Qapını çırpıb bayıra çıxdım. Hələ də şokdan ayılmamışdım, üstəlik gedəcək bir yerim, gecəni keçirdəcək kiçik bir daxmam belə yox idi. 9 mərtəbəli binanın 6cı mərtəbəsində yaşayırdıq. Aşağı düşdüm, küçə də olan skamerkalardan birində əyləşdim. Gözlərim dolu, özüm hirsli, eyni zamanda şok içində idim. Geri dönüb atamdan hirsimi çıxmalıydım, amma əlimdən bir şey gəlmirdi. Əvvəllər düşünürdüm ki, hər şeydə bir xeyir var, hər bir çətinliyin sonunda nə isə uğur, sevinc var, amma mənim həyatım bütün düşüncələrimin əksinə hərəkət edir... :/
Ayağa qalxdım, yavaş addımlarla yeriməyə başladım. Düşünürdüm, sadəcə düşünürdüm....
- Dünya adlandırılan yer niyə belədir? Niyə bir gün öləcəyimiz bir yer üçün bu qədər mübarizə aparmalıyıq?
Həyata sadəcə bir düşüncə ilə yanaşırdım və bu suallarımın cavabı bu sözlərdə idi...
"Uduzacağımı bilə-bilə mübarizə aparıramsa, öləcəyimi bilə-bilə yaşamağı da bacarmalıyam"
Düşüncələr məni elə dərinliyə aparmışdıki önümü belə görmürdüm, sanki bütün həyatın yorğunluğu 1 gündə üstümə yıxılmışdı....
Başımı qaldırdım və yoluma davam etməyə başladım. 15-20 metr getmişdimki kiminsə "Kömək edin - Kömək edin" deyə bağışırlarını duydum. İncə bir qız səsi idi. Səsə tərəf getdikcə ürəyimin döyüntüləri artırdı. Artıq başıma o qədər şey gəlmişdiki etmiyəcəyim, edə bilməkdən çəkinəcəyim bir şey yox idi. Səsə doğru çatdıqca addımlarımı biraz da artırdım.... 1.65-66 boylarında qara saçlı qız idi. 1 nəfər tərəfindən əli bərk-bərk sıxılmışdı və özünə tərəf çəkilirdi. Birinci geriyə dönüb məhəl qoymadan qayıtmaq istədim geriyə... amma, 2-3 addımdan sonra durdum. Getməyə vicdanım əl vermədi. Dönüb oğlanın üzərinə şığıdım. Hədisələr o qədər tez cərəyan etdi ki, nə olduğunu mən də anlamadım. Bir də özümə gəldim ki, qız qürurlu, fəqət içi sarsılmış, kövrək şəkildə mənə baxır. Gülümsədim sadəcə.... ayağa qalxmağa gücüm qalmamışdı. Qız sanki təşəkkür edərcəsinə əlini uzatdı mənə.....Salam hərkəsə :) Dəyərli oxucular bu da hekayəmizin 2ci bölümü idi. Düzü biraz qısa oldu, amma bir o qədər də anlamlı bölüm idi. Sizcə hekayənin davamında nə olacaq? Vote edərək və paylaşaraq mənə dəstək ola bilərsiniz, Təşəkkürlər...
ŞİMDİ OKUDUĞUN
Mahkum Olmuş Ruhlar
Romance"Ondan qaçırdım, amma sonda bütün yollarım ona çıxırdı. Sanki ruhlarımız bir birinə məhkum olmuşdu."