Qarlı bir qış səhəri idi. Dünəndən yağan qar hər tərəfi öz ağuşuna almışdı. Ətrafda nə var idisə, elə bil ki, hamısının üzərinə ağ parça sərilmişdi. Kənd, həqiqətən də, çox füsunkar görünürdü.
Yollar demək olar ki, bağlanmışdı. Hərəkət mümkün deyildi. Buna baxmayaraq kəndlilər sübh tezdən qalxaraq hərəsi bir tərəfə gedirdi. Kimisi qar örtmüş yolları təmizləyir, kimisi bir tərəfdə toplaşıb bu ilin çox bərəkətli keçəcəyini danışır, kimisi isə örtülü yerə yığdığı odunları doğrayırdı. Əli baba öz evindən çölə çıxaraq ətrafa baxdı. O, ömrünün 60 illiyinə qədəm qoyurdu. Ömründə birinci dəfə idi ki, belə füsunkar qış görürdü. O, cibindən tütün doldurulmuş qutunu çıxarıb müşdüyə doldurmağa başladı. Siqaret çəkərək fikrə getdi. Ətrafda oynayan, üzlərində sevinc dolu uşaqlara baxa-baxa daha da keçmişin dərinliklərinə dalırdı.
O, uşaqlıqda çox əziyyət çəkmişdi. Atasının ölümündən sonra ona böyük bir yük düşmüşdü. Anası və 3 bacısına baxmaqdan ötrü qapı-qapı gəzərək özünə iş axtarmışdı.
Hələ o, bir dəfəsində bütün qapıları döyə-döyə bir qapıya yaxınlaşdı. Qapını döydü və qapını bir kişi açdı. O sevinərək bir anlıq elə bildi ki, burada iş olacaq. Lakin sevinci uzun çəkmədi. O, qapını açan kişidən "Sizdə iş var?" soruşduqda kişi "Hə var" dedi. Elə bil ki, dünyanı ona bəxş etdilər. Kişi gülümsəyərək onun üzünə baxdı. Bir az baxdıqdan sonra:
-Sən özünə iş axtarırsan? Belə arıq uşağın gördüyü iş nə olacaq?! İş var amma sənə yox!!!
-Elə bil ki, bütün dünya onun üzərinə çökdü. O istədi ki, nəsə desin. Kişi qapını örtərək həyətə girdi. O kədərli şəkildə yola düşdü.
Bazara tərəf üz tutdu. Bazara bir az qalmış yolun kənarında oturdu. Ətrafa baxaraq fikrə getdi. Ondan bir az aralı üzərində xeyli yük olan at arabası gəlib durdu. Yükün sahibi həyətdən çıxaraq arabaya yaxınlaşdı Əli ayağa qalxaraq qısa addımlarla arabaya tərəf getdi. Yükün sahibinə yaxınlaşaraq kömək lazım olub omadığını soruşdu. Yükün sahibi Əliyə baxaraq gülümsədi.
Əli:
- Balacayam? -deyə soruşdu.
Kişi yenə gülümsəyərək:
- Gücün çatarsa, kömək elə.
Bu sözləri eşidən kimi Əli sevincindən nə edəcəyini bilmədi. O, tələsik şəkildə:
- Hə... hə... eləyə bilərəm deyərək yük arabasına tərəf yaxınlaşdı.
- Bu yükləri nə vaxta boşalda bilərsən?
Əli yükə baxaraq:
- Bir saata dedi.
Kişi təəccüblə:
- Bir saata? Bacararsan?
- Hə.
Kişi bir az inanmadı. Amma yenə də dedi:
- Əgər bir saata boşaltsan sənə bunun əvəzində əmək haqqı olaraq 2 çörək və gördüyün qabda yağ verə bilərəm. Əgər gec boşaltsan, heç nə verməyəcəm.
Əli bu gün evə əliboş getməyəcəyinə sevindi. O yükü boşaldıb əmək haqqını da alıb evə getdi.
O, hər gün belə işlər tapır, işləyir, evə əliboş qayıtmırdı.
Həqiqətən də, onun uşaqlığı çox ağır keçmişdi. Bunu onun üzündən də bilmək olurdu. İllərin ağırlığı onun ömründə silinməz izlər qoymuşdu. Bu dəfə Əli baba keçmişi çox yada salırdı. O özünü birtəhər toparlayıb bayaq doldurduğu müşdüyünün külünü boşaldıb küçədə toplaşmış qoca kişilərə yaxınlaşaraq salam verdi. Oradakı ağsaqqallarla görüşərək söhbətə qoşuldu.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
Short StoryO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...