Və özümdən aslı olmayaraq sadəcə bir söz dedim :
"Onları Tapacağıq"....
Bu sözümdən sonra Dənizin gözləri sevinc göz yaşlarına bulandı. Qəlbinin sevinci üzünə vurmuşdu. Bu dəfə də təşəkkür edərcəsinə baxdı mənə...
- Ailənin Bakıda olduğundan əminsən?
- Fikrim yoxdur, heç ailəmin nəyə görə qaçırıldığını bilmirəm, qaldıki harada olduqları.
- Bax bu pis oldu, amma əsas öncəliyimiz mənim iş tapmağımdır, burada çox qala bilmərik, iş tapıb ev kirayə götürək. Sonrasına baxarıq....
Dəniz kafedə qaldı, mən isə iş üçün ərazini gəzməyə başladım. Elə gəzdim, gəzdim, lakin səhərdən axşama kimi heçnə əldə edə bilmədim. Sadəcə cibimdə 5 manat pul qalmışdı. Kafeyə dönərkən 2 ədəd dönər aldım və Dənizin yanına gəldim. Elə səssizcə oturmuşdu. Gözü yol çəkirdi.
- İş tapa bilmədim Dəniz
- Bəlkə, bəlkə ailəndən pu....
Sözünü kəsərək :
- Onlardan 1 manat belə götürmərəm !
Rasimə zəng edib ondan borca pul istəyərəm, o vaxta qədər də bir şey fikirləşərik. Sadəcə bir qədər yemək atışdırdıq. Bilirdim ki, nə o, nə də mən doymuşam, amma əlimdən gələn bir şey yox idi...
Səhər açıldı, ilk işim kiçik bir məbləğ istəmək üçün Rasimə zəng etmək oldu.
- Salam Rasim, iş tapana qədər mənə ... qədər pul verə bilərsən?
- Salam Fərid, iş tapmağına ehtiyyac yoxdu, sənin mənə dəstəyin çox olub, düşünürəm ki artıq kafeni istifadəyə verim, başında da sən dur.
- Rasim, nə qədər təşəkkür etsəm azdır, haqqın ödənməz dostum!
- Mən axşam Kafeyə gələcəm, ətraflı danışarıq.
- Oldu.
Səhəri bu xəbərlə açmağım biraz motivasiya verdi mənə, aldığım xəbəri Dənizə çatdırdım. O da sevindi. Artıq Rasimlə bu məsələni həll edib Dənizin ailəsinin axtarışına çıxa bilərdik. Sadəcə bir ipucu, yaşadıqlarına dair bir iz lazım idi bizə.....
Kafe şəhərin düz mərkəzində yerləşirdi, ona görədə yaxşı vəsait əldə olunacağından əmin idik. Axşam düşdü və Rasimlə məsələni danışdıq. Kafenin açılışında Rasimin yaxınları və dostları var idi. Gecəni çox yaxşı keçirdik. Bu gün kafedə keçirəcəyimiz son gün idi Dənizlə... Rasimdə ev tapmaq üçün mənə söz vermişdi, elə günün səhərisi kafedən azca uzaqda Rasimlə birlikdə ev tapdıq. Sahibi ilə danışıb məsələni həll etdik.
Üstümdə çox böyük məsuliyyət var idi, Dənizin ailəsini tapmaqda ona söz vermişdim. Üstəlik iş və evin kirayə haqqı. 19 yaşımdan bu qədər məsuliyyət. Mükəmməl :)
Gecə saat 23:30...
Dəniz hələdə kitab oxuyurdu. Mənim kitab oxumağa heç cür həvəsim olmazdı. İnsanlarda bu həvəsin necə yarandığını da təsəvvür edə bilmirdim.
- Bəlkə biraz söhbət edək?
- Olar.
- Bilirsən, mənim heç vaxt dostum olmayıb. Sadəcə bacım və bu yaxınlarda daha yaxından tanıdığım Rasim, amma sanki sən bir başqasan, bacımı itirdikdən sonra mənə ən yaxşı gələn tək insan sənsən. Hər şeyə görə təşəkkürlər Dəniz.....
Biraz utandı və başını aşağı saldı. Axı mən nə danışırdım? Bu səmimiyyət hardan gəlir? Bəlkə, bəlkə aşiq olurdum? Yox, yox Fərid, bunu edə bilməzsən, özünlə bir nəfəri daha uçuruma apara bilməzsən!
Başını qaldırdı və dedi :
- Fərid, düzünü desəm sənin əksinə olaraq mənim dostum çox olub, amma sənin kimisi heç vaxt. Səndə mənə çox yaxşı gəlirsən, yaralarımı sarmağa çox kömək oldun, Təşəkkürlər..
Deyəsən dost kimi yanaşırdı mənə, bir tərəfdən sevindim, bir tərəfdən kədərləndim...
- Gecən xeyrə Dəniz.
- Xeyrə qarşı.
Ev yeni olduğu üçün əşyalar demək olar yox idi. Kiçik bir yer hazırlamışdıq. Başımı yastığa qoydum, arxadan Dənizin gəldiyini hiss etdim və biraz kənara çəkildim, amma nə fayda :). Gəldi və başını çiynimə qoyub gözlərini yumdu. Nə edəcəyimi bilmədim, donub qalmışdım. Heçnə demədim, sadəcə gözlərimi yumdum və xayala daldım....Salamlarr, necəsiniz? Gözəl oxucular buda Fərid və Dənizin çətin yola girdikləri hekayənin 4cü bölümü idi. Bölüm biraz dialoqlar üzərinə quruldu, amma sevəcəyinizi düşünürəm. Vote edib yorum bildirərək dəstək ola bilərsiniz..
ŞİMDİ OKUDUĞUN
Mahkum Olmuş Ruhlar
Romance"Ondan qaçırdım, amma sonda bütün yollarım ona çıxırdı. Sanki ruhlarımız bir birinə məhkum olmuşdu."