Bölüm 5 : "İçimdəki Səs"

51 12 7
                                    

Səhər açıldı... Dəniz yemək hazırlayırdı. Sıra gəlmişdi axtarışa.. Dənizin yanına gəlib :
- Sabahın Xeyir, yeməyin qoxusu çox gözəldi :)
- Təşəkkür, keç əyləş.
- Yox Dəniz, mənim işlərim var sənə nuş olsun.
Üstümə paltomu alıb bayıra çıxırdımki, bir şey yadıma düşdü.
- Dəniz, o hadisə olan gün, masanın üzərində "Bakıya Dön" yazılı vərəq hələdə səndədir?
- Aha.
- Zəhmət olmasa onu mənə ver.
Dəniz qarşılıq vermədən vərəqi çantasından aldı və mənə uzatdı. Alıb bayıra çıxdım. Vərəqdəki xətt solaxay birinin xəttinə bənzəyirdi. Aha, bəlkə nəsə çıxış yolu var? Araşdırmaq lazımdır.
İlk öncə kafeyə işə getdim, səhər saat 08:00, soyuq qış səhəri və insanlar bu saatdan kafenin önündə toplaşmışdı. Sürəti artırıb qapını açdım, insanlar içəri daxil oldular. Gözümə səfil, qara geyimdə 35-40 yaşlarında biri sataşdı. Kafenin küncündə sakit şəkildə oturmuşdu. Yaxınlaşıb :
Nəyəsə ehtiyyacınız var? Dedim
- Bir stəkan kofe, amma...
- Anladım, bu səfər məndən olsun :).
İş yaxşı gedirdi. Axşama yaxın Rasim gəldi, işin nə məcrada olduğun soruşdu. Hər şey yolunda idi və plandağımız kimi gedirdi. Rasimin köməyi ilə ev üçün bir sıra əşyalar aldıq, yerləşdirdik.
Gecə saat 23:00.
Eyni saat, eyni səssizlik və Dəniz yenədə kitab oxuyur, amma bu dəfə Kitabın üzündəki "Varlıq" yazısı diqqətimi çəkmişdi. O kitabda nə yazıldığını bilmək çox istəyirdim. Dənizə yaxınlaşıb kitaba baxmaq istədim, amma gəldiyimi anlayıb bağladı kitabı... heçnə demədim, yəqinki şəxsi və xüsusi kitabdır ki, heçkimlə bölüşmür.
- Ailəmlə bağlı nəsə ipucu var?
- Axtarıram Dəniz, aaa, bir dəqiqə.
Vərəqi cibimdən çıxardım.
- Dəniz, diqqətlə bax, vərəqdəki yazı solaxay birinin xəttinə oxşayır.
- Eynilə.
- Sənin İngiltərədə, yaxınlarından solaxay və yaxud gözünə birtəhər gələn birisi var?
Biraz düşündü və cavabında titrək səslə :
- Yox, yox elə biri yoxdur.
Səsinin titrəməsi və üzünün qızarması təəccübləndirdi məni... Yəqinki nə isə deməməli olduğum bir şey demişdim. Dəniz ayağa qalxdı və otağı tərk etdi. Axı nə demişdim? Nə dedim ki, bu qədər həyəcanlandı Dəniz? Böyük ehtimal içində gizli tutduğu, heçkimə anlatmadığı başqa bir hekayə var idi qəlbində...
Dəniz otağa qayıtdı :
- Bağışla, sadəcə hava almağa ehtiyyacım var idi.
- Anladım.
Artıq hərəmizin bir yatağı var idi. :) Yatağımda uzandım düşünməyə başladım.
Dənizə söz vermişdim, ailəsini tapmalı idim, amma başqa bir ipucuya ehtiyyacım var, sadəcə bir vərəqlə hər şeyi həll etmək mümkün deyildi, bəlkə də bütün sualların cavabı Dənizin özündə idi. Hiss edirdim ki, nəyisə anlatmaq, içini boşaltmaq istəyir, amma hansısa qüvvə ona mane olurdu. Bəlkə bütün içindəkiləri "Varlıq"da qeyd etmişdi? Elə düşünə - düşünə dərin yuxuya daldım...
Səhərisi yenə tələsik kafeyə doğru yola düşdüm, içəri girdim. Yenə eyni adam, kafenin eyni küncü və məni izləyir. Şüphələnməyə başlayırdım, düzdür hər bir kafenin daimi müştərisi olur, lakin bu biraz fərqli idi. Telefonuna zəng gəldi, zəngi açıb qərəzli gözlərlə mənə baxdı, sonrasında bayıra çıxdı. Heçnəyi anlamırdım, lakin o insanda nəyinsə olduğundan əmin idim....
İçimdəki səs doğru yolda olduğumu söyləyirdi və bu yoldan dönməyəcəkdim....

Hərkəsə salam dəyərli oxucular. Hekayəmin 5ci bölümü də belə oldu. Yavaş-Yavaş hər şeyin üstü açılır. Sizdə dəstək olmaq adına Hekayəmi paylaşıb, vote edib, yorum bildirərək dəstək ola bilərsiniz. Təşəkkürlər :)

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 02, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Mahkum Olmuş RuhlarHikayelerin yaşadığı yer. Şimdi keşfedin