İçimdəki bir səs "əlini ver və ayağa" qalx deyirdi, amma bu dəfə içimdəki səslə hərəkət etmədim. Əlimi vermədim qıza.... ayağa durdum, heçnə demədən, sanki bu qədər hangamə yaşanmamış kimi dönüb irəli getdim. Biraz keçmişdi ki, qız arxamca qaçmağa başladı. Dayandırdı məni...
- " Zəhmət olmasa dinləyin məni "
Sözünü kəsə bilmədim.
Dediyi söz sanki qəlbimi parçaladı, dünyada bu acını yaşayan tək insan olmadığımı xatırlatdı mənə.
Qız - "Gedəcək yerim yoxdur" :/
Donub qalmışdım, bilirdim ki, ikimizdə eyni bataqlıqda batırıq, ikimizdə eyni yolun yolçusuyuq və ikimizdə eyni ruha məhkum olmuşuq. Heçnə demədim, yavaş addımlarla irəlilədim. Mənimlə gəlirdi... İkimizin də o qədər çarəsiz olduğu bilirdim ki, qızı tək buraxa bilməzdim.
- O oğlan kim idi?
- Tanımıram !
- Bəs səndən nə istəyirdi?
- Bilmirəm !
Qaşlarımı çatdım və qıza baxdım, dediyim kimi qara və qısa saçlı, qəhvəyi gözləri olan qız idi.
- Bu arada mən Fərid.
- Dəniz.
Əslində düzünü desəm,mənim də gedəcək yerim olmadığını deyə bilmədim, bir şey fikirləşməli idim. Bir anda ağlıma İngiltərədə qarşılaşdığım "dostum" Rasim gəldi. Onun Bakıda kiçik işlədilməyən kafesi var idi. Zəng etdim və Dəniz ilə birlikdə onun kafesinə getdik. Kiçik bir yer hazırladı. Gecə düşmüşdü, təbii ki də aralı yatacaqdıq :). Heç bir şəkildə centilmenlik etməyi bacarmazdım, ondan tez gəldim və birinci özüm uzandım. Özümdə anlamadığım şəkildə yanıma gəldi və danışmağa başladı.
- Sənində qalacaq yerin yoxdur?
Susdum...
- Hər şeyi mənə danışa bilərsən, nə də olsa bundan sonra "birik"
Üzümə Dənizə çevirdim və qaşlarımı çataraq sual verdim :
- "Birik" deyəndə nəyi nəzərdə tutursan?
- Fərid, mənim gedəcək heç bir yerim yoxdur və buralarda tanıdığım tək insan sənsən. Başqa nə deməyimi gözləyirsən?
Susdum yenə... Üzümü çevirib düşünməyə başladım....
Bilirdim ki, Dəniz mənlə olduğu müddətcə daha da uçuruma gedəcək, batdığı bataqlıqdan heç cür çıxa bilməyəcək. Buna baxmayaraq, sanki hansısa qüvvə məni ona bağlayırdı, bəlkə hansısa təsadüf? Bəlkə alın yazısı?
Səhər açıldı.. Tək istəyim dün gecə olanları unutmaq idi, ama nə faydası? Qəlbi qan ağlayan birinin belə şeyləri unutması aylar,illər alar. Dəniz kafedə yox idi. Gözüm masanın üzərində, kiçik boz çantaya sataşdı. Yəqinki, Dənizin idi. Özümü saxlaya bilmədim, çantanı açdım. İçində bir sıra kitablar və not dəftəri var idi. Not dəftərinin üzərində "Varlıq" yazılmışdı. Tam açıb oxuyacaqdımki, qapının səsini eşitdim. Kitabları yığıb, çantanı yerinə qoydum. İçəri girən Rasim idi. Görüşdük, bir qədər danışdıq. Sonrasında :
- O qız kimdir?
- Hansı qız?
- Qapının ağzında duran, qısa saç.
- Boş ver Rasim uzun söhbətdi, hə bu arada, yer verdiyin üçün sağol, iş tapan kimi çıxacayıq burdan.
Bəli iş tapacaqdım, yeni həyata başlamaq istəyirdim, sıfırdan, hər şey yenidən. Amma bu həyatı Dənizlə davam etdirəcəkdim ya yalnız başıma?
- Nə isə Fərid, mən gedim özünə yaxşı bax.
- Oldu, hər şeyə görə təşəkkürlər.
Artıq iş tapmağın vaxtı idi, üstümdə olan kiçik məbləğlə yalnız 1-2 gün qarnımızı doyura bilərdim. Ayağa qalxıb içəridə əl-üzümü yudum. Dəniz qapının ağzında idi.
Sadəcə bayırı izləyirdi. Yanına gəldim və "Sabahın Xeyir" dedim.
- Sabahın xeyir Fərid, bilirsən sənə artıq yük olmaq istəmirəm, amma edəcək bir şeyimdə yoxdur.
- Bəlkə biraz bu məsələləri danışaq?
- Olar.
Dənizlə masada əyləşdik. Birinci mən başladım danışmağa... Bütün olanları, həyatımı paylaşdım onunla... Danışdıqca kövrəlməyə başladı, sanki öz hekayəsini gizləmişdi həyatımda. Bacımın ölümünü dedikdən sonra isə ayağa qalxdı, o qədər içdən sarıldıki mənə, sanki yaralarıma azda olsa məlhəm oldu....
Gözü dolu şəkildə - "İndi sıra səndədir Dəniz" dedim.
Mənim 18 yaşım var, uşaqlıqdan bəri İngiltərədə anamla, atamla və kiçik qardaşımla birgə yaşamışıq. Bakıya sadəcə gəzinti üçün dönəcəkdik. Biletlər hazır idi, amma son gün...
- Aha.
- Həmin gün hər şey yaxşı gedirdi. Dostlarımla sağollaşmaq üçün bayıra çıxmışdım. Görüşdüm və evə dönərkən silah səsi gəldi. Evə gəldiyimdə 11 yaşlı qardaşım 2 nəfər tərəfindən maşına soxulurdu.
Axx, ləhnətə gəlmiş qonşular, bir nəfər belə fəryadıma cavab vermədi. Nə qədər çalışsam da çata bilmədim maşına...
İçəri, evə gəldim. Evdə heç kim yox idi, sadəcə masa və masanın üstündə kağız var idi. Kağızda " Bakıya Dön " yazılmışdı. Nə edəcəyimi bilmədim, atamın anamın harda olduğunu, qardaşımın hara qaçırıldığını bilmirdim. Tək çıxış yolu vərəqdə yazılanı etmək idi. Bakıya döndüm və indi də burdayam.
- Bəs dünən gecə olanlar?
- O insanın kim olduğunu bilmirəm, yol ilə gedərkən birdən çıxdı qarşıma, qışqırdım və sonra sən gəldin.
Beləcə həyatımızı bir-birimizə danışdıq. Dənizə isinməyə başlayırdım. Hamıdan fərqli olan səmimiyyət var idi onda. Üzündəki təbəssüm yüksəldirdi yaşamağa olan həvəsimi.....
Və özümdən aslı olmayaraq sadəcə bir söz dedim :
"Onları Tapacağıq"....Dəyərli dostlar, heyakəmizin 3cü bölümünə xoş gəlmişsiniz.
Bu bölüm uzun oldu biraz. Bir növ 2ci bölümün əvəzini çıxdım :)
Sizə bəzi suallarım var.
1.Sizcə Rasim güvənilir dostdur?
2.Dənizin kitabı "Varlıq"da nədən bəhs edilir?
3.Dənizin Qardaşını qaçıranlar sizcə kimdi?
ŞİMDİ OKUDUĞUN
Mahkum Olmuş Ruhlar
Romance"Ondan qaçırdım, amma sonda bütün yollarım ona çıxırdı. Sanki ruhlarımız bir birinə məhkum olmuşdu."