakitləş xahiş edirəm, sən indi çox güclü olmalısan.
-Niyə belə oldu, bacı niyə? Biz axı neyləmişik?-bütün qəzəbi ilə fəryad etdi.
-Bilmirəm Taleh, bilmirəm, inan mənim üçün də danışmaq çox çətindir. Amma biz Aylin üçün əlimizdən gələni etməliyik.
-Aylinim, mələyim mənim, gözəl qızım. Dediyi son cümlə hələdə qulağımdır-"Ata hər yer qaranlıqdır"

Əməliyyatdan sonra
-Həkim, özünə gəlib? Yanına gedə bilərik?-ağlamaqdan gözləri qızarmış Taleh soruşdu. O an, həkimdən yox sözünü eşitməyi bəlkə də, həyatında heç bu qədər çox istəməmişdi. Qızını o vəziyyətdə görməmək üçün hər şeyini verə biləcək vəziyyətdə idi.
-Yox! yox! İşıqları niyə söndürmüsünüz? Hə? Sizinləyəm kimsə var burda? Hər yer qaranlıqdır. Bir nəfər işıqları yandıracaq? Heç nə görə bilmirəm.
-Qızım Aylin?
-Ata sənsən? İşıqları kim söndürüb, niyə heç kim işıqları yandırmır?
-Aylin qızım sakitləş, balam.
-Xala, onlara de zibil işığı yandırsınlar, dəli eləmək istəyirsiniz məni?
İşığı yandırmaq üçün ayağa qalxmaq istədi, amma bacarmadı.

Heç vaxt dediklərin bir gün gəlib tapar səni,
Dünya fani dünyadır,
Bir tərəfi aydınlıq, bir tərəfi qaranlıq
Deyəsən mənim payıma bu dəfə qaranlıq tərəf düşdü.

-Kərim, heç kimlə danışmaq istəmir, bizə də zorla icazə verir, otağına girməyə. Yaxşısı budur, sən get bir az sakitləşəndə gələrsən.
-Yaxşı, Sürəyya xala, bir şey lazım olsa, mən həmişə yanınızdayam.
-Çox sağol Kərim-gözləri dolaraq onu qucaqladı. Sanki bu iki gün ərzində dünyanın bütün yükü onun üzərinə çökmüşdü. Həmişə rahat, problemsiz həyat sürən bu qadın sanki 10 il qocalmışdı.
-Hər şey yaxşı olacaq, narahat olmayın.

                          🌟🌟🌟
Gözlərimi açmaq istədim, amma hər tərəf qaranlıq idi. Heç bir şey görmürdüm, yalnız səslər eşidirdim, mənə yad olan səslər...
Bir müddətdən sonra atamın səsini eşitdim, mən hardayam, niyə burda uzanmışam? Bütün bunlar mənim üçün anlaşılmaz idi. Həyatımı bir anda dəyişən, üzərimə ağır yük kimi oturan qaranlıq qədər anlaşılmaz...

-Aylin, yatdın? Aylin?
-Yox oyağam, gedirsən Səlim?
-Hə mələyim, getməliyəm. Bir aydır sənə sözünü etdiyim iş üçün təklif veriblər, saat 3-də orda olmalıyam.
-Sənin adına çox sevindim, təbrik edirəm.
-Sağol gözəlim.
-Yaxşı mən gedim, işlərimi tez qurtarsam axşam yenə gələcəyəm.
-Yaxşı, hələlik.
-Hər şey yaxşı olacaq mələyim-üzündən öpərək otaqdan çıxdı.
Aylin axşama kimi divanda oturdu. Onsuzda bütün günü elədiyi başqa bir iş yox idi. O, qürurlu, özgüvənli, istədiyi hər şeyi əldə edən, heç vaxt bir şeyin korluğunu çəkməyən qızdan əsər əlamət qalmamışdır. Bütün dünyası dəyişmişdi. Əməliyyatdan sonra həyatının yarısını sərf etdiyi fırçanı belə bir an olsun əlinə almamışdı.

Axı necə ala bilərdi? Həyat ondan ən dəyərli nemətlərindən biri, ilham pərisinin gözəlliyini onun vasitəsilə duyan, müxtəlif ölkələrdə məhşurlaşmasının təkanı olan-gözlərini əlindən almışdı. Bir rəssam görmədən rəsm çəkə bilərmi? Gözləri görmədən dünya gözəlliklərini tərənnüm edə bilər? Bəlkə elə əsl rəssam görmə qüsuru olan insandır. Çünki o gördüklərini yox, hiss etdiklərini və yaşadıqlarını çəkir.
Ümumiyyətlə hansısa incəsənət növü ilə məşğul olmaq üçün bir dərdiniz, probleminiz olmalıdır. Bu dünyada dərdi olmayan insan əsl sənətkar ola bilməz. Rəsm çəkə, şeir yaza, film çəkə, musiqi bəstələyə bilməz...

Bir Aprel🌸 səhəri. Bülbülün quşa aşiq olduğu, yazın öz zərafətini və möhtəşəmliyini bütün aləmə sərgilədiyi, ağacların rəngbərəng çiçək açdığı zamanda, Aylinin otağının qapısı döyüldü.
-Qızım Aylin, gələ bilərəm?
-Aha-pəncərənin önündə oturub, bütün bu gözəllikləri ruhu ilə hiss edən Aylin cavab verdi.
Yavaş addımlarla pəncərəyə tərəf gəlib, qızını qucaqladı. Aylində ona qarşılıq olaraq əlini tutdu.
-Səlim nə vaxt gələcək?
-Birazdan gələcək.
-Mənim gözəl mələyim nə geyinəcək?
-Nə bilim, həmişəki kimi.
-Qızım, bəlkə Səlimin sənə aldığı donu geyinəsən?
Aylin nəinki anasını görmür, hətta onu elə bil eşitmirdi də. Sual veriləndə isə qısa cavablar verirdi. Sanki bütün bu yaşananlarda kimisə müqəssir hesab edirdi, amma özüdə bunun kim olduğunu dəqiq bilmirdi.
-Ana, xahiş edirəm, onsuzda sizə görə gedirəm, məndən olsa getməzdim. Birazda məcbur eləsən, fikrimi dəyişdirəcəyəm.
-Yaxşı qızım, nə istəyirsən, geyinərsən. Yetər ki sənin xoşuna gəlsin.
-Görməyəndən sonra, nə önəmi var ki?

Təxminən yarım saatdan sonra Səlim gəldi. Aylin maşının səsini eşidib ayağa qalxdı və pilləkənlərlə aşağı düşdü. Səlim göstərişli və böyük villanın qarşısında dayanıb zəngi basdı elə ayağını evə atmamışdı ki, Aylin o dəqiqə getmək istədiyini bildirdi. Səlim etiraz etmədən təklifi qəbul etdi.
-İşin necə oldu?
-Nə iş?-Səlim təəccüblü halda
-Dünən dediyin.
-Hə, o iş. Əla həmişəki kimi, problemsiz həll etdim. Mələyim bəs sən necəsən?
-Gördüyün kimi, yaşamağa çalışıram. Çətin də olsa buna məcburam.
-Əslində bu gün çox yaxşı oldu, mələyim evdən çıxmağın. Əməliyyatdan sonra ilk dəfədir.
Aylinin gözündə birdən-birə qəza anı canlandı. O gün Səlim ilə eyni avtomobildə olaması yadına düşdü.
-Səlim maşını saxla.
-Aylin nə oldu?
-Maşını saxla, özümü yaxşı hiss eləmirəm.

Nəqliyyatın sıx olduğu magistral yoldan çıxaraq, sahil tərəfə gəlib, skamyalarında birində əyləşdilər.
-Aylin nəsə istəmirsən alım sənə? Aylin? Aylin?
-Hər dəfə belə olacaq?
-Necə mələyim? Hə Aylin?
-Hər dəfə avtomobilə əyləşəndə o anı xatırlayıram, beynimdə daim o an canlanır, unutmaq istəyirəm amma unuda bilmirəm.
-Mələyim axı belə yaşaya bilməzsən, çalışmalısan ki yaddaşından həyatının o fragmentlərini siləsən, yoxsa yaşamaq sənin üçün çox çətin olacaq.
-Sənin üçün demək çox asandır.

Kənardan fikir yürütmək, başqalarının həyatına müdaxilə etmək o qədər asandır ki, başımıza gəlməyincə qarşımızdakının necə incindiyini, hansı hisslər keçirdiyini heç vaxt anlaya bilmirik. İnsanlar niyə belədir? Başına pis hadisə gələn kimi o dəqiqə kimlərisə günahlandırırıq kimdəsə səhv axtarırıq, bircə özümüzdən başqa. Başımıza gələnlər bəlkə öz günahlarımızdır heç düşünmək belə istəmirik. Günah kimdədir? İnsanlarda yoxsa özümüzdə?

-Səlim telofonun zəng çalır.
Aylinin səsindən gözlərini açıb, əlini şalvarının cibinə atdı, çox hərəkət etməsi, Aylinin başını sinəsinin üstündən götürməsinə səbəb oldu.
-Alo, sabaha həll olunacaq. Skamyadan qalxıb, rahat danışmaq üçün oradan uzaqlaşdı.
-Nə deyirəm onu eliyin, başqa şeylərə burnunuzu soxmayın.
-Kim idi?
-Heç işdən idi. Mənsiz bir iş görə bilmirlər gərək, müdaxilə eliyim.
-Kərimlə danışırsınız?
-Kərim? O hardan ağlına gəldi?
-Əməliyyatdan sonra onu  görməmişəm. Bir iki dəfə gəlib, görməmişəm, vəziyyətim yaxşı olmadığından heç kimlə görüşmək istəmirdim.
-Mənimlə də nə danışıb, nə də görüşüb.

-Mələyim, pop-korn alım sənə? Sən çox sevirsən axı.
-Olar.
Smakyadan qalxıb pop-korn satılan tərəfə getdi. Təxminən 10 dəqiqədən sonra:
-Səlim gəldin? Səlim?
Əlini önə uzatdı, amma o dəqiqə də geri çəkdi. "Bir pop-korn almaq nə böyük işdir"-deyə düşündü.
15 dəqiqə, 20 dəqiqə, 25 dəqiqə və nəhayət yarım saat keçdi. Səlim hələdə gəlməmişdi. Yüzlərlə insanın olduğu sahildə Aylin, başına gələcəklərdən xəbərsiz halda skamyada təkbaşına əyləşmişdi.

RuhWhere stories live. Discover now