6 Avqust 2010 saat - 21:00
O gün çox hirsli idim, sanki üzləşə biləcəyim bütün çətinliklər sadəcə 1 gündə üzümə vurmuşdu, sadəcə 1 istəyim var idi - evə çatmaq. Evimizin önünə çatdım, qapını açdım və "səssizcə" otağıma keçdim, lakin anamın gözündən yayınmamışdım. Heç kimlə danışacaq günümdə deyildim, yorğun... tükənmiş... idim. Anam içəri daxil oldu - "səninlə danışmalıyıq"- dedi və halımı soruşdu.
- "Danışmaq istəmirəm" deyib başımı aşağı saldım. Çox hirsli idim, o anda önümdə anam olsa belə qəlbini qıracağını bilirdim. Bu dəfə həmişəkindən fərqli olaraq sakit şəkildə dedi - "Atan gəlir, üstünü dəyiş, yeməyə gəl". Heçnə demədim, sədəcə düşünürdüm, düşünürdüm....
Niyə heç vaxt heç kimdən şəfqət görməmişəm? Niyə dərdlərimi kiminləsə bölüşəcək biri yoxdur? Niyə hər şeyi içimdə tutmaq məcburiyyətindəyəm?
Sadəcə, niyə? niyə? niyə? ....
Onsuzda həyatım sadəcə sual verməklə keçib. 19 yaşım var və sadəcə həyata suallarla tutunuram. Bu arada Adım Fəriddir :)
Üstümü dəyişib, əl-üzümü yuyub aşağı endim, yenə səssiz, sadə bir axşam yeməyi idi. Ağzıma 1-2 "Lokma" atıb ayağa qalxdım.
- "Sizə nuş olsun" mən doydum.
- Niyə bu qədər az?
- Yatıram gecəniz xeyrə.
Bu zaman atam durdu ayağa... Elə hər şey bundan sonra başladı. Atamın, sanki içində tutubda deyə bilmədiyi bir şey vardı. Biraz düşüncəli, biraz çəkingən, biraz qorxaqcasına hərəkətlər edirdi.
Dedi: Fərid, keç otur səninlə bir şey danışacayıq.
Oturdum, heç bir şeydən xəbərsiz, məsumcasına atamı dinləyirdim. Atam vacib məsələləri heç uzadmadan sadəcə birbaşa, üzə deyən adamdır, amma nəsə bu məsələdə çəkinirdi. Həyəcanlandım və "Nə olub?" "Nə məsələdir?" Deyə sual verdim. Gözümü anama yetirdim, ağlamağa başladı.
Atam dedi : Bacının ölüm xəbərini eşitdiyin gün yadına gəlir? (Gözləri doldu)
O gün bir göz qırpımında önümdən keçdi sanki... amma, amma hər şeyi bilmirdim, anamın danışacağı şeyin bütün həyatımı dəyişdirəcəyindən xəbərim yox idi. Bacımın ölüm xəbərini aldığım gün İtaliyada, Romada idim. Həyatda hər şeyimi bölüşdüyüm sadəcə bacım var idi. Məndən 1 yaş böyük idi və hər zaman, hər şeydə mənə dəstək durardı. Bacımın ölüm xəbərini eşitdiyim günün səhəri Bakıya dönmüşdüm. Anam mənə bacımın maşın qəzasında həyatını itirdiyini demişdi.....
- Aha yadımdadır, nə olub?
Anam ağlayaraq : həmin gün atan çox əsəbi idi, alkaqol qəbul etmişdi...
Leyla həmin gün evə gec gəldi, evə gələrkən biz atanla bir məsələ üstündə mübahisə edirdik, daha sonra söhbət böyüdü..
Sözünü kəsərək - "Ana uzatma" deyərək bağırdım, artıq hər şeyi anlamağa başlayırdım....
- Atan çox içmişdi, bu qədər hirsli olacağı ağlıma belə gəlməzdi, məsələ o məcraya çatdı ki, atan üzərimə bıçaq çıxardı və Leyla bunu gördü, atanın yanına gəlib
- Ata nə edirsən? "Başına hava gəlib?" dedi.
- Sən içəri gir !
-Ata... A.. Sən içəri gir dedim !
Leyla məni içəri salmağa çalışdı, amma atan məni kənara itələdi
Bu zaman "atam dözməyib" - Fərid, Qəza Oldu dedi.
Bu zaman sanki, həyat 1 dəqiqəlik durdu. Bacımın ölüm səbəbi avtomobil qəzası deyil, atamın üzündən olmuşdu.....
Atam : Onu xəstəxanaya apardıq, amma xilas edə bilmədilər......
Nə deyəcəyimi bilmirdim, sadəcə ağlımdan bir şey keçirdi, evi tərk etmək. Bilmirdim bacımı atamın öldürdüyünə üzülüm, ya 4 il əvvəl olan hadisəni indi öyrəndiyimə....
Paltomu geyindim, qapıya yaxınlaşıb anamla və atamla son dəfə göz-gözə gəldim. Qapını sərt şəkildə çırpıb bayıra çıxdım. Bəlkə də bu yeni həyatımın başlanğıcı idi....Dəyərli dostlar. Bu yazdığım hekəyənin sadəcə ilk parçasıdır, bəyəndinizsə paylaşaraq, vote verərək dəstək ola bilərsiniz, tez müddətdə hekayənin 2ci bölümü gələcək. Dəstək olan hərkəsə təşəkkürlər :)
ŞİMDİ OKUDUĞUN
Mahkum Olmuş Ruhlar
Romance"Ondan qaçırdım, amma sonda bütün yollarım ona çıxırdı. Sanki ruhlarımız bir birinə məhkum olmuşdu."